“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


24.06.2022  23:02 

VİCDANLARI SUSDURMAYAQ!





A+  A-

Söz və vicdan azadlığı heç də hamının hər ağlına və ağzına gələni danışması, yazması deyil.

Bəli, istənilən dövlətin ideologiyası, taktika və strategiyası, daxili və xarici siyasət kursu var və ölkənin bütün resurslarını öz maraqları çərçivəsində yönləndirməyə çalışır.

Ancaq bəşəri, universal, mədəni və mənəvi dəyərlər var ki, heç bir dövlətin və hakimiyyətin onları tapdalamaq haqqı yoxdur. Məsələn, korrupsiya, rüşvət, kadrların dövlət vəzifələrinə qohumluq, dostluq və tanışlıq prinsipləri ilə təyin olunması, kütlənin başının cürbəcür oyunlarla qatılaraq ölkənin tərəqqisindən, mədəni inkişafdan yayındırılması, seçkilərin saxtalaşdırılması, elmi və mədəni inkişaf proqramının olmaması və s. məsələlərdə ciddi problemlər varsa, vətəndaşların, ziyalıların bu haqda danışması, yazması normaldır. Dövlətin, hakimiyyətin borcu isə onları nəzərə almaq, həll etməkdir.

Yoxsa mövcud problemlərə etiraz edən vətəndaşın ağzını yummaq, müxtəlif vasitələrlə susdurmaq, ona təzyiqlər göstərmək, təqib etmək, damğalamaq bu problemləri nəinki həll etmir, əksinə, dərinləşdirir.

Əgər dövlət kiminsə tələbini, danışdığını, yazdığını haqsız, ziyanlı hesab edirsə, ona məntiqli, əsaslandırılmış cavab, izahat verə bilər. Ancaq bu dialoq səmimi, izahat inandırıcı olmalı, cəmiyyəti qane etməlidir. Tutaq ki, müəllimlərə niyə az maaş verilməsinin səbəbini cəmiyyətə başa salmalıdır. Yoxsa Aqil Abbas kimi birini ortaya atıb, "müəllim getsin boş vaxtında soğan əksin" dedirdəndə, bu əlbəttə, böyük narazılığa səbəb olacaq. Yaxud uşaqpulu tələb edənlərə "az əkin-doğun" deyən adamı ortaya atmaq olmaz. Ümumiyyətlə, bu cür adamların Milli Məclisə necə düşməsi də çox acınacaqlı haldır.

Yaxud kimsə Şuşa kampaniyasına tənqidi yanaşırsa, bu barədə də ağlabatan açıqlamalar olmalıdır. Yoxsa o adamı avtobusa mindirib, aparıb Şuşanı gəzdirmək, bununla ağzını yummaq məsələni daha da qəlizləşdirir. Camaat da belə danışan ziyalılara haqlı olaraq qeyri-ciddi yanaşır və düşünür ki, "qarnının ağrısı" varmış. Ya da "yal davası" aparır.

Əgər problemlərə bu cür anlayışlı yanaşılarsa, onların həlli istiqamətində xoş niyyətli, səmimi addımlar atılarsa, ən azı buna cəhd olunarsa, heç kəs nə ağzına gələni yazar, nə də ortaya xoşagəlməz mənzərə, xaos çıxar.

Hökümət ağlı, sözü, məntiqi, həyat təcrübəsi nüfuzu, hörməti olan ziyalıları sıradan çıxarmağa, satın almağa çalışmamalı, onlardan dövlətin, cəmiyyətin xeyrinə istifadə etməlidir. Çox təssüf ki, bizdə hələ də belə bir yanaşma, strategiya mövcud deyil. Ancaq qorxutma, gözümçıxdıya salma, təzyiq, təqib, ələalma, satınalma və şantaj edilərək, ya da edilməyə şalışılaraq nüfuzdan salma var. Halbuki nüfuzlu, yaltaq olmayan ziyalı yeri gələndə həm hökümətə, həm də cəmiyyətə lazımdır. Onlar qorunmalı, mühafizə olunmalıdırlar. Çünki ən ağır, kritik, mürəkkəb dövrlərdə bütün cəmiyyətin onlara ehtiyacı olur. Amma bizdə onları tamamilə məhv, rametmə, gözünü qorxutma, ac qoyma prosesi gedir...

Dövlət öz siyasətini məhz nüfuzlu, öz sözü, mövqeyi, cəsarəti olan alimlər, yazıçılar, digər sənət adamları, hörmətli, sanballı ziyalılarla razılaşdırmalıdır.

Xatırlayırsınızsa, Ali Sovetdə Heydər Əliyevə qarşı hücum kampaniyası olanda onu məhz Bəxtiyar Vahabzadə müdafiə etdi. Tribunaya qalxıb, heç nədən çəkinmədən sözünü dedi, hücuma məruz qalan ağsaqqal siyasətçiyə arxa durdu. O situasiyalar, məqamlar hər zaman aktualdır və heç kəs onlardan sığortalanmayıb.

Bəxtiyarı Bəxtiyar edən sovet höküməti idi. Sıxsaydılar, boğsaydılar, təqib etsəydilər, bəlkə də, məhv olub gedərdi. Bəs indi kimdir Azərbaycan xalqının kumirləri? Yusif Mustafayev, Əlikram Bayramov, Manaf Ağayev... Jurnalistlərimiz ən ağrılı problemlərimizlə bağlı onların fikrini soruşurlar...

Maksim Qorki bəzi məsələlərlə razılaşmadığı üçün inciyib mühacirətə getdikdən bir müddət sonra Stalin ona geri qayıtmağı təklif etmiş, qayıdacağı təqdirdə hətta hakimiyyəti onunla bölə biləcəyini vəd etmişdi. Bu, çox mühüm tarixi faktdır və düşünürəm ki, bizim də ondan çıxarmalı olduğumuz nəticələr var.

Cəmiyyətin, millətin vicdanlarını susdurmaq olmaz. Bu ən ağır cinayətdir...

Nadir Qocabəyli

Xəbər 1084 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +