Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


24.06.2022  11:02 

Hakimlərin maaşı artırılır... - Rüşvətin yığışacağına inam varmı?





A+  A-

Hüquq müdafiəçiləri problemin köklü həlli mexanizmini göstərdilər Azərbaycanda məhkəmə sədrlərinin və hakimlərin maaşları artırılır. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik təklif edilir.

Qanuna dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat maaş verilməsi təklif edilir. O cümlədən qüvvədə olan qanuna görə, Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində əlavə də ödəniləcək. Nəticədə Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat ödəniş veriləcək.

Bəzi ekspertlər hesab edirlər ki, hakimlərin maaşlarını artırmaqla bu sahədə korrupsiya hallarının qarşısını almaq olar. Digərləri isə düşünürlər ki, problem daha dərindir.

Məhkəmə-Hüquq Şurasının məlumatına görə, qurumun fəaliyyəti dövründə (Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevralında fəaliyyətə başlayıb) korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında da Azərbaycanda dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əmək haqlarının mərhələlərlə artırılması üzrə tədbirlər davam etdirilməsi nəzərdə tutulub.



Məhkəmə hakimlərinin maaşının artırılması ilə rüşvət yığışacaqmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, əməkhaqlarının artırılması və əlavələrin verilməsi korrupsiyaya qarşı aparılan mübarizənin tərkib hissəsi hesab edilə bilər: “Əvvəllər də hakimlərin maaşı artırılmışdı və məhkəmə hakimiyyətində heç də ürəkaçan nəticələri biz görmədik. Bu baxımdan hesab edirəm nə qədər ki, insan faktoru var, rüşvətin kökünün əməkhaqlarını artırmaqla kəsilməsi ehtimalı çox deyil. Ümumiyyətlə, cənab Prezidentin 2019-cu ilin aprelində verdiyi məhkəmə hüquq sahəsində islahatların dərinlişdirilməsi haqqında fərmanına uyğun olaraq məhkəmə sistemində islahatların aparılması hələ tam başa çatmayıb. Bu vacib fərman tam icra olunmayıb. Ona görə də bir çox xoşagəlməz hadisələr baş verir. Məhkəmə-Hüquq Şurası tərəfindən də hakimlərin cəzalandırılması onu göstərir ki, bu sahədə çalışan müəyyən hakimlər, rəhbər vəzifələr tutan şəxslər tərəfindən neqativ hallara meyllilik var. Mən çox arzulayardım ki, Azərbaycanda ədalətli məhkəmə sistemi olsun, insanların məhkəmə hakimiyyətinə inamı artsın, bu instansiyaya ədalət tapmaq ümidi ilə gələn insanlar ədalətsizliklə üzləşməsinlər. Təəssüf ki, hələlik bu istəklərimiz tam reallaşmayıb. Burada müxtəlif obyektiv və subyektiv səbəblər var. Məhkəmə-hüquq sistemində çatışmazlıqların aradan qaldırılması üçün islahatların aparılması dərinləşdirilməli, Prezidentin xatırlatdığım fərmanı tam dəqiqliklə yerinə yetirilməlidir, professional hüquqşünasların, vəkillərin təklifləri nəzərə alınmalıdır, boşluqlar aradan qaldırılmalıdır. Dediyim odur ki, rüşvətxorluğa son qoyulması təkcə maaşların artırılması ilə mümkün olmaz, qeyd etdiyim və digər kompleks tədbirlər, islahatlar həyata keçirilməlidir. Görülməli işlər hələ çoxdur”.



“Bu, xərçəng deyil, adi bir qripdir” – Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirdi ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna Əməkhaqlarının artırılmasını nəzərdə tutan dəyişiklik təklifi ümumən müsbət addımdır. Hakimlərin maaşlarının artması onların ədalətli qərarlar verməsinə, düzgün işləməsinə az da olsa təsir göstərəcəksə, bu, təqdir olunmalıdır: “Məhkəmə-hüquq sistemində islahatlar davam etməlidir və dərinləşdirilməlidir. Mən hesab edirəm ki, rüşvətxorluğa son qoyulmasında maaşların artımından daha təsirli vasitə ciddi islahatların keçirilməsi, məhkəmələrə tamamilə real müstəqillik verilməsi ola bilər. Müstəqil qərar qəbul etmək imkanında olmayan hakimin əmək haqqı nə qədər yüksək olsa da qərarlarında, hökmlərində ədalətsizlik olacaq”.

Xəbər 926 dəfə oxunub.



29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +