AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.07.2022  18:58 

Fərid Qayıbov “Qarabağ“ın oyunu ilə bağlı göstəriş verib





A+  A-

"Gənclər və idman naziri Fərid Qayıbov burada görülən hazırlıq işləri ilə tanış oldu və nəyə daha çox diqqətin ayrılması barədə müvafiq göstərişlər verdi".

XəzərNews.az xəbər verir ki, bunu report-a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev deyib.

Onun sözlərinə görə, nazir əsasən "Qarabağ"ın Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda təhlükəsizlik qaydalarına diqqət yetirilməli olduğunu bildirib. "Biz də ona uyğun olaraq öz işimizi qurmuşuq. Fərid Qayıbov stadiona girişin asanlaşdırılması, kütlənin bir yerə çox toplaşmaması, azarkeşlərin qapılardan bərabər səviyyədə buraxılması, səliqə-səhman və digər lazımi aspektlərin yerində olması ilə bağlı müvafiq göstərişlərini verdi. Biz də onların hamısını yerinə yetiririk".

Quliyev Fərid Qayıbovun ot örtüyünün vəziyyəti ilə də tanış olduğunu sözlərinə əlavə edib: "Ot örtüyü yaxşı səviyyədədir. "Qarabağ"ın cavab matçınadək ideal səviyyədə olacaq. Başqa cür ola da bilməz. Ot örtüyünü həmin vəziyyətdə saxlamağa çalışacağıq. Bunun üçün işlər gedir, lazımi qulluq göstərilir, dərman və gübrə verilir. Sulama da öz qaydasında həyata keçirilir. Hesab edirəm ki, bu yöndə problem yaranmayacaq. Stadionun öz əməkdaşları tərəfindən bütün cari işlər görülür. Biz bunların öhdəsindən gələ bilirik və hansısa problemimiz yoxdur".

Direktor oyun günü cənub bölgəsindəki 5 qapının hamısının azarkeşlərin arenaya rahat girişi üçün açılacağını diqqətə çatdırıb. "Bu addım fanatların həm şimaldan, həm də cənubdan arenaya girişinin bərabər bölünməsi məqsədi ilə atılır. Burada bütün bərpa işləri tamamlanmaq üzrədir. İyulun 12-də qapılar azarkeşlərin üzünə açıq olacaq".

Qeyd edək ki, “Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Xəbər 1520 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +