Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


21.07.2022  12:43 

Tükənməz səma məlhəmi - Muğam





A+  A-

Tarixi bilinməzdir muğamatımızın – qədimdir, bəlkə elə ilk insanın yaradılışına və yerə enişinə şahidliyi qədər tarixi vardır. Cövhərindən əbədiyaşardır, Eşq ilə aşiqin vəhdətindən yoğrulub sanki - bəlkə də insanın yaşam tərzinə, həyat yoluna bir mayak olsun deyə.

Olub, var və olacaq, çünki əzəli bilinməyən, sonu görünməyən canlı ünsiyyət formasıdır muğam. Bu, ilahi bir lütfdür. Ruhun ərşə büləndidir. Cismi hərəkətə gətirən ruh Allahın insanda təcəllasıdırsa, onu tamlaşmağa, yenidən ilkə qayıdışına yardımçı olan isə, ilk növbədə muğamdır – əlbət ki, ariflər üçün. Ustad xanəndə-qəzəlxan Hacıbaba Hüseynovun təbrincə desək, “xüsusən zövq alar arif muğamat var olan yerdə”.

Muğam ariflər məclisinin bəzəyi, könül baxçasının gülüstanı, o gülüstanın ən xoş rahiyəli gülü və ən gözəl çiçəyi, insanı ağuşuna alaraq aləmləri ona merac etdirən maqdır - əbədi sönməz işıqdır. Və o muğam bizimdir, bizim ən qiymətli milli-mənəvi, həm də tükənməz sərvətimizdir, mədəni irsimizin tacıdır. Şübhəsiz, kosmik gücün izni olmadan yerdə heç nə baş vermir və verə bilməz. Aləmləri hərəkətə gətirən o güc muğamı və onu qoruyaraq nəsildən-nəsilə ötürən ən gözəl ifaçılarını bizə bəxş edib. Bu, şübhəsiz ki, Allahın bizə sonsuz lütfüdür.

Hər sənət bir nemətdir, əlbət. Muğam sənəti isə tamam ayrı bir nemətdir - çünki ruhun qidasıdır, qəlbin ən munis duyğularını riqqətə gətirən səma məlhəmidir. Muğam ifaçılıq sənətinə könül verənlər – bizi haldan-hala salıb hal əhli edənlər isə bu sənətin tükənməz inciləridir.



Azərbaycan xanəndəlik məktəbinin adlı-sanlı ifaçıları - ustad xanəndələr muğam ifaçılığına zaman-zaman rəngarənglik qataraq ona incə naxışlar vurmuş və nəsildən-nəsilə ötürməyə müvəffəq olmuşlar. Bu ənənə bu gün də davam etməkdədir, həm də daha möhtəşəm. Gözəl və məlahətli səsə, şaqraq zənguləyə malik muğam ifaçılarını dinlədikcə bir daha əmin olursan ki, bu sənət tükənməzdir, əbədiyaşardır.

Bu sənətin incəliklərini yaşadıb bizə sevdirənlərdən biri də odur. Xalq musiqisi və muğam ifaçılığında özünəməxsus dəst-xətti vardır onun. İlk ifaçılıq imtahanını 1984-cü ildə Ağdaş rayonunda keçirilən Yeniyetmələrin respublika baxış müsabiqəsinə qatılaraq dahi müsiqiçi Niyazinin sədri olduğu munsiflər heyəti qarşısında verib və həm də uğurla. Sonralar muğam sənətinin incəliklərini ustad xanəndə İslam Rzayev və Nəriman Əliyevdən alaraq mükəmməl xanəndə kimi yetişmişdir. O, yeganə xanım xanəndədir ki, ifa etdiyi yeddi muğam dəstgahı ("Humayun", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Şur", "Mahur-hindi", "Mizə Hüseyn segahı", "Cahargah", "Xaric segah"), həmçinin "Kəsmə şikəstə", "Heyratı" zərb muğamları, yüzdən artıq xalq və bəstəkar mahnıları Azərbagcan Televiziya və Radiosunun Fondunda saxlanılır.

Amma nə yazıqlar ki, bu gün onu – respublikanın Əməkdar artisti Ruzə İbişovanı bəlkə də biriləri heç tanımır və bu da təbiidir, heç təəccübə gərək də yox. Efirləri bayağı və duzsuz “musiqi xəzinəsi” bəzəyəndə, ümumən isə, efir məkanı təsadüfi adamların “əhatə dairəsində” olanda onun kimi sənətkarlar təbii ki, “kölgədə” qalacaqdır və ayrı necə olmalıdır ki? Sonuncda itirən şübhəsiz, mədəniyyətimiz olur, Ruzə xanım kimi sənətkarlar yox. Biz isə, vaxtımızı itirməyək, birlikdə Ruzə xanım İbişovanı dinləyk və muğamımızın sehrinə düşüb ruhumuza dinclik gətirək.

Əli Bəhram

Xəbər 2043 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +