Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


29.06.2022  11:40 

Əhali icbari tibbi sığortadan narazıdır - Yeyinti iddiası





A+  A-

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi nə qədər sevindirici olsa da, əhali sistemdən şikayətçidir. İnsanlar sistemin bürokratik əngəllərlə dolu olduğunu, bu səbəbdən istifadə etmədiklərini bildirirlər.

Sistemi sadələşdirmək olarmı?

Məsələ ilə bağlı Milli Məclisin Səhiyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov Bakupost.az -a açıqlama verib.
O, əhalinin fikri ilə razı olmadığını deyib:

“Sistem rahat, şəffaf şəkildə qurulub və hər kəsin öz funksiyaları var. Eyni zamanda, tibbi sığorta paketində kifayət qədər çox xidmət zərfi mövcuddur və insanlar bundan yararlanır. Hətta İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri deyir ki, növbəti ildə daha çox xidmət paketləri olacaq. Düşünmürəm ki, tibbi sığortada süründürməçilik olsun. Çox insanlar bu xidmətdən faydalanmaq istədiyi üçün sadəcə növbələr ola bilər. Bu gün tibbi sığorta hamı üçün əlçatandır”.
Həkim-radioloq Aydın Əliyev isə tibbi sığorta ilə bağlı ciddi problemlərin olduğunu deyib.
Həkim qeyd edib ki, tibbi sığorta sistemi şəffaf fəaliyyət göstərmir:

“İdeal tibbi sığorta sistemi tələb edə bilməsək də, daha yaxşı tibbi xidmət göstərilə bilər. Ümumiyyətlə tibbi sığorta sistemi şəffaf fəaliyyət göstərmir. Çünki TƏBİB İcbari Tibbi Sığortaya tabe olmayacaq bir qurumdur. Qanunla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi büdcədən, müxtəlif ianə verən təşkilatlardan sığorta vəsaitini toplamalı və TƏBİB, Səhiyyə Nazirliyi İcbari Tibii Sığortaya layihə ilə müraciət etməlidir ki, biz bu tibbi xidmətləri etmək istəyirik, avadanlıqları almalıyıq və s. Bunun üçün də işçi qrupu işləməli, məbləğ ayrılmalıdır. Lakin indi fərqlidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təşkilatlardan, büdcədən pulu yığır və öz tabeçiliyində olan quruma onu sərf etməyə verir. Burada şəffaflıq məsələsi avtomatik ölür. Tabeçiliyində olan qurum sabah onun qarşısında bir tələb qoya bilmir. Məsələnin kökü əsas buradan qaynaqlanır. Əgər məqsəd maddi yeyintidirsə, o zaman əhaliyə vicdanla tibbi xidmət göstərmək məsələsi arxa plana keçir. Burada mübarizə gedir ki, kim nə qədər və haradan pul yeyəcək”.
A.Əliyev bildirib ki, respublikada fəaliyyət göstərən tibb müəssisələri insanların tibbi sığortadan istifadəsi üçün əlçatan olmalıdır:
“Respublikda fəaliyyət göstərən bütün tibb müəssisələrində insanların şəxsiyyət vəsiqəsini göstərib rahat şəkildə tibbi xidmətdən keçməsi üçün şərait yaradılmalıdır. Heç kim kefindən tibb müəssəsinə getmir. Əgər vətəndaş xəstəxanaya gəlibsə, deməli bunun dərdi var və məlhəm olmaq lazımdır. Xəstə adamın əsəbləri zəif olur və tibb müəssisənidə neqativ hal görən kimi əsəbiləşir. Birinin təzyiqi, digərinin şəkəri qalxır, o biri nifrət edir, söyür. Eləsi də var borc alaraq özəl xəstəxanaların xidmətindən yararlanır. Hətta mən həkimlər tanıyıram ki, neçə aydır işləyir, indiyə qədər sığorta əlavəsi almayıb. Belə olanda tibb işçisi hansı stimul, hansı həvəslə çalışsın? Bunların hamısı xaotik vəziyyət yaradır. Vətəndaş ya şikayət edəndən, ya Prezident Aparatına, ya Milli Məclisə yazandan sonra qorxu yaranır və başlayırlar həmin vətəndaşa normal xidmət göstərməyə. Niyə vətəndaş şikayət edəndən sonra, sosial şəbəkədə, mətbuatda problemi işıqlandırandan sonra əla-ayağa düşürlər? Axı belə şey olmaz”.
Həkim vurğulayıb ki, bu məsələdə səhiyyəni idarə edən məmurlar tibb işçiləri ilə xalqı üz-üzə qoyub:
“Bu məsələdə tibb işçilərini qınamağımız düzgün deyil. Çünki Azərbaycanda səhiyyəni idarə edən məmurlar çox təəssüflər olsun ki, əhali ilə tibb işçisini üz-üzə qoyub. Əhali tibb işçisi ilə dalaşır, tibb işçisi əhalidən narazıdır. Onlar isə rahat kreslolarında oturublar. Xəstə düşür həkimin üstünə ki, niyə yer və yaxud dərman yoxdur? Amma bu məsələdə problem sistemin təşkil olunmasındadır. Bizdə hər şey kağız üzərində əladır. Amma işə gələndə belə problemlər üzə çıxır. Əgər bir məmurun məqsədi xalqına xidmət etmək deyilsə, başqa maraq oldusa, mümkün deyil ki, normal xidmət göstərsin. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Səhiyə Nazirliyi də Milli Məclisdə hökumət qarşısında hesabat verməlidirlər ki, büdcədən bu qədər pul ayrılıb, təşkilatlardan yığılıb və hansı işlərə xərclənib. Bütün bunların hamsı isə indi qaranlıqdır. Bu məsələlər düzəlməyincə insanlarda haqlı olaraq belə narazılıqlar olacaq”.

Xəbər 847 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +