Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.06.2022  16:39 

Dövlət orqanları yerli avtomobilləri niyə almır?





A+  A-

Bu günlərdə xəbər yayıldı ki, Naxçıvan Avtomobil Zavodunda elektromobillər yığılacaq. Əlavə olaraq həm bu zavodda, həm Neftçaladakı zavodda yeni modellərin yığımına başlanacaq. Bu zavodlarda uzun illərdir müxtəlif növ minik maşınları istehsal olunur. Lakin biz küçə və yollarımızda yerli avtomobilləri çox az görürük.

Sürücülərin çoxu qeyd edir ki, bu maşınlar arzuolunan keyfiyyətdə deyil, üstəlik kredit şərtləri uyğun deyil.

Deyim ki, əvvəla bu maşınlar büdcə sinifi maşınlardır, bu səbəbdən keyfiyyətləri də orta səviyyədədir. Digər avtomobil markalarının da problemləri var və belə maşınların ustalarda qaldığını çox görürük. Üstlək bunların çoxu 15-20 ilin, bəzən 30 ilin maşınlarıdır. Lakin insanlarımız onlara üstünlük verir, yerli maşınlara yox. Burada çox saylı səbəblər var. Ən əsası isə yerli maşınların qiymətinin o qədər də ucuz olmaması, kredit şərtlərinin yüngül olmamasıdır. Əgər bu məsələ həll edilsə, yerli maşınları alanların sayı artar.

Son vaxtlar tez-tez xəbərlər yayılır ki, köhnə maşınların yenilənməsi üçün xüsusi proqram hazırlanır. Belə ki, istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan maşınların sahibləri onları təhvil verib əvəzinə müəyən məbləğdə vauçer alacaq, bu vauçerlə isə yeni avtomobili güşətlə ala biləcək. Bu proqram tətbiq edilsə, həm ölkənin çox köhnə olan avtomobil parkı yenilənmiş olar, həm də yerli avtomobillərin satışında böyük artım olar.

Məlum olduğu kimi, Azərbaycanda yığılan avtomobillərin qiyməti ortalama 15-20 min manat civarındadır. Əgər köhnə və yarasız maşınları 5-10 min manat dəyərində qiymətləndirsələr və yeni maşın almaq üçün yerdə qalan 10 min manatı 5-10 illik faizsiz kreditlə versələr, avtomobil sahibləri bunda maraqlı olarlar.

Yerli avtomobillərin ən böyük payı dövlət orqanlarında ola bilərdi ki, bu da müxtəlif səbəblərdən baş tutmadı.

Bir neçə il əvvəl ölkə prezidenti dövlət orqanlarını yerli maşınları almağa çağırdı. İlk vaxtlar bu çağırışa cavab olaraq bəzi dövlət orqanları öz ehtiyacları üçün yerli yığım maşınları alsalar da, sonralar bu proses dayandı. Sanki qısa müddətli bir kampaniya xarakterli olaraq qaldı. Bu gün biz əksər dövlət orqanlarının, idarə, təşkilat və müəssisələrinin maşınlarının xarici istehsal olduğunu görürük. Halbuki bu avtomobillər yerli maşınlardan 3-5 dəfə bahadır.

Hansısa müdirin və ya məmurun 50-100 minik maşında gəzməsi vacib deyil, dövlətin pulunu buna xərcləməyə dəyməz. Ona görə də, hesab edirəm ki, bu tələb rəsmi və qəti olmalıdır. Bütün dövlət təşkilatları yerli avtomobil almalıdırlar. Bu halda avtomobil sənayesi sürətli inkişaf edər. Getdikcə ehtiyat hissələrinin çoxunun ölkəmizdə istehsalı tətbiq oluna və böyük bir sənaye sahəsi yaranar. Qeyd etmək lazımdır ki, Azərbaycanda demək olar ki, əksər sinif maşınlar yığılır- sedan, krossover, pikap, universal, xeçbek və s. Əgər dövlət orqanları, məmurlar, nüfuzlu şəxslər nümunə göstərib bu maşınları alsalar, adi vətəndaşlar da alar.

Qadldı ki, keyfiyyət məsələsinə, bu məsələ qiymətlə əlaqəli olan işdir. Məsələn, “NAZ Lifan” və “Xəzər” avtomobillərinin daha üstün modelləri də var, onların qiyməti digərlərindən bir neçə min manat baha olur. Əgər tələbat olsa, daha yuxarı klas maşınların yığılması da mümkün olar.

Üstəlik, məlum olduğu kimi, son illərdə ölkəyə xaricdən on minlərlə köhnə, işlənmiş elektromobil gətirilib. Əgər vaxtında burada elektromobil yığımı təşkil olunsaydı indi on minlərlə maşın satmış olardılar. Yenə də gec deyil. Bu maşınlara böyük tələbat var. Xüsusən də, taksi sahəsində.

Yerli avtomobil sənayesinin inkişafı üçün 2 yol var. Birincisi qeyd etdiyimiz dövlət proqramının qəbul olunması və geniş miqyasda və sərfəli şərtlərlə tətbiqi, digəri isə dövlət orqanlarının yalnız yerli yığım avtomobilləri almasının xüsusi qərarla məcburi xarakterə salınması. Bu avtomobillərin tez-tez dəyişilməli olan əsas ehtiyat hissələrinin geniş miqyasda və ucuz qiymətə satış məntəqlərinin təşkil olunması bu işə böyük kömək olardı.

Üstəlik, Hacıqabulda və Gəncədə yük avtomobillərinin və kənd təsərfüfatı texnbikalarının yığılması bu sənayenin inkişafına təkan verir. Bu işi genişləndirmək və ölkənin tələbatını tam ödəməlklə yanaşı, digər ölkələrə ixrac da etmək olar.

Elçin Bayramlı

Xəbər 876 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +