Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.06.2022  20:28 

“Patriarx“a dəyən “şillə“...





A+  A-

Dünən Sankt-Peterburqda keçirilən forumu yəqin ki, izlədiniz. Putin həmin forumda iştirakı və çıxışı ilə son 3-4 ayda zədələnmiş imicini az da olsa düzəltməyə və hələ ölmədiyini göstərməyə çalışdı.

Lakin Qazaxıstan prezidenti Kasım-Comərt Tokayev sözügedən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF-2022) plenar iclasında səsləndirdiyi naqolay fikirləri Putinin kefinə əməlli-başlı "soğan doğradı".

Əvvəla forumun özündən və Putinin çıxışından danışaq.

Bu, beynəlxalq iqtisadi forum yox, uğursuz şou və ya psevdo-forum idi. Bundan əvvəlki forumlara dünyanın bir sıra ölkələrinin liderləri qatılsalar da, bu forumda isə Qazaxıstan prezidentindən savayı nüfuzlu xarici qonaqlardan kimsə gözə dəymirdi. Putinin Ukraynaya qarşı apardığı işğalçı siyasətə görə bu dəfə heç kim bu foruma qatılıb diktatorun qanlı əllərini sıxmaq istəmədi. Başqa sözlə desək, Putin dünən ilk dəfə bütün çılpaqlığı ilə dərk etdi ki, o həqiqətən də təklənib.

Ona görə də dünənki forumu beynəlxalq forum adlandırmaq qətiyyən mümkün deyil. Bakıda keçirilən 9-cu Qlobal Forum Putinin Sankt-Peterburqda təşkil etdiyi forumdan daha beynəlmiləl idi. Bakı forumunda çoxlu sayda nüfuzlu xarici qonaqlar iştirak edirdi.

Peterburq forumunda iştirak edən rusiyalı iş adamlarının üz cizgilərinə fikir verdinizmi? Sanki hamısı canlı meyitə bənzəyirdi. Elə putin özü də qayğılı görünürdü.

Bu forumu tənqid edənlər çoxdur. Yəhudi əsilli Rusiya iş adamı Leonid Nevzlin isə baltanı lap kökündən vurub. O, Peterburq forumunu "bandit sxodkası" adlandıraraq sözügedən tədbiri sərt şəkildə tənqid edib.

Gələk Putinin çıxışına. Bu çıxış birmənalı surətdə məğlub liderin çıxışı idi. Adam sanki günahkar məktəbli rolunda çıxış edirdi. Onun çıxışının 90 faizi ukrayna müharibəsindən doğan sanksiyaların nəticələrinə və beynəlxalq təcridə haqq qazandırılmasına xidmət edirdi.

Çıxışçıların da əksəriyyəti putinin ağzına baxıb beynəlxalq izolyasiyanın üstünlükləri haqda ballada və ya serenada oxuyurdular. Onların sərsəm fikirlərindən belə təəssürat yaranırdı ki, guya, sanksiyaların sayəsində Rusiya daha da güclənir...

Putinin çıxışının Qərbə dair hissəsi isə eynilə ötən əsrin "soyuq müharibə" illərinin ritorikasını xatırladırdı. Maraqlıdır ki, özü "Soyuq müharibə" ifadələri ilə danışan Rusiya lideri Qərb ölkələrini "Soyuq müharibə" siyasətini davam etdirməkdə ittiham edirdi. Adam hələ də ötən əsrin 60/70-ci illərində ilişib qalıb. Və nə yazıq ki, onun komandasında Putini bu stereotiplərdən, bu arxaik təfəkkürdən xilas edə biləcək bir nəfər də olsun adekvat şəxs yoxdur.

Bir sözlə, dünənki Putində əsl Putinin özünü görmək mümkün deyildi. O, sadəcə biraz Stalinə, biraz da Brejnevə oxşayırdı. Yəni ki, onun nitqi belə təəssürat formalaşdırırdı.

Əgər həmin forumda Putinlə yanaşı əyləşən Qazaxıstan prezidenti Qasım-Comərt Tokayevi müqayisə etsək, Putinlə müqayisədə Tokayev daha müdrik, daha təmkinli və daha özünəinamlı görünürdü.

Tokayevin çıxışı isə Putin üçün ölümcül zərbə oldu. Əslində Putin onu dəvət etmişdi ki, Tokayev öz iştirakı ilə Rusiya liderinin meydanda tək olmadığını, müttəfiqlərinin ona dəstəyini göstərsin və foruma beynəlxalq forum görünüşü versin.

Ancaq hər şey kəlləmayallaq oldu. Tokayev Putinin yanında otura-otura açıq şəkildə Putini özündən çıxaracaq fikirlər səsləndirdi və putinin sevimli "oyuncaq"larını - "DNR" və "LNR" adlı "dövlət"cikləri kvazi-dövlət adlandırdı. Qazaxıstan prezidenti "Donetsk və Luqansk xalq respublikaları"nı, Abxaziya, Cənubi Osetiya, Tayvan və Kosovanı tanımayacaqlarını bəyan etdi. Bu, Tokayev tərəfindən birbaşa Kremldəki "patriarx"ın üzünə vurulmuş ağır şillə idi.

Tədbirə moderatorluq edən və özünü uğurlu spiker kimi göstərməyə çalışan Marqarita Simonyan Tokayevi bu cür açıq söhbətə təhrik etməklə necə deyərlər, qaş qayırmaq istədiyi yerdə Putinin gözünü çıxardı. Simonyanın "tupoy"luğu həm onun özünü, həm də Putini olduqca pis vəziyyətdə qoydu.

Beləliklə, Simonyanın ilk dəfə belə bir forumda moderatorluq etməsi dəhşətli fiasko ilə nəticələndi.

Tokayevin bu cür cəsarətli və qətiyyətli mövqeyi bütün rusları və Putinin özünü də hər nə qədər şoka salsa da, onun çıxışı Ukraynada və Avropada böyük maraq və rəğbətlə qarşılanıb. Əvvəllər Rusiya lideri öz müttəfiqlərindən heç vaxt bu cür "tərs şillə" yeməmişdi.

Bu olay bir daha onu göstərdi ki, dünya həqiqətən də artıq dəyişməkdədir və hətta müttəfiqləri də Putini "Rusiya" adlı batmaqda olan "gəmi"dən xilas etmək fikrində deyil.

Beləliklə, "Patriarx"ın payızı yaxınlaşmaqdadır.

Bəybala Mirzəyev

Xəbər 1025 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +