Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


23.06.2022  09:49 

Ramin Hacılı həbsdə aclıq aksiyasına başladı





A+  A-

“Azərbaycan Avropa Hərəkatı”nın sədri Ramin Hacılı həbsdə aclıq aksiyasına başladığını bildirib. Deyib ki, həbsdə əsassız ittihamlarla saxlanılır, hüquqları pozulur. Onun sözlərinə görə, məhkəmə işinə obyektiv, ədalətli baxmır.

“Hüquqlarım bərpa edilənədək ölüm aclığını davam etdirmək niyyətindəyəm”.

Dələduzluq, qanunsuz miqrasiyanın təşkili, saxta sənədlər hazırlama və onlardan istifadə etmə kimi əməllərdə ittiham olunan Ramin Hacılının mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində gedir.

Ramin Hacılı iyunun 22-də hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmədə işinin istintaqının yenidən aparılması üçün prokurorluğa qaytarılması barədə vəsatət qaldırıb.

O bildirib ki, bundan əvvəlki istintaq qərəzli, natamam olub.

Məsələn, ona mütəşəkkil dəstə tərkibində dələduzluq ittihamı verilsə də, bu dəstənin kimlərdən ibarət olduğu, rəhbəri, pay bölgüsü kimi məsələlər məlum deyil:

“İş materiallarında bu ittihamlarla bağlı heç bir sübut yoxdur”.

Hakimlər onun bu vəsatətini təmin etməyib.

Ramin Hacılı heç olmasa, məhkəmənin yekun hökmü çıxarılanadək ev dustaqlığına buraxılmasını istəyib, bu barədə də vəsatət qaldırıb. Lakin bu vəsatəti də təmin olunmayıb.

Hakimlərin onun işinə qərəzli yanaşdığını, danışmağa, sözünü deməyə imkan verilmədiyini, ötən məhkəmə iclasında onun işinə baxıldığı halda, başqa şəxsə aid cinayət işinin müzakirə olunduğunu əsas gətirən Ramin Hacılı Azad Məcidov, Səbuhi Hüseynov və Zeynal Ağayevdən ibarət hakimlər kollegiyasına etiraz edib.

Deyib ki, işinə bu məhkəmə tərkibinin baxmasını istəmir, lakin onun bu etirazı da təmin olunmayıb.

Bundan sonra o, aclıq aksiyasına başladığını açıqlayıb: “Hüquqlarım bərpa olunanadək ölüm aclığını davam etdirəcəyəm”, – deyib.

Sonra şahidlərin dindirilməsi mərhələsi başlayıb.

Dindirilən şahid Azər Əliyev bildirib ki, Ramin Hacılı ona və qardaşına Kanadaya getməyə yardım edəcəyinə söz verib: “Əvvəlcə 3 min, sonra 2 min dollar verdik. Dedi ki, siyahıda adam çoxdur, mümkündürsə, qalanını da indidən verək. Ona inandım, fikirləşdim ki, əvvəl-axır bu pulu verəcəyəm. 11 min 250 manat da sonra verdim. Hərçənd danışığımız belə olmuşdu ki, pulun qalanını vizanı alandan sonra verim. Lakin istədi, mən də verdim. Pulu vermək üçün evimi satmışdım, bu gün kirayələrdəyəm. Buna görə ailəm də dağıldı, sonra çox çətinliklə barışdıq. Bu adam 4-5 ildir başıma corab hörür. Dedim ki, evsiz qalmışam, lap aylara bölək, hissə-hissə qaytar. Gah dedi iclasdayam, gah telefon götürmədi. Bir dəfə dedi ki, taksi ilə pul göndərirəm. Taksi gətirib, baxıram ki, 100 manat pul göndərib…”

Onunla Ramin Hacılı arasında sual-cavab zamanı qalmaqal yaranıb.

Təqsirləndirilən şəxs iddia edib ki, Azər Əliyev və onun kimilər məhkəməyə öyrədilib göndərilib.

Saxlandığı şüşə kabinənin içində divara yumruq vuran Ramin Hacılının bu hərəkəti və qışqırmasından sonra hakim onun məhkəmə zalından çıxarılması üçün Penitensiar Xidmətin əməkdaşlarına göstəriş verib.

O, məhkəmə zalından çıxarılıb.

Ramin Hacılı özünün iştirakı olmadan prosesin davam etdirilməsinə etirazını bildirsə də, nəzərə alınmayıb.

Prosesin davamında şahid Pənah Hüseynli dindirilib. O bildirib ki, Amerikaya təhsil vizası almaq üçün Ramin Hacılıya 800 manat verib. Lakin sonradan fikrindən daşınıb və pulunu geri istəyib.

Şahidin sözlərinə görə, pulu qaytarılıb.

Məhkəmə prosesi iyunun 29-da davam edəcək.

İttihamda göstərilib ki, viza almaq prosesində Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub.

Ramin Hacılı müxtəlif şəxslərdən pul alıb, onları aldatmaqda təqsirləndirilir.

Onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib.

Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakim kollegiyası baxır. Lakin onlar həbsdə deyil.

Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və “Ümid” Partiyalarında təmsil olunub.

O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub.

Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib.

O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib.

O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

Ramin Hacılı özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilib.

Deyib ki, özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərib.

“Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. Mən də tanışlarımdan xahiş edirdim ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, arayış versinlər”, – deyib./Meydan TV

Xəbər 835 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +