“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


04.07.2022  15:30 

““Həmin Zaur” proqramında qanun pozuntusu olmayıb” - Rəsmi açıqlama





A+  A-

Azərbaycan Respublikası Audiovizual Şurası “ARB” televiziya kanalında yayımlanan “Həmin Zaur” proqramı müğənni Afşin Azərinin efirdən çıxarılması faktına münasibət bildirib.

XəzərNes.az-ın məlumatına görə şuradan "Report"un sorğusuna cavab olaraq bildirib ki, Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.

Qeyd olunub ki, bu reaksiya açıqlama, bəyanat, xəbərdarlıq və daha sərt - hər hansı bir sanksiyanın tətbiq olunması ilə bağlı Şuranın qərarı formasında ola bilər:

"29 iyun 2022-ci il tarixdə “ARB” ümumölkə yerüstü televiziya yayımçısının efirində “Həmin Zaur” proqramı zamanı aparıcı Zaur Kamal ilə efirə dəvət olunan qonaq müğənni Afşin Azəri arasında ziddiyyətli dialoq baş verib, sonra isə aparıcı qonağı efirdən çıxarıb. Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri tərəfindən proqramın monitorinqi həyata keçirilib, yaranan xoşagəlməz hala baxmayaraq yayım zamanı qanunvericilyin pozulması faktı qeydə alınmayıb.

Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Proqrama hansı qonağın, hansı vaxtda, hansı tərzdə dəvət olunması və ya efirdən uzaqlaşdırılması tam olaraq redaksiya müstəqilliyi müstəvisinə aid bir məsələdir. Baş vermiş insident zamanı qonağa qarşı hər hansı nalayiq ifadə istifadə olunmayıb, qonağın fikirlərinin redaksiyanın fikirləri ilə üst-üstə düşməməsi halı baş verib və nəticədə proqramın redaksiyası qonağı efirdən çıxarıb".

Qeyd olunub ki, ictimai reaksiyanı nəzərə alaraq Şura tərəfindən ARB kanalının rəhbərliyinə müəyyən tövsiyə və izahatlar verilmiş, gələcəkdə belə ictimai qınağa səbəb olan halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.

Sosial şəbəkələrdə, internet televiziyalarda aparıcının bu davranışını “Media haqqında” Qanunun 14.1.7-ci maddəsinin (şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı tələbin) pozulması kimi qiymətləndirirlər. Şuranın həmin məqama münasibəti belə olub:

"Elə bir hal olduğu təqdirdə qarşı tərəfin bununla bağlı birbaşa olaraq məhkəmə instansiyalarına müraciət etmək hüququ var. Özünü zərərçəkmiş hesab edən şəxsin əvəzinə Şuranın fikir bildirməsi doğru olmazdı".

Xəbər 890 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +