Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.05.2022  09:55 

“İmamverdi İsmayılov 30 ildir ki, deputatdır, sərvətini yığıb-yığışdıra bilmir”





A+  A-

“Elə zəngilanlılar, cəbrayıllılar, qubadlılılar var ki, heç vaxt Qarabağa qayıtmayacaqlar. Onların Bakıda topdağıtmaz evləri, mülkləri, şirkətləri var. Deputat İmamverdi İsmayılov Zəngilana qayıdar? 30 ildir ki, deputatdır, sərvətini yığıb-yığışdıra bilmir”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu, politoloq Zərdüşt Əlizadə əhalinin Qarabağa köçürülməsi ilə bağlı danışarkən deyib.

Z.Əlizadə xalqın o ərazilərə qaytarılmalı, bərpa prosesində əhalinin də iştirakının təmin edilməli olduğunu düşünür:

“Neft Fondunda “n” qədər pul var. Hər bir ailəyə tikəcəkləri evin layihəsini təqdim etsinlər və ailə başçısına pul ayırsınlar ki, öz evini tiksin. Hər mərhələdə bankdan pulu almaqla tikintini başa çatdırmaq olar. Tikintinin hər mərhələsinə də nəzarət olunmalıdır. Bu o deməkdir ki, xalqın özü də Qarabağın bərpasında iştirak edəcək. Amma indi xalq yalnız tamaşaçı kimi baxır.
Həmçinin naməlum hansısa şirkətlər Qarabağda işləyir və büdcədən ayrılan pulları yeyirlər. Düşünürəm ki, böyük qayıdış uzun müddət çəkməyəcək. Çünki Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər kimi ərazilərimizdə ermənilər yaşayırdılar. Oralarda minalanmış ərazilər çox azdır. Bu əraziələrə qayıtmaq mümkün qədər tez olacaq. Artıq şuşalıları öz torpaqlarına qaytarsınlar ki, onlar orada tikməyə, kənd təsərrüfatını qurmağa başlasınlar.
Eyni zamanda, Cəbrayılda döyüş olmayan zonalarda minalar yoxdur. Cəbrayıllıları da o ərazilərə göndərsinlər ki, evlərini tiksinlər, şəraitlərini qursunlar və yerləşsinlər. Düşünürəm ki, elə zəngillanlılar, cəbrayıllılar, qubadlılılar var ki, onlar heç vaxt qayıtmayacaqlar. Onların Bakıda topdağıtmaz evləri, mülkləri, şirkətləri var. Deputat İmamverdi İsmayılov Zəngilana qayıdar? 30 ildir ki, deputatdır. Sərvətini yığıb-yığışdıra bilmir. Təbii ki, zəngilanlıların çoxu qayıtmaq istəyər, onlar yurda bağlıdırlar. 600-700 min qarabağlı var, onların maksimum 200 mini Qarabağa qayıdacaq. Elə 200 min də az rəqəm deyil”.

Politoloq minaların təmizlənməsi ilə bağlı məsələyə də toxunub:

“Hazırda ən böyük problem minaların təmizlənməsidir. Əgər minaları təmizləmək istəyirlərsə, beynəlxalq tender elan etməlidirlər, həmin tenderdə dünyanın bütün şirkətləri iştirak edəcəklər. Qarabağda minalanmış əraziləri kvadratlara bölmək, şirkətlər arasında bölüşdürməklə minalardan qısa müddətdə qurtulmaq mümkündür. Həmin şirkətlər qısa müddət ərzində öz texnikaları ilə bunu edə bilərlər. Yəni bu halda Qarabağ 1 il ərzində minalardan tam təmizlənəcəkdi. Amma bizdə bunu etmədilər”.

Xəbər 1358 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +