Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.06.2022  10:12 

“Cibimə narkotiki polislər özləri qoydular”





A+  A-

Üç ilə yaxın Almaniyada mühacir kimi yaşamış, 2021-ci ilin noyabrında Azərbaycana deportasiya ediləndən sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işi üzrə məhkəmə istintaqı başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə baxılır.

İyunun 1-də məhkəmə iclasında vəkili Pünhan Kərimlinin atası Vahid Kərimovun əlavə şahid qismində məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs tutulmamışdan öncə atası ilə görüşüb vergi idarəsinə gedib və oradan çıxanda saxlanılıb.

Vəkil həmçinin vergi idarəsindəki müşahidə kameralarının görüntülərinə baxış keçirilməsi haqda vəsatət qaldırıb:

“25 yanvarda Pünhan Kərimli tutulan yerdə – Nərimanov rayonunda vergilər orqanına necə girib çıxdığına dair kamera görüntüləri alınsın. Biz istintaqda da bu barədə vəsatət qaldırmışdıq, rədd olunmuşdu”.

Hər iki vəsatət baxılmamış saxlanılıb.

Daha sonra prokuror ittiham aktını elan edib. İddia olunur ki, AXCP üzvünün üzərindən iki bükümdə metamfetamin və heroin tapılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən Pünhan Kərimli özünü qətiyyən təqsirli bilmədiyini deyib. Daha sonra o ifadə verib. O bildirib ki, Bakı Slavyan Universitetində təhsil alıb.

Universiteti bitirəndən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olub. 2016-cı ildən AXCP-yə üzv olub. Siyasi baxışlarına görə təzyiqlərə məruz qaldığına, işdən çıxarıldığına görə 2018-ci ilin oktyabrında Almaniyaya siyasi mühacirətə gedib.

“Orada da siyasi fəaliyyətlə məşğul olmuşam, aksiyalarda iştirak etmişəm. Sosial şəbəkələr üzərindən sivil şəkildə etirazımı bildirmişəm. 2021-ci ilin noyabrında deportasiya olunmuşam”, – deyən Pünhan Kərimli saxlanma prosesindən də danışıb. Deyib ki, 2022-ci ilin yanvarında taksi sürüb ailəsini dolandırmaq istəyib, ona görə VÖEN açdırmaq lazım idi:

“Vergilər Departamentinə getdim. Atamla gəlmişdim. Saat 1-ə işləmişdi. 10-15 metr getmişdim, 4 nəfər hücum etdi. Kamera görüntülərində var. Güc tətbiq edib, maşına basdılar. Dedilər, bilirsən niyə tutulursan, incitmə bizi, sən dövlətə, prezidentə qarşı çıxışlar eləmisən”.

Pünhan Kərimli maşında döyüldüyünü deyir:

“Başıma kurtkamı keçirmişdilər, boğulurdum. Nərimanov Rayon Polis İdarəsinə gətirdilər. Orada ciblərimi boşaldanda guya iki bükümdə narkotik çıxdı. Mənə dedilər ki, Rzayev Malik, Mütəllimov Oruc necə gedib, sən də elə gedəcəksən. Bu dövlətin yazılmamış qaydaları var. Mənə psixoloji və fiziki güc tətbiq elədilər. Mənə açıq şəkildə dedilər ki, buna görə həbs olunursan. Mənim cibimə narkotiki polislər özləri qoydular”.

Pünhan Kərimli əlavə edib ki, 2021-ci ilin noyabrında Bakıya qayıdandan sonra 1 həftə Altetlər kəndində saxlanılıb. Bu müddətdə telefonu yoxlanılıb, nə işlə məşğul olduğu araşdırılıb.

İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfərə isə inzibati həbs qərarı kəsilib.

Onların hamısı şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.

Xəbər 1310 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +