İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


12.05.2022  14:10 

“Poz, qazan” tələsi - “Azərlotereya“nın yağlı reklamı altında əzilən insan seli... FOTO+VİDEO





A+  A-

İşdən çıxıb maddi sıxıntıları, növbəti maaşadək nəyi, hara, necə xərcləyəcəyimi fikirləşməkdən halsızlaşmış beynimi də götürüb, ağır-ağır harasa addımlayırdım. Deyəsən evə...

Yanımdan ötən hər fikirli insanı da özümdən bilib, oxşar halımıza bir az acıyırdım da..

Yox. Deyəsən bura başqa dünyadandır. Sıxıntılardan daha tez qurtulmağın yolunu bilən, bu çıxış yolunu yenicə tapmış, əynindəki nimdaş paltarlar, üzlərindəki təlaş və gözlərindəki ürkək ümid tərs mütənasib olan 6-7 nəfər adam yığılıb bir nəfərin başına...

Xilaskar kimi baxdıqları “day-day” da laqeyd hərəkətlərlə “mən də edim, şansından küs” deyərək, mızıldanır. Birisi “Ay mənim bəxtimə..!” deyib başına bir qapaz vurur, biri əlindəki “bəxtinə rüşvəti” hirslə cırıb, tapdalayır, sakitcə tərk edir ümidinin son ünvanını...



Nə bilim, bu 6-7 nəfərlik “toplantı”da 6-7 dünya “vuruşur” 3-5 manat üçün. Deyəsən, “Poz, qazan” dedikləri yer buradır. Bəli, elə bura! Küçənin ortası, yolun kənarı...

Açıq-aşkar insanların qırıq-salxaq qalmış ümidlərini cəllad baltası ilə kəsib doğradıqları, amma heç də gizli olmayan bu “məkan”...!

Həyatının bütün ağırlığını ümidinin belinə yükləmiş, yarıdan çoxunu kasıblıqla yaşadığı ömrünün bundan sonrasını varlanmaq sevdasına düşən, özü də bunun bu kartların birinin altında gizləndiyini düşünən və elə bu dəqiqə real olacağına inanan saf, inanclı və ya xəyalpərəst adamlar...



Sizcə, doğrudanmı bu “day-day” sizə küçənin ortasında durma-tutmadan pul paylayacaq qədər vicdanlı və ədalətli biridir? Yoxsa, həqiqətənmi bu günə qədər ağılsızlıq edib pul qazanmaq üçün əziyyət çəkib, işlədiyinizi hesab edirsiniz?

Onların heç bir şübhəsiz, böyük ümidlərlə qazanmaq üçün pozduqları kağızları görüncə, beynimdən “bəlkə mən də sınayım?!” fikri keçməmiş deyildir...

Sonra da dedim ki, sonuncu qəpik-quruşumu da bu “ümidlərin atasına” bəxşiş verib, evə nə ilə gedim? Yaxşı ki, şansım iradəmdən daha güclü olmaq iddiasına qalxmadı. Ötüb keçdim yanlarından...



Gəlib bir göz atdım bu “oyun”un hardan gəlib, hara getmək istədiyinə. Gördüm ki, "Azərlotereya"nın yağlı reklamlarının, irihəcmli pul vədlərinin altında bir yığın insan bədduasını...

Sanki, bu ah-nalədən həvəslənib, növbəti reklamı daha cəlbedici, daha şirnikləndirici...

Birdən gözüm sataşdı, gördüm ki, iki gün öncə Ağcabədi sakininin 200 min manat qazandığını müjdələyiblər. Altında şərhlərin içərisində bu “şanslı adam” bir kəlimə ürək sözünü yazmayıb ki, ürəyi müftə pul eşqi ilə alovlananların köksünə su çilənmiş olsun...

Əlqərəz, alanlar deyir inanmayın, almayın, almayanlar da deyir ki, “mən də o bəxt hardadı ki, 3 verib 5 qazanam?!”.



Kimin doğru, kimin yanlış olduğunu mühakimə etmək niyyətində deyiləm. Amma "Weight Watchers" təşkilatının yaradıcısı Jean Nidetch deyirdi ki, taleyinizi təyin edən şans deyil, seçiminizdir.

Bu gün, bu axşam, ya da sabah qarşınıza çıxan ilk “şans tələsi” ilə etdiyiniz seçimin sonrakı ağır fəsadlarını şansınızın, daha dəqiq desəm, “şanssızlığınızın” kürəyinə yazmayın. Küsər, gedər, sonra pozduqlarınızda da geri qazanılmaz.../Demokrat.az



Xəbər 5129 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +