“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


08.06.2022  14:47 

Fərəh Dibainin İran xiffəti: “Bir gün geri qayıtmağı düşünərək İranı tərk etdik”





A+  A-

Sonunci İran şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı, əslən azərbaycanlı Fərəh Diba İtaliyanın “La Republica” qəzetinə müsahibə verib.

XəzərNews.az xəbər verir ki, modern.az saytı “Xomeyni hamını aldatdı, amma İran azadlığına qovuşacaq” başlıqlı müsahibənin bəzi maraqlı məqamlarını azərbaycancaya tərcümə edib.

83 yaşlı keçmiş kraliça hazırda Paris və Vaşinqtonda sürgündə yaşayır. O, müsahibədə vətəninə qayıtmaq ümidini qorumağa davam etdiyini bildirib.

Söhbət zamanı İrandakı “1979-cu il İslam inqilabı”ndan əvvəlki dövrü xatırlayan Fərəh Diba o günlərin nostaljisi ilə yaşadığını gizlətməyib:

“Unutmayacağım şey İran üçün fəaliyyətim, ölkədəki fövqəladə tərəqqi dövrü, mədəniyyət və incəsənət səhnəsinin inkişafı və həmvətənlərimlə əlaqələrimdir”.

Fərəh Diba deyib ki, əri İran şahı olduğu müddətdə onu kraliça kimi siyasi rolu yox idi:

“O vaxt məni Qərbin sol tərəfdarların, millətçilərin, dindarların birliyi və yalanları ilə xalqa çox şey vəd edən Xomeynini dəstəkləməsi təccübləndirdi.

Çoxsaylı tarixçilər də hesab edirlər ki, o zamankı müttəfiqlərimiz olan ABŞ və Böyük Britaniya Sovetlərə qarşı çıxmaq üçün “İslam kəməri”nin yaradılmasının tərəfdarı idilər və buna görə Xomeyniyə dəstək verdilər. Fransa da ona yalanları dünyaya yaymağa imkan verdi”.


Fərəh Dibanın sözlərinə görə, Vaşinqtonda yaşayan böyük oğlu Rza Kir Pəhləvi İranda demokratiyanın bərqərar olması üçün həm ölkə xaricində, həm də daxilində bütün qüvvələri birləşdirməyə çalışır. Onun məqsədi insan hüquqlarına hörmət edilən, qadın və kişilərin hüquqi bərabərliyinin qorunduğu dünyəvi İrana nail olmaqdır.

“Mənə gəlincə, İranla münasibətlərim heç vaxt kəsilməyib. Bütün günlərim aldığım məktublar, oxuyacağım hesabatlar, müraciətlərlə doludur… Xəbərləri izləyirəm və xaricə gələn həmvətənlərlə görüşürəm”.

“1979-cu ildə ərinizlə birlikdə İranı tərk etdiniz. Hələ də ölkənizə qayıtmağa ümid edirsinizmi” sualına devrilmiş şahın həyat yoldaşı belə cavab verib:

“1979-cu ildə bir gün geri qayıtmağı düşünərək İranı tərk etdik. Bu ümid məni heç vaxt tərk etməyib. Şah dedi ki, onun hakimiyyət tarixinin reallığı İran xalqı tərəfindən tanınacaq və bu gün müşahidə etdiyim budur. Təbii ki, mən onun xatirəsinə ehtiram göstərilməsinə şadam”.

– Sizcə, İranın gələcəyində konstitusiyalı monarxiya ola bilərmi?

– İran monarxiyası enişli-yoxuşlu 2500 ildən çox davam etdi. Müxtəlif etnik qrupların mozaikasından ibarət olan xalq həmişə ona sadiq qalıb. Əminəm ki, İranın gələcəyi konstitusiyalı monarxiyaya uyğundur. Kral müxtəlif etnik qrupların birliyi üçün federativ rol oynaya bilər.



Fərəh Diba oğlu Rza Kir Pəhləvinin “İran partlamağa yaxındır” fikrini dəstəkləyərək deyib.

“İran daxilindən gələn bütün məlumatlar Rzanın iddiasını təsdiqləyir, oğlum rejimin çökmək və ya partlamaq üzrə olduğunu söyləməkdə haqlıdır. Bunun nə vaxt və necə olacağına gəlincə, tarixdən xatırlayıram ki, bəzən bir qığılcım da kifayət edir”.

– Sizcə İslam Respublikası daxilində demokratik müxalifət hərəkatı varmı? Ölkədə azadlıq uğrunda mübarizə aparanlarla xaricdəki icmalar arasında əlaqə hansı səviyyədədir? Köklü dəyişikliyə səbəb ola biləcək təşkilatlanmış qüvvə formalaşıbmı və ya beynəlxalq ictimaiyyətə və onun sanksiyalarına ümid bəsləmək olarmı?

– İranlılar, xüsusən də gənclər azadlıq, demokratiya, insan haqlarına hörmətə can atırlar… Onlar dünya ilə sülh şəraitində yaşamaq istəyirlər. Daxildəki müxtəlif müxalifət qrupları ilə xaricdəki İran icması arasında çoxsaylı əlaqələr var. Lakin fərqli fikirlər də var. Ən azı bu günə qədər onların ümumi bir layihə ətrafında bir araya gəlməsinə mane olublar. Aydındır ki, beynəlxalq ictimaiyyətin də İran xalqının istəklərini dəstəkləməkdə öz əhəmiyyəti var.

– Hakimiyyətə qarşı etirazlar çox vaxt qanlı şəkildə yatırılıb. Dəyişikliyə nail olmaq üçün hələ də küçələrə çıxmaq lazımdırmı?

– Vətəndaşlarını narazılığını ifadə etdiyi üçün öldürən və yaralayan istənilən rejim yox olmağa məhkumdur. Belə zəngin ölkədə əhalinin 40%-dən çoxu yoxsulluq həddində yaşayır, bir çox istedadlar ölkəni tərk edir və iqtisadi vəziyyət fəlakətlidir. Mən həmvətənlərimin dərdinə şərikəm, amma onlara demək istəyirəm ki, cəsarətləri və İrana olan sevgiləri sayəsində onlar sonda ayağa qalxacaqlar.



– ABŞ prezidenti Baydendən nə gözləyirsiniz?

– Qərb İran xalqına sülh və azadlıq içində yaşamaq üçün qanuni istəklərinə nail olmaqda kömək etməlidirlər.

– İsrail və bəzi ərəb ölkələri arasında bağlanan sazişləri bir çox analitiklər anti-İran ittifaqı kimi qiymətləndirib. Bu haqda nə deyə bilərsiniz?

– Ümid edirəm ki, o sazişlər mənim ərimin hakimiyyəti dövründə olduğu kimi, bütün region və dünya ölkələri ilə anlaşma və sülhə can atan İran xalqına qarşı yönəlməyib.

Xəbər 2251 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +