Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


06.07.2022  16:53 

Qara əllər dövlətin ədalətinə kölgə salıblar





A+  A-

Azərbaycanda dövlətin müəyyənləşdirdiyi sosial siyasətin icrasında ciddi problemlər mövcuddur. Amma qanuna baxsaq, dövlətin sosial siyasəti ilə bağlı mühüm məqamların olduğunu görərik. Yəni, dəftər-kitabda hər şey mükəmməldir.

Şəhid ailələri, qazilər, müharibə veteranları, əlillər, ahıllar, kimsəsiz uşaqlar və sair kateqoriyadan olan insanların qayğısını çəkmək üçün kifayət qədər imkanlar var. Azərbaycan kasıb ölkə deyil. Allaha şükr olsun ki, neftimiz, qazımız, digər faydalı qazıntılarımız, turizmimiz, ümumiyyətlə, pul gətirən, insanımızın layiqli yaşamasını təmin etmək üçün çox şeyimiz var. Ən əsası Dövlət Baba var...

Kim nə deyir desin, mənim üçün hər zaman kutsal bir Dövlət Baba anlayışı olub, var, olacaq. Doğrudur, o babam zamanında mənim başıma tumar çəkməyib. Ya zəlzələdən, ya vəlvələdən mən lazım olan himayəni hiss etmədən böyümüşəm. Elə indi də “qorxma mən səninləyəm” demir, amma yenə də Dövlət Baba mənim üçün dəyərlidir, toxunulmazdır. Kimsənin ona toxunmasına da imkan verməmişik, vermərik də. Haqqımız olanı yeyiblər, susmuşuq, ar eləmişik, qarın davası, kreslo davası, səlahiyyət davası, aparmamışıq. Amma istənilən müstəvidə canımızla, qanımızla harda, hansı şəraitdə olmasından asılı olmayaraq, vətən, millət, dövlət davasına hazır olmuşuq. Bəzən hislərimizi cilovlaya bilməmişik, etiraz eləmişik, Dövlət Babaya sitəm eləmişik, amma heç vaxt asi düşməmişik. Çünki bizim üçün bir prinsip var, Dövlətdən inciyərlər, amma küsməzlər.

Bu gün dövlətin himayəsində olmalı insanların xeyli hissəsi narazıdır. Fakt odur ki, haqlı-haqsız narazı var. Əmin edirəm ki, bu narazılığın ən əsas səbəbkarları Dövlətin səlahiyyət verdiyi adamlardır. Bu adamlar kreslolarına, onlara verilən səlahiyyətə necə aludə olublarsa, dövlətin gücünə necə öyrəşiblərsə, gözləri ayaqlarının altını görmürlər. O gücü özlərinin gücü, o səlahiyyəti dədələrinin mirası bilirlər. Reallıqdan o qədər uzaqlaşıblar ki, nəyin doğru, nəyin yanlış olduğunu, nəyin haqq, nəyin nahaqq olduğunu unudublar. Xırdalığa getmək istəmirəm. Zatən bu ölkədən hər kəs nəyin nə, kimin kim olduğunu çox yaxşı bilir.

Müğənni Roza Zərgərlinin oğulluğu olar Corc Qafarova mənzil verilməsinin yaratdığı ajiotaj da bu ədalətsizlikdən doğan nəticədir. Uşaq evində böyümüş bir gəncin dövlət tərəfindən evlə təmin olunmasında heç bir qəbahət yoxdur. Əksinə, dövlətin bir gəncə sahib çıxması önəmli məsələdir və bu addım təqdir olunur. Onda bəs niyə belə bir həngamə qopur? Yanlışlıq hardadır? Dövlətin sosial siyasətindəmi? Görünən odur ki, dövlətin sosial siyasətinin icraçıları ədalət tərəzisinə barmaq edirlər və bu barmağı da hər kəs görür. Elə bu qara barmaqlara görədir ki, dövlətin sosial siyasətinə kölgə düşür. İndi artıq tərəziyə barmaq edilmir, qara əllər dörd bir yandan hücumdadır. Ona görə də kimsə bu tərəzinin doğru çəkdiyinə inanmır.

Dövlətin gücü onun ədalətindədir. Nə yazıq ki, bu qara əllər dövlətin ədalətinə kölgə salıblar. İndi bircə yol qalıb. Dövlət ədalət tərəzisinə uzanan bu qara əlləri kəsib atmalıdır, ya da...

Zaur Əhməd

Xəbər 4411 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +