Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


27.06.2022  21:47 

ƏMƏKHAQQI ARTIMI NİYƏ ƏDALƏTSİZDİR?





A+  A-

Ötən həftə hər üç hakimiyyət qollarını təmsilçilərinin əməkhaqqıları artırıldı. Xüsusilə ali məhkəmə sədrlərinin, deputatların əməkhaqlarının artırılması sosial şəbəkələrdə müzakirə mövzusu oldu.

Bu artımın nisbəti 43-100 faiz səviyyəsində oldu.
Yəni bundan sonra deputatların rəsmi maaşı 2480 manat olacaq. Əvvəllər vəzifə maaşına əlavə olaraq 50 faiz səviyyəsində təminat pulu da alırlar. Yeni qanundan sonra vəzifə maaşlarından 2 dəfə artıq məbləğdə əlavə ödənişlər ediləcək. Amma bu artımla əvvəllər əlavə ödənişlər (yol pulu, seçicilərlə görüş, səfər pulu və s.) verilməyəcək. Bütün bunları əvəz edəcəklər təkcə yüksək səviyyədə təmin ediləcək əməkhaqqı sistemi mövcud olacaq. Bu isə deputatların rəsmi olaraq aylıq gəlirlərinin məbləği 6 min manatdan yüksək olacaq. Bu isə ölkəmizdə muzdla çalışanların median gəlirlərindən (404 manat) təxminən 15 dəfədən çoxdur.

Məhkəmə hakimlərinin isə əməkhaqqılarının artırılması da məntiqlə düz gəlmir. Çünki bu ölkədə məhkəmə hüquq sistemində bəlkə də yeğanə idarəetmə orqanıdır ki, rəsmi əməkhaqqı ilə əksər hakimlər maraqlanmır. Hakimlərin hətta aylıq 10 min manat məbləğində olsa belə bu ədalətli məhkəmə qərarları arasında heç bir əlaqə olmayacaq. Belə bir korrelyasiyanı axtarmağa da dəyməz.

Məntiqlə əməkhaqqı artımına sevinmək lazımdır. Çünki müxtəlif sosial qruplara ünvanlanmış sosial dəstək siyasəti həm də sonda bir cəmiyyətin rifahı deməkdir.

Bəs o zaman bu artım niyə ciddi narazılıqla qarşılanır? Çünki...

Çünki...1. Büdcədə profisit yaranan zaman bunun əsas benefisiarları (faydalananlar) deputatlar olmalı deyil. Daha ehtiyaclı həssas sosial qruplar var ki, sosial dəstəyə daha çox həmin insanların ehtiyacları var. Qazilər, pensiyaçılar, ünvanlı sosial yardım alanlar, müəllimlər və digər qruplar.

Çünki...2. Əksər deputatların legitimliyi ciddi şübhə doğrur və onlar layiq olduqları yerdə deyillər. Və seçicilərin real təmsilçiliyini həyata keçirmirlər. Parlamentar təşəbbüslər yox səviyyəsindədir (qanun layihələrinin 5-6%) və səmərəli işləmirlər.

Çünki... 3. Digər sosial qrupların əməkhaqqıları, müavinətləri 5-15 faiz səviyyəsində artdığı halda, niyə deputatların əməkhaqqıları dəfələrlə artırılsın ki? Bu necə sosial siyasətdir? Axı sosial siyasətin bir neçə vacib prinsipləri var, onlardan biri də “ədalətlilik” prinsipidir. Demək “ədalətlilik” prinsipi pozulur.

Bu artımdan sonra 1 kq olmasa da, heç olmasa yarım kiloqram gilas almaq mümkün oldu... Nuş olsun!
İndi bildiniz ki, gilasla bağlı sarkazm necə ciddi qərarla möhkəmləndi?!

Məhəmməd Talıblı

Xəbər 1147 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +