“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


01.07.2022  11:10 

“Bakı Metropoliteni” sərnişinlərə müraciət edib





A+  A-

Yay dövrünün qədəm qoyması ilə metropolitendə sanitariya normaların tələblərinə əməl edilməsi ilə bağlı nəzarət mexanizmləri gücləndirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilir ki, dövrün mikroiqlim xüsusiyyətləri nəzərə alınmaqla sərnişinlərin müxtəlif qablaşdırılmış sulardan, həmçinin qida və kulinariya məhsullarından istifadə etməsi hallarının artması müşahidə olunur: "Stansiya və qatarların təmizliyinin qorunub saxlanması məqsədilə bir sıra tədbirlər yerinə yetirilir, monitorinqlər davam etdirilir. Bununla yanaşı, “COVID-19” pandemiyası dövrünün tələbləri əsasında sanitar-gigiyenik qaydalara ciddi əməl olunması aktuallığını qoruyub saxlayır.

Məlumdur ki, metropoliten stansiyalarında sərnişin təhlükəsizliyi, eləcə də sanitariya qaydalarının qorunub saxlanması məqsədilə tullantılar üçün konteynerlər qoyulmur.

Qeyd edilənlər nəzərə alınmaqla, stansiyalarda gücləndirilmiş təmizlik işlərinin həcmi və miqyası artırılıb, davamlı nəzarət təmin edilib. Lakin qatarlarla bağlı vəziyyət fərqlidir. Vaqonlarda müvafiq yoxlama və nəzarət tədbirlərinə, əsasən, sonuncu stansiyalarda yol verilə bilər. Bununla belə Qırmızı xəttin “İçərişəhər”, Yaşıl xəttin “Dərnəgül” stansiyalarında qatarların bir yoldan digər yola keçirilməsini təmin edən dönmə kameraları yoxdur. Belədə qatarlara əlavə sanitariya baxışının keçirilməsi intervalların artması və yubanmalara yol verilməsi ilə nəticələnəcək. Bu səbəbdən “İçərişəhər” və “Dərnəgül”, habelə Yaşıl xəttin “Memar Əcəmi” stansiyalarından xəttə çıxan qatarlarda, hərəkət qrafikinin pozulmaması şərti ilə, ən qısa müddəti nəzərdə tutan təmizlik işləri təşkil edilir.

Hər iki xətt üzrə qatarların müntəzəm dönmə əməliyyatı aparılan sonuncu stansiya “Həzi Aslanov”dur. Məhz bu stansiyada qatarlara sanitariya nəzarəti çərçivəsində atılmış əşyaların yığışdırılmasına yalnız müəyyən mənada imkan var.

Ümumən qatarlarda əsaslı sanitariya baxışının keçirilməsi və təmizlik işlərinin aparılması yalnız depo şəraitində mümkündür".

“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, stansiyalarda və xüsusən qatarlarda istifadə olunmuş qablaşdırılmış su, qida və kulinariya vasitələrinin atılmamasını rica edir. Eyni zamanda stansiya və qatarlarda oturacaq və tutacaqların, habelə əllə təmas olunan digər səthlərin təmiz saxlanması vacibdir.

Unutmayaq, paytaxtın əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropoliten insanların kütləvi toplaşdığı və hərəkət etdiyi məkanlardandır. Günümüzün aktual məsələlərindən biri sanitar-gigiyenik qaydalara riayət olunmasıdır. Bu, metropolitendə hər bir sərnişinin sağlamlığının əsas meyarlarından biridir. Bir sərnişinin diqqətsizliyi və yaxud biganəliyi yüz minlərlə insanın, o cümlədən hər birimizin evinin sakini və qonağı kimi metropolitendən istifadə edən ailə üzvlərimizin və yaxınlarımızın sağlamlığına xələl gətirə bilər.

Xəbər 895 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +