İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


15.05.2022  12:13 

Ukrayna(lıların) ƏFƏNDİSİ...





A+  A-

Biz onu 1997-ci ildən sonra tanımağa başladıq. Məhz onun təşəbbüsü ilə Ukrayna Azərbaycanlıları Konqresi yarandı, formalaşdı, böyüdü… Ukrayna Azərbaycanlıları Konqresinin ən güclü vaxtı da Oqtay Əfəndiyevin rəhbərliyi dövrünə təsadüf edib. Mərhum Prezident Heydər Əliyevin 20 iyul, 2002-ci il tarixində Ukraynaya səfəri, azərbaycanlılarla görüşü və bu toplantıda Oktay Əfəndiyevlə uzun-uzadı dialoqu da məhz bu ölkədə yaşayan azərbaycanlıların vahid amal ətrafında birləşməsinə təkan verdi.

Artıq illər arxada qalıb, Oktay Əfəndiyev isə həmin görüşdə azərbaycanlıların Ukraynada daha çevik və monolit icmaya çevrilməsi istiqamətində səsləndirilən tezislərin, fikirlərin həyata keçməsinə çalışır. Diasporun rəhbər heyətində aktiv təmsil olunmasa da Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun fəxri sədri kimi maddi və mənəvi dəstəyini əsirgəmir.



Uzun müddət Ukraynadakı Azərbaycan diasporasına rəhbərlik etmiş Oktay Əfəndiyevin bu xidmətləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2006-cı ildə keçirilən Dünya Azərbaycanlılarının İkinci Qurultayında İlham Əliyev Oktay Əfəndiyevi “Şöhrət” ordeni ilə təltif edib.



O heç kimə fərq qoymur...

Oktay Əfəndiyev müharibə dövründəki fəaliyyəti ilə ukraynalılar arasında böyük rəğbət qazanıb. Koronavirus pandemiyası dövründə Ukraynada yaşayan həm azərbaycanlı, həm də ukraynalı ailələrə yardımlar edən Oktay Əfəndiyev Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna xalqına da öz dəstəyini əsirgəmir. Onun feysbuk səhifəsini izləyərkən hər gün hardasa yardım payladığını müşahidə edirik. Əlbəttə, bu jest kimlərəsə adi gələ bilər. Amma etiraf edək ki, müharibənin qızğın vaxtında imkansızlara maddi yardım göstərmək, özündə olanları paylaşmaq hər kişinin işi deyil, mərd kişinin işidir. Oktay Əfəndiyev ranqlı digər millətlərin, elə ukraynalı iş adamlarının çox az bir hissəsi bu kimi təşəbbüslərlə çıxış edir.



İş adamı maddi yardımlarıyla yanaşı, Ukraynada müharibə nəticəsində dağıdılmış infrastrukturun bərpasında da yaxından iştirak edir. Elə məhz bu təşəbbüslərinə görə onu Ukrayna(lıların) ƏFƏNDİsi deyə çağırırlar...



O, şəxsi imkanları hesabına Kiyev ətrafı kəndlərdə, xüsusən də Qurovşina, Buzova, Maryanovka, Lesnoye, Xmilna və digər yaşayış məntəqələrində minlərlə ailəyə yardımlar edir. Təkcə Buzova və Dmitrovka qəsəbə sakinlərinə 6 ton ərzaq yardımı göstərib.

Bu bizim insanlıq borcumuzdur…

Oktay Əfəndiyev göstərdiyi bu fədakarlığa görə ona təşəkkür edənlərə minnətdarlıq hissini bildirməyi də unutmur:

“Əziz həmvətənlərim! Diqqətə və xoş sözlərə görə hər birinizə təşəkkür edirəm. Dünəndən bəri yüzlərlə mesaj alıram, sağ olun. Ukraynada (Kiyev ətrafı) yaşayan və ağır vəziyyətdə olan hər kəsə imkan daxilində müharibə başlayan gündən fədakar komandamla birgə dəstək oluram. Bu bizim insanlıq borcumuzdur”.



Əlbəttə, Oktay Əfəndiyevin nümunəvi addımını hazırda müharibə vəziyyətində olan bu ölkədə də yüksək qiymətləndirirlər.

Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov öz “Facebook” səhifəsində məlumat paylaşıb. Cavadov yazır ki, COVID-19-un yayılmasından bəri, iki ilə yaxın müddətdə Ukraynada yaşayan azərbaycanlıların aztəminatlı ailələrinə yardım edən Oktay Əfəndiyev hərbi təcavüzdən sonra Ukrayna ordusuna yardım fonduna 3 milyon qriven pul köçürüb:



“Onun bu addımı Azərbaycan diasporunun digər nümayəndələrini də ruhlandırıb. Soydaşlarımız Ukrayna ordusunun qələbəsi üçün əllərindən gələni edir, böyük pullar xərcləyirlər. Hər birimiz işğalçıya qarşı ədalətli müharibənin ümumi xəzinəsinə töhfə verməyə can atırıq. Əminəm ki, hər birimizin mümkün köməyi evimizə xaincəsinə basqın edən düşmən üzərində qələbə çalmağa imkan verəcək. Slava Ukraine!”



Qələbəyədək!..

Oktay Əfəndiyev özünün şəxsi feysbuk hesabında bu yardımların davam edəcəyini bildirib: “Biz bundan sonra da Ukrayna xalqının ağır günlərində əlimizdən gələn köməyi göstərəcəyik. Ukraynada yaşayan və ağır vəziyyətdə olan hər kəsə imkan daxilində müharibə başlayan gündən fədakar komandamla birgə dəstək oluram. Bu, bizim insanlıq borcumuzdur. Allah bizləri qorusun! Qələbəyədək!”.

Yusif
XəzərNews.az




Xəbər 7771 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +