İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


07.07.2022  10:40 

Bu məmurlar həbslərdən qorxmur, Prezidentin xəbərdarlığından nəticə çıxarmırlar...





A+  A-

Ölkədə illərdir antikorrupsiya əməliyyatları həyata keçirilir, icra başçıları, nazir müavinləri, hətta nazirlər həbs edilir. Ötən müddət ərzində Prezident İlham Əliyev xeyli icra başçısını, məmuru yarıtmaz əməllərinə görə işdən azad edib, islahatlar aparılıb. Dövlət başçısı çıxışlarında məmurlara vətəndaşları, sahibkarları incitməməyi əmr edir.

Prezident həmçinin ictimai nəzarəti artırmağı tapşırır, sahibkarlara onları incidən olanda səslərini çatdırmağı tövsiyə edir.

Ötən illərlə müqayisədə məmur özbaşınalığı xeyli azalıb. Ancaq mütəmadi olaraq sosial şəbəkələrdə, mediada özbaşınalıq edən, “haqq” istəyən məmurlardan şikayət edən vətəndaşlara da rast gəlməkdəyik. Xüsusən son aylarda bir qism yerli məmurlar sanki həbsləri, Prezidentin tapşırıqlarını “unudublar”. Daha çox şikayətlər icra nümayəndələrinin sahibkarlardan biznes fəaliyyətinə, özünə mülk tikərkən pul tələb etmələrinə dairdir.

Görünən budur ki, həbslərdən, xəbərdarlıqlardan nəticə çıxarmayan məmurlar qalmaqdadır və onlarla mübarizə daha da gücləndirilməlidir.

Yaxud da digər təsirli tədbirlər görülməlidir. Ekspertlər hansı üsullar təklif edir? Dərs çıxarmayan məmurlarla nə etməliyik?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, korrupsiya Azərbaycanda ölkə həyatının bütün sahələrində kök salıb, cəmiyyəti ciddi şəkildə narahat edən bəlaya çevrilib:

“Ötən illər ərzində ölkədə korrupsiyaya qarşı müxtəlif istiqamətlərdə mübarizə tədbirləri, proqramlar hazırlanaraq həyata keçirilib. Əhalinin ən çox istifadə etdiyi 300-dən yuxarı xidmət Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin (ASAN) mərkəzləri tərəfindən təqdim olunmağa başlanıb. Bütün bunlara rəğmən, Azərbaycanda korrupsiyanın səviyyəsi cəmiyyəti narahat edəcək səviyyədə qalmaqdadır. Bunun ən başlıca səbəbi məhkəmə-hüquq sahəsində korrupsiyanın olmasıdır. Azərbaycanda məhkəmə hakimləri korpusu çox ciddi şəkildə nəzarətə götürülməli, məhkəmələrdə ədalətli hökm, qətnamə, qərarların çıxarılması təmin olunmalıdır. Biz bilirik ki, son 5 ildə 10-dan çox rayonun icra başçısı, müxtəlif nazirliklərdə yüksək vəzifə tutan şəxslər bilavasitə cinayət əməli törədərkən yaxalanaraq həbs olunublar. Eyni zamanda korrupsiya fəaliyyətlərinin genişlənməsində, himayəçilik biznesinin inkişafında yüksək rolu olan məmurlar vəzifələrindən alınıblar. Lakin cəmiyyətin bu sahədə gözləntiləri hələ qalır, ölkə həyatının, iqtisadiyyatının müxtəlif sferalarında korrupsiya hallarının qarşısının alınması üçün hökumətdən daha təsirli addımların atılması artıq cəmiyyətdən gələn sifarişdir. Azərbaycan insanı daha yaxşı şərtlərdə, ədalətli cəmiyyətdə yaşamağa layiqdir. Amma ölkədə korrupsiyanın səviyyəsi çox yüksəkdir. Demək olar ki, onun bürümədiyi sahə yoxdur. Əksər sahələrdə sistemli xarakter daşıyır. Bu baxımdan onunla mübarizə hərtərəfli və mövcud səviyyəyə uyğun deyil. Sistem halını almış bəla ilə də sistemli mübarizə aparmaq lazımdır. Bizdə isə mübarizə aparılsa da, pərakəndə xarakter daşıyır”.

Hüquqşünas deyir ki, ilk növbədə məmurların cinayətlərini müəyyən etmək üçün onların gəlir və xərcləri üzərində nəzarət olmalıdır:

“Başqa sözlə, məmurların gəlir və xərclərinin bəyan edilməsi haqda qanunvericilik qəbul edilməli və mütləq icra olunmalıdır. Digər tərəfdən, dövlət büdcəsinin icrası üzərində ictimai nəzarətin qanunverici təminatı olmalıdır. Hər bir dövlət qurumu xərclərini gündəlik əsasda onlayn rejimdə saytında dərc etməlidir: hamı üçün aşkar olsun ki, xalqın pulları hara gedir. FHN nə qədər karandaş alıb, Kənd Təsərrüfatı Nazirliyi gübrəyə nə qədər pul xərcləyib, icra hakimiyyəti büdcə hesabına nə qədər iş görüb kimi məsələlər niyə gizli saxlanmalıdır? Axı pul büdcədən gəlir və büdcə elə Azərbaycan xalqının cibidir. Məsələn, ”Dövlət satınalmaları haqqında" Qanun var, amma ona əməl edən dövlət qurumlarını barmaqla göstərmək olar. Məsələn, hər il üzrə potensial satınalmaların planı qabaqcadan dərc olunmalıdır. Demək olar ki, əməl edən yoxdur.

Açıq tenderlər elektron qaydada hökumət portalında keçirilməlidir. Amma buna çox nadir hallarda rast gəlmək olar. Dövlət büdcəsinin icrasına ictimai nəzarətin təmin edilməsi, dövlət satınalmalarının və dövlət vəsaiti hesabına kreditlərin şəffaflaşdırılması olduqca vacibdir. Digər tərəfdən, məhkəmə-hüquq islahatları da dərinləşdirilməlidir. Əvvəl-axır hər şeyə qiymət verən məhkəmələrdir. Onlar da korrupsiya mexanizminin tərkib hissəsi olduğu halda, təbii ki, mübarizə səmərəli olmayacaq".

Hüquqşünas deyib ki, Azərbaycanda Prezidentin təşəbbüslərini əngəlləyən əsasən məhkəmələrdir:

“Prezident 2019-cu ildə ”Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzaladı. Gəlin baxaq, həmin fərman əsasən icra olunmayıb! Misal üçün, fərmanda nəzərdə tutulan “məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması” təmin olunmalıdır. Gedin məhkəmələrə və baxın görün hakimlər nə oyun çıxarırlar. Elə sizin qəzetdə yazılmışdı ki, Bakı Hərbi Məhkəməsində zərərçəkənlər vəsatət verib məhkəmənin audio-video yazılışını tələb ediblər. Hakim isə vəsatəti təmin etməyib. Halbuki məsələ vəsatətsiz həll olunmalıdır. Çünki ortada Prezidentin fərmanı var. Hakim bunu niyə etmir sualına cavab sadədir. Hakimin işdə marağı, hansısa gözləntisi, korrupsiya istəkləri var. Məhkəmə icraatının qeyri-obyektivliyində maraqlı olanlara bu, sərf etmir. Fərmanda “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması tapşırılmışdı. Açın məhkəmələrin saytını və axtarın. Axtarışı o günə salıblar ki, ən professional vəkillər, İT mütəxəssisləri belə axtardığı hökm, qətnamə, qərarı tapıb tanış ola bilər. Səbəb axtarmayın, çünki səbəb korrupsiyadır.

Prezident fərmanında belə axtarış sisteminin formalaşdırılmasında məqsəd vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Yəni əhali, vəkillər, digər maraqlı şəxslər oxşar işlər üzrə əvvəlki məhkəmə qərarlarını rahatlıqla tapmaq imkanına malik olmalıdır ki, məhkəmələr vahid təcrübədən kənarlaşa bilməsin. Amma belə axtarış sistemi yoxdur və olanı da məhv ediblər. Əksər məhkəmələr, ümumiyyətlə, qərarlarını dərc etmir".

Hüquqşünas deyir ki, Dövlət Təhlükəsizliyi Xidməti bir tərəfdən korrupsiyaya bulaşmış məmurları həbs edir, digər tərəfdən Azərbaycan məhkəməsi həmin məmuru 3-5 ilə açıb buraxır:

“Korrupsiya ittihamı ilə həbs olunan şəxslərin böyük əksəriyyəti vaxtından əvvəl azadlığa buraxılır. Bu, digər məmurlarda ”tutulsam da tezliklə azadlığa çıxacam" kimi arxayınlıq yaradır. Bu praktikadan tamamilə imtina olunmalıdır. Korrupsiya cinayətinə görə həbs olunan şəxs cəzasını günə-gün çəkməlidir və belə şəxslərə qarşı qanunun ən sərt üzü göstərilməlidir. Əks halda, korrupsiyaya qarşı mübarizə effekt verməyəcək".

Elşən MƏMMƏDƏLİYEV

Xəbər 1152 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +