Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.07.2022  13:53 

Dayısı olmayan kimsəni nökərçiliyə də götürmürlər ki...





A+  A-

Bizdə sovet vaxtı da qohumbazlıq vardı, ancaq ağ eləmək mümkün deyildi. Çünki Moskvadan qorxu vardı, Leninin qəbrinə məktub yazmaq vardı. Adamın atasını yandırmaq vardı...

Atam həmişə deyirdi ki, bu dələduzların (o başqa cür ifadə edirdi) Moskvadan qorxusu olmasa, respublikanı dağıdarlar... Moskvanın qorxusu hələ də var, amma əvvəlki qədər deyil. Əvvəllər o bizim daxili işlərimizə də müdaxilə edir, arada gözünü ağardırdı ki, özünüzü yığışdırın.

İndisə ancaq xarici siyasətə qarışır, o da birbaşa yox, diplomatik yolla, dolayısı ilə, "mədəni" şəkildə. Axı müstəqilik, Avropa Şurasının üzvüyük, ABŞ-la, Türkiyə ilə diplomatik əlaqələr qurmuşuq. Onlara görə, Moskva da taktikanı və ritorikanı dəyişib. Çünki indi belə "moddur". Yəni nə edirsiniz-edin, sadəcə bizim maraqlarımıza zidd olmasın. Bunlar da hər kəsin, dünyanın dörd tərəfinin payını verir, milləti yarıac, zillət içində saxlayırlar. Leninin mavzoleyini Avropa İnsan Haqları Məhkəməsi əvəz edib ki, ora bir ərizə yaza, göndərə bilmək üçün bir ətək pul xərcləməli, 5-10 il gözləməlisən. Hələ tapşıranın da olmalı, dosyen onların kefinə batmalıdır. Yəni öz adamları olduğuna əmin olmalıdırlar.

Amma sovet höküməti bir şeyə baxırdı: zəhmətkeşdirsə, vəssalam. Özü də bircə ayın içində tədbir görülürdü. Düzdür, o vaxt da cibində partiya bileti gəzdirən çoxlu alverçi, qaraçı xislətli adam ortalıqda at oynadırdı. Amma yenə də Domokl qılıncı başımızın üstündəydi və hər an enmək təhlükəsi vardı.

Əvvəllər rus deyirdi ki, ağ eləməyin. Bilirik, sizdən adam, yəni əsl sovet adamı olası deyil, amma bütün hallarda bizimlə bir yerdəsiniz, adınız bizimlə çıxıb, özünüzü elə aparın ki, dünyada başımızı aşağı etməyəsiniz.

Bir də ki, sizdəki rüşvətxorluq, qohumbazlıq, məsuliyyətsizlik, intizamsızlıq istər-istəməz virus kimi kənara da yayılır, "çestnı" rusları və digər millətləri də pozur. Məsələn, gəlib Rusiyada bizim rüşvət nə olduğunu bilməyən, qohum tanımayan, ali məktəblərə, vəzifələrə hər kəsi təmənnasız qəbul edən, hətta bizlərin bu ambisiyalarını görəndə sevinən, işi həll etdikdən sonra bir dəstə gülü, bir qutu konfeti, bir şüşə konyakı belə zorla götürən insanlarımızı korlayırsınız.

Bəli, həqiqətən korlayırdıq. Hələ gəlib burda danışırdıq ki, rusu həriflədim, bir butulka konyaka oğlumu hüquqa düzəltdim. Hələ evində də qaldım, nə bilim nə... Biri sürü də hap-gop...

İndi alın sizə. İtlərinin qurd dayısı olmayan kimsəni nökərçiliyə də götürmürlər ki, birdən gedib orda-burda sirlərini yayarıq. Yaxud pullanıb qudurar, bunlara yan baxar, halal haqqımızı tələb edərik...

Nadir Qocabəyli

Xəbər 1180 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +