Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.07.2022  10:15 

Ağalıya qayıdan ailələrin Bakıdakı evləri kimə verildi?





A+  A-

Öz yurdlarından didərgin düşmüş məcburi köçkünlərin torpaqlar işğaldan azad olunduqdan sonra yenidən öz evlərinə qayıtması əsas məsələlərdən birinə çevrilib.

Bununla bağlı işğaldan azad olunmuş ərazilərdə bir sıra layihələr həyata keçirlir. Bu gün ilkin mərhələdə 58 nəfərdən ibarət 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Sakinlərin köçürülməsi növbəti günlərdə də davam edəcək. Prezident İlham Əliyev torpaqların işğaldan azad olunmasından sonra artıq keçmiş məcburi köçkünlər üçün mənzillərin Bakı, Sumqayıt və digər şəhərlərdə deyil, işğaldan azad olunmuş ərazilərdə inşa ediləcəyini vurğulamışdı.

Ölkə başçısı “Qaçqınkom”un balansında olan, məcburi köçkünlər üçün inşa edilən yaşayış binalarının şəhid ailələri və müharibə əlillərinə verilməsi ilə bağlı sərəncam da imzalayıb. Sərəncama əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Söhbət 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir. Bu mənzillər Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşir. Şəhid ailələri, müharibə əlilləri evlə təmin edildikdən sonra istifadəsiz qalan mənzillər satışa çıxarılacaq. Satışı yolu ilə əldə olunan gəlirlər isə digər rayon və şəhərlərdə şəhid ailələri və müharibə əlilləri üçün evlərin tikintisinə sərf olunacaq.

Bundan başqa, dövlət hesabına tikilən evlərdə məskunlaşan məcburi köçkünlərin doğma torpaqlarına qayıtdıqdan sonra yaşadıqları mənzillərin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına veriləcəyi haqqında məlumatlar yayılmışdı. Buna görə də artıq Qarabağa köçürülən ailələrin Bakıda yaşadıqları mənzillərin aqibəti maraq doğurur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Cebhe.info-ya açıqlamasında bildirib ki, məcburi köçkünlərin bu vaxtadək yaşadığı mənzillər şəhid və qazi ailələrinə verilir:

“Bu gün Ağalıya köçürülən sakinlər içərisində şəhərciklərdəki mənzillərdə yaşayanlar da var idi. Komitənin tabeliyində olan və məcburi köçkünlər üçün tikilmiş yaşayış binalarında mənzillərdə müxtəlif səbəblərdən boşalma ola bilər. Yaşlı adam rəhmətə getdiyi üçün, yaxud hansısa səbəbdən birotaqlı mənzillər boşalır. İndiki vəziyyətdə boşaldığı təqdirdə mütləq evi olmayan, ağır şəraitdə yaşayan şəhid ailələri və qazilərə verilir. Bizdə növbəlilik sistemi var. Komitə rəhbərinin tapşırığı bu istiqamətdədir”.

Qurum rəsmisi bu mənzillərin satışa çıxarılması ilə bağlı hansısa məlumatın olmadığını qeyd edib:

“Həmin mənzillər dövlətin mənzil fonduna aid olan evlərdir. Onunla bağlı heç bir qərar yoxdur. Müharibədən öncə 5 minə yaxın mənzil tikilmişdi və mənzillərə köçürülmə həyata keçirilməmişdi. Həmin yaşayış binaları Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirildi. Evlərin bir hissəsi şəhid ailələri və müharibə əillərinə verildi, bir hissəsinin isə satışa çıxarılması məqsədəuyğun görüldü. Bu gün Ağalı kəndinə köçürülən sakinlər Bakı və Bakı ətrafında ağır şəraitdə yaşayan, Ağalı kəndindən olan məcburi köçkünlərdir. Onlardan bəziləri qohum evində, ictimai binalarda, yataqxanalarda yaşayırdılar”.

Xəbər 1109 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +