Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


06.06.2022  11:43 

“Formula”nın Cəhənnəmə çevirdiyi BAKI - Rəylər...





A+  A-

Məlum olduğu kimi, 10-12 iyun tarixlərində baş tutacaq “2022-ci il Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq, 6 iyun gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.

XəzərNews.az xəbər verir ki, bu gün səhərdən paytaxtın 15-dən çox yol və prospektində dəhşətli tıxac yaşanır. İnsanlar işlərinə və evlərinə rahat gedə bilmir. Bəzən 10 dəqiqəlik məsafəni 2-3 saata gedən paytaxt sakinləri baş verənlərdən narazıdır. Onlar bu kimi yarışların paytaxtın mərkəzində deyil, ətrafında, insanların gündəlik həyatına mane olmayan yollarda təşkilini daha məqsədəmüvafiq hesab edirlər:

Jalə Mütəllimova:

“Yollar dəhşətlidir, bütün şəhər iflicdir, bu oyunlar da lazımdır bizə, bunu da anladıq, həm siyasi məqsədləri, həm təbliğat tərəfi var. Amma Allaha and olsun, Bakı ətrafında da o qədər yer var ki, bu oyunu orda təşkil eləmək olardı. Billah olardı, yerə, göyə, bütün müqəddəslərə, imamlara, dinə, imana, Allaha and olsun ki, olardı. Həyat iflic, yollar tıxac, taksilərin qiyməti ceyran belində, sinirlər təpədə. Müharibədən sonrakı Azərbaycanla bağlı bütün arzularmızın təpəsinə kül qoymusuz, bunun başqa adı yoxdur vallah...“

Fikrət Yusifov:

“Bakını iflic edən “Formula 1” yarışlarıdır. Vaxtılə bir məmur bu təşəbbüslə ölkə rəhbərliyini inandırıb ki, belə bir yarışın illər uzunu Bakıda keçirilməsi bizə böyük dvidentdlər gətirəcək. Təşəbbüs yaxşıdır, ancaq onun paytaxtımızın göbəyində keçirilməsi nəticəsində bu şəhərdə onsuz da çox acınacaqlı vəziyyətdə olan nəqliyyatın hərəkətinin iflic ola biləcəyini nədənsə heç kim düşünməyib. Bu yarış təbi ki, Azərbaycana bəlli dividentdlər gətirir. Ancaq kimsə bu dividentlərlə insanların saatlarla tıxaclarda üzləşdikləri min bir əziyyəti, yollların bağlanması səbəbindən minlərlə ticarət obyektlərinin üzləşdiyi milyonlarla manat zərəri bir tərəziyə qoyub, müqaisə edə bilbmi?

Mən hələ bu yarışın təşkilinə çəkilən milyonlarla manat birbaşa xərclərdən söhbət etmirəm. Deyirlər bu təşəbbüsü ölkəyə keçmiş Gənclər və idman naziri Azad Rəhimov gətirib. Mən onu şəxsən həyatda yaxından tanımamışam. Ancaq onu tanıyanların hamısı bir ağızdan deyirlər ki, “yaxşı oğlan” idi. Bəs bu “yaxşı oğlan” özündən sonra belə bir mirasın ona nə qazandıracağını heç düşünə bilməmişdimi?

Nə isə bir məhşur kəlamda deyildiyi kimi: - biz düzələn zad deyilik!”

Aygün Muradxanlı:

“Yenə Bayıldan Yasamala Qazax magistralı, Ağsu aşırımı, Şamaxinka tərəfdən gəlməliyəm. 10 dəqiqəlik yol üçün 2 saatımı itirməliyəm. 10 dəqiqə üçün deyil, 2 saat üçün pul ödəməliyəm. Səhər və axşam. İlahi, havada nə qədər söyüş, qarğış var…

Bu necə ölkədi? Bu necə bir idarəetmə ağlıdır? Dünyanın hansı ölkəsində prezident administrasiyasının qabağında ralli keçirirlər??? Təhkükəsizlik məsələsi-filan Azərbaycana aid deyil? Dövlət aparatının özünə sayğısı, vətəndaşa hörməti 000000000000000!!!!!!

Tam ciddi soruşuram? Bu həngamə nə üçündür? Bakının dronla çəkilmiş görüntülərini Euronews-da göstərmək üçün? Başqa?!!! Ey bu Formulaya Bakının mərkəzində icazə verənlər, siz bir dron qaldırın, baxın paytaxt nə gündədir. 15 əsas prospekt, yol tıxanıb - DİN-in açıqlamasıdır. Yüzlərlə də o ana yollara birlşən küçə.

Şəhər zooparka oxşayır. Hər yer dəmir tor, beton. 3 dənə gicbəsər 2 saniyə vıjjjj eləyib keçəcək deyə 2 milyon insan 10 gündü zülmdədi, hələ 8 gün də belə olacaq. Allah bəlanızı versin!”

Zahir Əhmədov:

“Kimsə milyonlar qazanacaq, camaat zülm çəkəcək. Şəhərdə Formula-1-ə görə tıxac əlindən tərpənmək mümkün deyil.”

Qurban Hüseynov:

“Sahil metro stansiyası, giriş tərəfdən iki qat hasara alınmışdı. Bu gün isə hasara əlavə olaraq tünd mavi çadır da çəkilib ki, formulanın yolunu görən olmasın. Hər tərəf hasarlanıb, tıpqı dəniz kimi.”

Natiq Cəfərli:

“Vətən müharibəsindən, torpaqlarımız işğaldan azad edildikdən sonra yazmışdım, bu gün də öz fikrimdə qalıram: Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq – ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik.

Belə addımlardan biri “Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər. Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin Formula-1 çiləsinə son verərdi.

Yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də Ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı...”

Lalə Zahidqızı
XəzərNews.az

Xəbər 1692 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +