Özünü pis hiss edən adam futbol oynamaz... - Yaxın dostu İdrak Camalbəyli haqqında nələr dedi?
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb


18.05.2022  16:16 

Vaşinqton Azərbaycan hakimiyyətinə çağırış etdi





A+  A-

“Vaşinqton Azərbaycan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, o cümlədən bütün vətəndaşlara öz fikirlərini dinc şəkildə ifadə etmək imkanı verməyə çağırır”.

Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi mayın 14-də Bakıda keçirilən aksiya zamanı baş verən zorakılıq hallarına münasibət bildirərkən deyib.

XəzərNews.az xəbər verir ki, “Turan”ın sorğusuna cavab verən ABŞ rəsmisi qeyd edib ki, dinc etirazlar açıq siyasi sistemin elementidir.

Departament insanların Azərbaycan Konstitusiyasında zəmanət verilmiş fikirlərini ifadə etmək və dinc şəkildə toplaşmaq azadlıqlarının həyata keçirməsi hüququnu tamamilə dəstəklədiyini açıqlayıb.

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da hökuməti KİV-in təhlükəsizliyini təmin etməyə və jurnalistlərin öz işlərini zorakılıq, təhdid və ya bilavasitə saxlanılmaqdan qorxmadan yerinə yetirmək imkanını qorumağa çağırırıq”, – deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

Mayın 15-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yaydığı bəyanatda hökumətə çağırış edərək zorakılıq iddialarını araşdırmağın vacibliyini bildirimişdi:

“Dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır. May ayının 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev və Aytən Məmmədova kimi bloger və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur. Bütün zorakılıq iddiaları hərtərəfli şəkildə araşdırılmalıdır”.

Dünən isə Daxili İşlər Nazirliyi səfirliyi yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırmışdı.

Nazirlik bildrib ki, mayın 14-də bir qrup şəxs Fəvvarələr Meydanında müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib:

“Bu, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa ziddir. Ancaq buna baxmayaraq, polislər aksiyaya müdaxilə edməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb”.

“Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycanın daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk”, – deyə nazirlik bildirib.

Mayın 14-də Fəvvarələr Meydanında aksiya keçirilib.

Tədbir qərarı jurnalist Aytən Məmmədova yaşadığı binanın liftində soyuq silahlı təhdidlə üzləşdikdən sonra qərarlaşdırılıb. Aksiyaçılar “Kriminal dövlət istəmirik”, “Öldürmə ədaləti, dayandır cinayəti” şüarları ilə meydana çıxıblar.

Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: “Mənə dedi ki, sən ağıllanmayacaqsan? Qızımla hədələdi”.

Jurnalistə hücumla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.

Xəbər 6844 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +