Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


12.07.2022  18:50 

Daha biri QAZİnin İNTİHARI: Kimdir günahkar? - Video





A+  A-

Xəbər verdiyimiz kimi, üç gün əvvəl Sabirabad rayon İcra Hakimiyyəti binası qarşısında özünə od vuraraq yandıran Vətən müharibəsi qazisi Elvin Cəfərov bu gün səhər vəfat edib. QAZİnin vəfatı bütün ölkəni sarsıdıb. Hamı qaziyə qarşı laqeyd münasibətdən gileylənir. Sosial platformalarda məsələyə münasibət bildirən jurnalistlər və ictimaiyyət nümayəndələri günahkarların cəzalandırılmasını tələb edir.

Onların bəzilərini təqdim edirik:

Rauf Arifoğlu:

Mərhum qazi Elvin Cəfərovun son videosu! Faciəvi hadisədən az öncə çəkilib! Sabirabad icra hakimiyyəti onu ruhi xəstə kimi qələmə verməyə çalışır... Bu videoya bir neçə dəfə baxdım. Ağlı başında, həlim, dəngəli, mədəni bir gənc gördüm...
Prezidentin imzası ilə 5 medal almış müharibə qəhrəmanı. Sadəcə, yerli məmurların cinayətkarca sayğısız münasibətindən sarsılmış, bir az da peşmanlamış kimidir...
Bu videonu kimin çəkdiyini bilmirəm, görünmür. Amma kadrarxası səsindən bəlli olur ki, o, Qazini daha da qızışdırır, onu intihar addımından çəkindirmək üçün heç nə etmir...
Vətən müharibəsindən sonra intihar edən 36-cı Qazimizdir. Böyük bir döyüşün itkisi ancaq bu qədər olar... Nə yazıq ki, düşmənlə şir kimi döyüşən 36 igidimiz haqları uğrunda məmurlarla savaşdan məğlub çıxdılar.
Allahın rəhmi onlarla olsun.

Ləman Ələşrəfqızı:

- Qazinin özünü yandırmazdan qabaq dediklərinə qulaq asdım. Onu dinləyən və çəkən şəxs kimdirsə, qazini niyyətindən çəkindirməliydi. Bəzən adamlar ağzından çıxan sözün qurbanına çevrilir. Bu bir. İkincisi, qazi birbaşa icra başçısını günahlandırır, məni sındırdı deyir. Bu açıqlama icra başçısının qollarının qandallanması üçün əsas vermirmi? Məncə cinayət işi ölüm həddinə çatdırma maddəsi ilə qaldırılır. Deməli, Siraqəddin Cabbarov həmin adamdır-vətəndaşı, qazini ölüm həddinə çatdıran. İstefa verməliydi, müsahibə verir. Deyir qazi özünü Mədəniyyət Evinin qarşısında yandırıb, İH-nin yox. Bu nə məntiqdir? İndi gedib Mədəniyyət naziri Anar Kərimovdan soruşaq ki, qazi özünü niyə yandırdı?
Fəlakətdir!




Videoda: İntihar edən "Maquli" ləqəbli Elvin Cəfərovun döyüş yolu

Aygün Muradxanlı:

Savaşdan dərhal sonra Türkiyədən Azərbaycana psixoloq heyəti gətirilmişdi. Bir neçə ay qaldılar, Bakıda, bölgələrdə qazilərimizin reabilitasiyası ilə məşğul oldular. Neçə qazini də biz onlara yönəltdik, sağ olsunlar, böhrandan çıxardılar hamısını. Çünki əsl professionallar idilər. Deyirəm, bəlkə sivil qazi-məmur münasibətlərini öyrədən heyətlər çağıraq Azərbaycana. Qoy gəlib məmurların başına ağıl qoysunlar. İlk təlim də “ Dövlət qaziyə verdiyini niyə dilinə gətirməməlidir” mövzusunda olsun.

Azər Rəşidoğlu:

Millət özünə hörmət etməlidir. O harın, nə danışdığını bilməyən başçısını yasın yuxarı başında əyləşdirmək nə deməkdir? Bir rayon İH başçısını iti qovan kimi qovmaq beləmi çətindir? Cənab texnoloqlar və o texnoloqların "media kapitanları" nə edirsiniz? Nələrin baş verə biləcəyini hesablayırsınızmı?

Niyaz Niftiyev:

- İntihar edən 36-ci Qazi də vəfat etdi. Nə üçün və kim üçün?.
Bu sualın cavabı birmənalıdır: Yaşamaq...
Kiçik "ailə dovləti"ni yaşatmaq, ağrıyan canına məlhəm üçün...
Amma bürokratiya, məmur laqeydsizliyi imkan vermədi. O xəstəxanada can verəndə ona verdiklərini sayırdılar. Başqa məsələlərdə belə operativ deyillər.
Vətən, torpaq uğrunda tərəddütsüz sağlamlığını itirən qaziləri torpaq bir-bir ağuşuna alır. Həm də faciəli şəkildə, vaxtsız...
Allah o dünyalarını versin.

Vasif Həsənli:

Odun-alovun içərisindən sağ çıxmağı bacaran oğullar məmur biganəliyinin qurbanı olurlar. Qazilərimizin intiharında ən böyük günahkar icra hakimiyyətləridir. Çünki cəmiyyətin həssas təbəqəsi sayılan qazilər və şəhid ailələri ilə işləmirlər, başları sahibkarları soymağa qarışıb. Bu cür xoşagəlməz hadisə vaş verəndə “mələk” obrazına girirlər. Eynən Sabirabadın icra başçısı kimi…

Şərif AĞ:

Bayqdan nə qədər çalışıram, heç nə yaza bilmirəm. Sözün bitdiyi yer buradır. Heç olmasa fotosunu paylaşaq, xatirəsini əziz tutaq. :-(




Videoda: İntihar edən "Maquli" ləqəbli Elvin Cəfərovun dəfni

Həbibə Abdulla:

- Övladlarına bu günlərdən də çörək qazananlar var. Qazi intiharlarından, məmur özbaşınalıqlarından, şəhid ailəsi narazılıqlarından və s...

Zaur Əhməd:

- Hazırda sabaha qazinin intiharını unutdura biləcək gündəm fikirləşirlər. Görək yeni gündəm üçün kimi rasxoda verəcəklər?

Fərid Şahbazlı:

- Qazi və şəhid ailələrinin problemlərinin həlli üçün xüsusi proqrama, özəl və həssas yanaşmaya ehtiyac var. Çünki onlar Vətənimizin azadlığı uğrunda xüsusi fədakarlıq və qəhrəmanlıq nümayiş etdiriblər, canlarından can veriblər. Onlara münasibətdə hansısa nəzəri qanunvericilik aktlarını əsas gətirib məsələnin bu həddə çatmasına şərait yaratmaq XƏYANƏTdən başqa bir şey deyil.

Günel Səfərova:

- Dövlət çox böyük anlayış olmaqla yanaşı bir sistemdir. Qazilərə, Şəhid ailələrinə tətbiq edilən sosial paketləri də izah etməyin və ya sadalamağın çox daha nəcib yolu vardır. "3 ora, 5 bura, 15 ora" deyib dövləti gözdən salmayın. 44 gündə biz olan bizik, elə o zaman bizdən olmayanlar da bizdən deyillər.


Foto: Sabirabad Rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov

İlqar Salmanov:

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qazi Elvin Cəfərovun intiharı ilə bağlı deyib ki, "Mənim xəbərim olmayıb". Əksəriyyət başçının bu "səmimiyyətinə" inanmır, qınayır və s.
Əksinə, təəccüblənmək yanlışlıq olardı: Nə vaxtdan başçının əhli-rəiyyətdən, torpaq, vətən sevdalısından xəbəri olub ki? Niyə də olmalıdır ki? Bunlar ayrı-ayrı dünyanın adamlarıdır...Sözün hər bir mənasında.

Emin Tarverdiyev:

Utanmasalar deyərlər ki, qazi özünü yandırmayıb, öz özünə alışıb. Müharibədən sonra ən azı bu qazilərə 6 aylıq elə evlərindəcə psixoloji dəstək göstərmək lazım idi.

Nigar Sabirqızı:

Hər intihar edən və ya etirazını sərt formada bildirən qazi üçün “psixoloji problemi” var idi deyilir. Yanında bombalar partlayan, döyüş yoldaşlarının öldüyünü görən, onların son sözlərini dinləyən bir insanın psixoloji vəziyyəti necə olmalıdır ki? Onları anlamaq bu qədər çətindirmi? Məsələ onların tələbinin haqlı və ya haqsız olmağında deyil. Bir az anlayış göstərmək, necəsə yardım etməyə çalışmaq olmazmı? Söz var ki dağa çıxardar, söz də var dağdan endirər. Vəzifəni Prezidentimizin dediyi kimi “Məmur xalqın xidmətçisi olmalıdır” kimi yox, kresloda yayxanıb oturmaq, pul saymaq, insanların problemləri əvəzinə, öz ətrafının problemlərini həll etmək kimi anlayan bəzi məmurlar dağdan endirməyə davam edir. Kömək etmirsizsə, heç olmasa insanları daha güclü psixoloji gərginliyə sürükləyib onların ölümünə səbəb olmayın! Yetər artıq!

Yusif Əli
XəzərNews.az


Xəbər 1263 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +