“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


30.05.2022  20:14 

“Yaşayışıma “yaşamaq” demək olmaz, sürünürəm…”





A+  A-

Hamoşam kəndi Astara rayonunun ucqar dağ kəndlərindəndir. Bu kəndin sakini Xankişi Şahverdiyev deyir ki, dövlət hesabına ona verilən dərmanları rayondan – poliklinikadan gedib almaq üçün yolpulu tapmır.

“Pulum olmadı ki, əməliyyat elətdirim”


65 yaşlı Xankişi Şahverdiyevin nə rəsmi bir işi var, nə də pensiya alır. Hərçənd, əvvəllər üçüncü qrup əlil kimi, pensiya alırdı. Ona təyin edilmiş 5 illik əlillik müddəti 2021-ci ildə başa çatıb. O vaxtdan da pensiyası kəsilib. Deyir ki, çox çalışsa da, əlillik müddəti uzadılmayıb.

Xankişi Şahverdiyevə görmə probleminə görə üçüncü qrup əlillik təyin olunmuşdu. Deyir ki, gözündəki problem yenə qalır. Üstəlik, ürək, böyrək xəstəliklərindən də əziyyət çəkir:

“İnfarkt keçirmişəm. Ürək, böyrək, şəkərli diabet… Orqanizmimdə salamat orqan yoxdur. Gözüm də bir ayrı dərddi. 2021-ci ildə 5 illik müddət tamam olanda pensiyam kəsildi. Gedib səbəbini soruşdum. Dedilər ki, müddət tamam olub, komissiyadan keçmək lazımdır. Komissiya da xəstəxanadadır. Bir dəfə Masallıya göndərdilər, getdim. Dedilər ki, gözün əməliyyat olunmalıdır. Pul lazım oldu. Pulum olmadı ki, verim, əməliyyat elətdirim. Boş yerə yola nə qədər xərc çəkdim. İnanın, o pulu borc götürüb getmişdim. Bir gözümü pensiya aldığım vaxtlarda əməliyyat elətdirmişəm. İndi o biri pis vəziyyətdədir”.

“Pensiya fonduna nə qədər pulum yığılıb, onu da vermirlər”

Hamoşam sakininin dediyinə görə, o, əməliyyata imkanı çatmasa da, əlilliyin uzadılması üçün lazım olan sənədi almaq istəyib. Amma sənədi ala bilməyib.

Maddi vəziyyətinin çox ağır olduğunu vurğulayan Xankişi Şahverdiyev danışır ki, iş tapmaq üçün çox çalışır, amma cəhdləri nəticəsiz qalır.

“İşsizlikdir, heç cür iş tapa bilmirəm. Bu yaşımda da sakit dayanan adam deyiləm. Çünki problem çoxdu. Kənddə qaz yoxdu. Qışda 200-300 manat oduna pul veririk. Kənd rayon mərkəzindən çox aralıda – təxminən 50 kilometr uzaqda yerləşir. Kənddən rayona marşrut avtobusu işləmir, ancaq xüsusi maşınlarla gedib-gəlirik. Rayona gedib-gəlmək 25-30 manata başa gəlir. İşləməyən, pensiya almayan adam üçün bu, çox böyük məbləğdir. Əvvəllər işləmişəm, pensiya fonduna nə qədər pulum yığılıb, onu da vermirlər…“, – kənd sakini belə deyir.

Xankişi Şahverdiyevin 65 yaşı iyulda tamam olacaq. Deyir ki, ona pensiya üçün müəyyənləşdirilmiş yaş həddinə çatanda müraciət etməyi məsləhət görüblər.

“Bu qədər xəstəliyim var, müalicə oluna bilmirəm”

“Düzü, heç inamım qalmayıb. Bu qədər xəstəlikdən əziyyət çəkirəm, müalicə oluna bilmirəm. Adi şəkər dərmanı almaq üçün getməyə imkanım yoxdur. Mənim yaşayışıma “yaşamaq” demək olmaz. Mən sürünürəm. Oğlumun 4 övladı var. Məşğulluq Mərkəzinə iş üçün nə qədər müraciət elədi, iş tapa bilmədi. Uşaqlara ünvanlı sosial yardım verilmədi. Axırda məcbur qalıb, baş götürüb Rusiyaya getdi…”

Kənd sakini özü də ünvanlı sosial yardım, müalicə olunmasına yardım üçün müxtəlif dövlət orqanlarına, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Amma müraciətləri nəticəsiz qalıb.

“Göndəriş rəsmiləşdirilsə, vəziyyəti qiymətləndiriləcək”

Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Şahverdiyevlər ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi məsələsinə baxılması üçün elektron qaydada (www.sosial.göv.az və www.e-gov.az) vasitəsilə müraciət edə bilər. Bu halda müraciətə baxılacaq.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirilib ki, Xankişi Şahverdiyevin üçüncü dərəcə əlilliyi sonuncu dəfə 27 yanvar 2016-cı ildə 5 illik uzadılıb. Növbəti müayinə tarixi 27 yanvar 2021-ci il olub.

“Sonrakı dövrdə Xankişi Şahverdiyevə dair ırazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (Forma-088) daxil olmayıb. Xankişi Şahverdiyev rayon mərkəzi xəstəxanasında müayinə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi halda, əlillik vəziyyəti qanuna uyğun olaraq, adsızlaşdırılmış sənədlər üzərindən özünün iştirakı olmadan qiymətləndiriləcək”.






Xəbər 1429 dəfə oxunub.




16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +