Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.06.2022  18:55 

Şuşada “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı təqdim olunub





A+  A-

İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulmasına dair “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşa şəhərində təqdim olunub.

Bu barədə XəzərNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

DOST Agentliyinin Müşahidə Şurasının Şuşada keçirilən iclası şəhidləri xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 2020-ci ildə Vətən müharibəsindəki möhtəşəm tarixi Zəfərindən bəhs edib.

Ərazilərimizin, o cümlədən doğma Şuşamızın Ermənistanın 30 il davam etmiş işğalından azad edildiyini bildirən S.Babayev DOST konsepsiyasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə də genişlənməsi üçün işlər aparıldığını deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində 27 may 2022-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ölkə üzrə ilk “Smart DOST” xidmət məntəqəsi artıq istifadəyə verilib. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat, əlçatan şəkildə faydalana biləcək.

DOST Agentliyi dövlət başçısının 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin – 154 xidmətin “bir pəncərə”dən, modern, çevik və tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib.

2019-cu ilin may ayından artıq 5 DOST mərkəzi açılıb. Ötən dövrdə bu mərkəzlərdə 1 milyona yaxın vətəndaşa xidmət göstərilib, DOST xidmətlərindən vətəndaş məmnunluğu isə 98,5%-dir. 2025-ci ilə kimi ölkəmizdə ümumilikdə 17 regional DOST mərkəzinin, 55 rayon üzrə DOST filiallarının, həmçinin bir sıra ərazilərdə “Smart DOST” xidmət məntəqələrinin açılması nəzərdə tutulur.

İclasda DOST Agentliyinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyəti ilə bağlı hesabat verib və “Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın təqdimatını edib. Proqram əsasında yaradılacaq DOST mərkəzləri və filialları, “Smart DOST” xidmət məntəqələri barədə məlumat verilib.

Şuşa şəhərində yerləşən 4 mərtəbəli köhnə poçt binasının birinci mərtəbəsində Şuşa DOST filialının yaradılacağı, binaya giriş, xidmət otaqları, iş sahəsi və xidmət zalının DOST mərkəzlərinin interyer konsepsiyasına uyğun tərtib olunacağı bildirilib.

DOST Agentliyinin kənar auditorunun təyin edilməsi, “Könüllü DOST” proqramının icrası işləri, Agentliyin fəaliyyəti ilə bağlı digər təşkilati məsələlər də müzakirə olunub.

Xəbər 958 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +