İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.06.2022  16:57 

Baydenin məktubları necə “oxunur“?





A+  A-

ABŞ prezidenti Co Bayden azərbaycanlı həmkarına qısa müddət ərzində II təbrik məktubu ünvanlandı. Amma həm yerli, həm də xarici şərhçilər hələ də I məktubu - 28 mayla bağlı təbriki xüsusi "oxumaqda" davam edirlər. Belə "oxumalardan" biri- Qafqaz və Türkiyə üzrə iranlı ekspert Həmid Qodsinin şərhi müəllifin Azərbaycandaxili siyasi konyunkturaya, qüvvələr nisbətinə, siyasi cinahların xarici siyasətə baxışlarına bələdliyi ilə diqqət çəkir.

Müəllif yazır ki, Co Bayden Müstəqillik Günü və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və xalqına təbriklə başlayır, lakin əsas mesajlar daha sonra gəlir. "ABŞ və Azərbaycan Respublikası arasında enerji müxtəlifliyi və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq tarixin mühüm dövrlərində səmərəli olub və Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin edilməsində və sabitləşdirilməsində mühüm rol oynayır", - Bayden yazır..

Yəni birinci mesajda o, Azərbaycanın Avropanı Rusiyadan enerji asılılığından xilas edilməsində mühüm rol oynadığını bildirir , Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, eləcə də Ukraynaya humanitar və enerji yardımını yüksək dəyərləndirir.

Bayden Rusiyanın iştirakı olmadan diplomatik təmasların qurulmasında və Brüssel prosesinin dəstəklənməsində maraqlı olduğunu bildirib, Qafqazın və Xəzər regionunun çiçəklənməsi üçün Azərbaycanla Ermənistan arasında davamlı sülhün olmasını istədiyini bildirib.

ABŞ prezidenti “Cənubi Qafqaz” yox, “Qafqaz” deyir. Bayden həmçinin Trans-Xəzər regionundan - Xızəein digər sahilindəki ölkələrdən bəhs edərək Azərbaycanı Mərkəzi Asiya və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropaya ixracında əsas tərəfdaş sayıb.

O, Rusiyanı enerji bazarından çıxarılmasında maraqlıdır və bu işdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin böyük paya malik olacağını vurğulayır.

İkincisi, Bayden deyir ki, Rusiya bu regionlardan enerji ehtiyatlarını Avropaya ötürmək üçün təkcə Qafqazdan deyil, həm də Mərkəzi Asiyadan çəkilməlidir və bunun üçün əsas şərtlərdən biri Azərbaycanla Ermənistanın birbaşa - Rusiyasız dil tapmasıdır.

Rusiya isə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların aparılmasında və sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və istənilən fürsətdə bunun qarşısını alacaq.

Üçüncüsü, ABŞ prezidenti vurğulayıb ki, Azərbaycan Ukraynanın suverenliyini dəstəkləməkdə davam etməli və ölkəyə humanitar və enerji yardımı göstərməlidir. Bakı nefti İkinci Dünya Müharibəsində olduğu kimi Rusiya-Ukrayna müharibəsində də mühüm rol oynayır, Ukraynanın qələbəsini asanlaşdıra bilər.

ABŞ ümumilikdə Azərbaycanı dünya siyasətində, xüsusən də regionda mühüm ölkə, beynəlxalq terrorizmlə mübarizədə lider hesab edir.

Başqa sözlə, Azərbaycan ABŞ tərəfindən zəngin xammalı olan zəif postsovet respublikası kimi deyil, regionda, hətta Avropa və Avrasiyada mühüm tərəfdaş kimi qəbul edilir.

Müəllifin fikrincə, məktubda ABŞ-ın Azərbaycanla bağlı tələbləri də yer alır. Vaşinqton bilir ki, Azərbaycan hökuməti özünün və ölkəsinin maraqlarına uyğun hərəkətlər edəcək, bəlkə də bu, ABŞ-ın maraqlarına uyğun gəlməyəcək. Buna görə də Baydenin mesajında deyilir: “Biz Azərbaycanı demokratik idarəçilik və bütün azərbaycanlıların əsas hüquq və azadlıqlarını qoruyan islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa çağırırıq”.

Bu mesaj ABŞ-ın Azərbaycandan gözlənilən cavabı almadığı təqdirdə ABŞ-ın öz müxalif qruplarını hökumətə qarşı qızışdıracağı və dəstəkləyəcəyi ilə bağlı təhdiddir.

Azərbaycan müxalifəti də bu mesajı məktubun mətnindən çıxarıb Baydenin Azərbaycan Prezidentindən demokratiya tələbi kimi şərh edir.

Xatırladılır ki, Azərbaycan hazırda Avropanın enerji bazarında rol oynamağa və Mərkəzi Asiya enerjisini Avropaya ötürməyə çalışır.

Ukraynaya dəstəyin artırılması baxımından hər bir ölkə bacardığı qədər kömək edir və Azərbaycan da istisna deyil, amma Azərbaycan Respublikasının öz problemləri var və Qarabağ bölgəsinin böyük hissəsi hələ də işğaldan azad olunmayıb, azad edilmiş torpaqlar dağıdılıb, minalarla doludur.

Azərbaycan, ən azı nəzəri cəhətdən, Qərb şirkətləri, o cümlədən Amerika şirkətləri Dağlıq Qarabağın yenidən qurulmasına qoşulsa, Azərbaycana dəstəyi və investisiyaları artırsa, Ukraynaya siyasi, humanitar və enerji yardımını artıra biləcəyini iddia edir.

ABŞ-ın Dağlıq Qarabağdakı sülh planına gəlincə, Ermənistana sülh təklif edən Azərbaycandır, lakin Ermənistanın baş naziri təklifləri qəbul etsə də, əməldə Rusiyanın arxasınca gedir və Moskvada Kollektiv Təhlükəsizlik Təşkilatına Azərbaycandan şikayət edir. İrəvanda isə erməni müxalifətinin yeni müharibə şüarları ilə mitinqləri keçilir.

İranlı ekspeet hesab edir ki, ABŞ-ın niyyətindən asılı olmayaraq, Azərbaycanda demokratik islahatlara çağırış müsbətdir. Azad seçkilərin keçirilməsi, dövlət orqanlarının ümumxalq səsverməsi ilə formalaşdırılması, fikir, ifadə, mətbuat kimi azadlıqların qorunub saxlanması çox yaxşıdır və bunlar Azərbaycanın Konstitusiyasında, qanunlarında da qeyd olunub, amma ABŞ üçün vacibdirmi?

Bu sualın cavabı məktubun sonunda verilir: Rusiyanın Ukraynaya qarşı müharibə aparmaqla beynəlxalq təhlükəsizliyin əsas sütunlarını zəiflətməyə çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində ABŞ Azərbaycanın müstəqilliyini dəstəklədiyini vurğulayır. Yəni ABŞ Azərbaycana xəbərdarlıq edir ki, Rusiya heç bir oyun qaydasını tanımır və sabah Azərbaycanın müstəqilliyinə və suverenliyinə hücum edə bilər və bəyan edir: “Əgər ABŞ-ın yanında olsanız, sizi Rusiyadan qoruyacağıq. Əks halda belə hal baş verərsə, biz Azərbaycanla olmayacağıq".

Bir sözlə, iranlı ekspertin rəyinə görə, ABŞ prezidentinin azərbaycanlı həmkarınaməktubunda tərif, təklif və təhdid bir aradadır.

Cəmaləddin Quliyev

Xəbər 1241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +