İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


11.05.2022  11:19 

Ziyalı düşmənlərimiz... - Onlar SÜLH istəyir





A+  A-

Bu gün bizim yerli xəbər saytlarımızda Ermənistan ziyalılarının Paşinyanı Azərbaycanla sülh müqaviləsi bağlamağa çağırmaları haqda xəbərə rast gəldim. Və heyrətləndim. Sən demə, terror və faşizm yuvası olan Ermənistanda hələ də sülhə dəyər verən ziyalı şəxslər qalıbmış.

Elə həmin bu bir qrup ziyalı ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərək Azərbaycanla danışıqları sülh müqaviləsi imzalamaqla başa çatdırmağı xahiş edib.

Müraciətdə deyilir:

“Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir. Biz sülhə alternativin olmadığına israr edirik. Bu, “məğlubun boynuna keçirilmiş ilgək” yox, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş azad ifadəsidir.

Müharibə fəlakətindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək, heç bir “əmma” olmadan sülh tələb edirik”.

Təəssüf ki, bizim mediada həmin müraciətin tam mətni dərc olunmayıb. Müraciəti imzalayan erməni ziyalılarının adları da qeyd edilməyib. Mən erməni KİV-dən sözügedən müraciətin mətnini axtarıb tapdım. Müraciəti imzalayanların adlarını da aşağıda təqdim edəcəyəm.

Müraciət müəllifləri qeyd ediblər ki, bu gün özlərini "millətin xilaskarı" elan edənlərin heç biri (burada Robert Köçəryan, Serj Sərkisyan, Artur Vanetsyan və digər revanşistlər, faşistlər nəzərdə tutulur - B.M.) nə Azərbaycanla, nədəki Türkiyə ilə savaşası deyil.
"Deməli, onların "erməni qisası"nın yeganə hədəfi hazırkı erməni cəmiyyətindəki sülh tərəfdarları - "daxili türk"lər olacaq. Bu sülh tərəfdarları vətən uğrunda ölməyi yox, öz ölkəsində azad, xoşbəxt və ləyaqətlə yaşamağı seçən şəxslərdir. Biz, bizim kimi düşünən, lakin "türk", "milli satqın" damğalarının vurulmasından qorxan minlərlə həmin şəxslərin susqunluğunu pozaraq, Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədinə əməl etməyi və "Qarabağ münaqişəsi"ni sülh sazişi ilə həll etməyi tələb edirik",- deyə müraciət müəllifləri qeyd ediblər.

Bu müraciət qeyri-adi müraciətdir. Mən deyərdim ki, erməni ziyalılarının bir qrupu bu müraciəti imzalamaqla inqilabi addım atıblar.

Nəyə görə inqilabi?

Çünki biz son 30 ildə bir-iki erməni blogerini və QHT fəalını çıxmaq şərtilə düşmən ölkənin ziyalılarından heç vaxt adekvat davranış, gerçək sülh uğrunda mübarizlik görməmişik.

Əksinə, Abel Aqanbekyan, Georgi Şaxnazarov, Zori Balayan kimi erməni "ziyalı"larının erməni kilsə xadimlərinə qoşularaq Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış etmələrini, terroru və işğalçılığı dəstəkləmələrini görmüşük.

Erməni "ziyalı"ları tam 30 il ərzində ziyalıların ən qəddar faşist, irqçi ola bildiyini göstəriblər. Odur ki, bu gün bir qrup erməni ziyalısının Paşinyanı real sülhə çağırmaları istər-istəməz bizə biraz qəribə gəlir.

Həm də içimizdə dəhşətli bir inamsızlıq, güvənsizlik hissi də var. Axı biz hiyləgər ermənilərin istənilən addımının və ya çağırışının arxasında heç vaxt səmimiyyət görməmişik. Hər zaman növbəti hiylənin, tələnin planını, işartılarını görmüşük. Elə ona görə də biz bu gün onların sülh çağırışlarına da inana bilmirik.

Lakin sülhdən başqa bir yolumuz da yoxdur. Biz də, ermənilər də əvvəl-axır sülhə məhkumuq. Bu baxımdan, gəlin erməni ziyalılarının sözügedən çağırışını sülhə kömək edə biləcək bir təşəbbüs kimi dəyərləndirək.

Bəlkə də bu təşəbbüsün real müəllifi elə Nikol Paşinyanın özüdür. Çox güman ki, ideya onun özündən gəlib. Və yaxşı düşünülüb. Sülhün vacibliyini və qaçılmazlığını dərk edən Paşinyanın cəmiyyətin içindən dəstək lazımdır. Bu müraciət də məhz həmin dəstəyə hesablanıb.

Ümid edək ki, bu müraciətdən sonra sıravi ermənilər arasındakı real sülh tərəfdarları hərəkətlənməyə, səslərini çıxarmağa başlayacaq və özlərində revanşistlərə təpki göstərməyə cəsarət tapacaqlar.

Müraciəti imzalayanlar:

Arpi Manusyan - araşdırmaçı
Anton İvçenko - Ermənistan vətəndaşı
Armen Ohanyan - yazıçı
Hvard Marqaryan - hüquq müdafiəçisi, araşdırmaçı
Mariam Xalatyan - sosioloq, araşdırmaçı
Qoar Şaxnazaryan - sosioloq, pedaqoq
Arman Qriqoryan - rəssam
Armine Markosyan - linqvist (dilçi)
Şaqane Xaçatryan - jurnalist
Anna Nikoqosyan - araşdırmaçı
Nane Xaçatryan - araşdırmaçı
Lara Aqaronyan - hüquq müdafiəçisi
Anuş Poqosyan - psixoloq
Tatev Esayan - qrafik dizayner
Lusine Papanyan - türkoloq
Eviya Ovannisyan - sosial antropoloq
Ovannes Azoyan - aktyor
Qoar Xaçatryan - Ermənistan vətəndaşı
Aqapi İvanyan - iqtisadçı
Lilit Avetisyan - psixoloq, müəllim
Nikolay Ovannisyan - insan hüquqları üzrə ekspert
Ovannes Marqaryan - rəssam
Artur Perosyan - rəssam
Laura Babayan - biznes-analitik
Kristina Acemyan - proqrammist
Tiqran Xaçatryan - rəssam
Araks Asatryan - rəssam
Elmira Petrosyan - menecer
Yelena Babayan - SMM-mütəxəssis
Vahan Sarqsyan - R&D-ekspert
Kristina Soloyan - Ermənistan vətəndaşı
Mamikon Ovsepyan - hüquq müdafiəçisi
Ripsime Kizoqyan - sosioloq
Armine Arutyunyan - sosial işçi
Vaan Durinyan - R&D ekspert
Tiqran Sarqsyan - arxitektor
Vaqram Aqasyan - rəssam
Knar Xudoyan - jurnalist
Arpi Mxitaryan - ictimai fəal
Mariam Karagözyan - iqtisadçı
Zara Arutyunyan - jurnalist
Yuri Manvelyan - jurnalist
Tiqran Amiryan - linqvist
Sona Simonyan
Avetik Karagülyan - riyaziyyatçı
Hrayr Manukyan - Ermənistan vətəndaşı
Levon Unanyan - ictimai xadim
Laura Manukyan - mədəniyyət işçisi
Marianna Yeqiezaryan - hüquqşünas
Xaçatur Mkrtçyan - mühasib
Lilit Saribekyan - rəqs müəllimi
Maykl Kotancyan - musiqiçi
Lilit Kazaryan - evdar xanım
Stella Unanyan - akuşer
Sevak Kirakosyan - müəllim
Qrayr Savzyan - Ermənistan vətəndaşı
Asmik Petrosyan - vəkil
Anait Baqdasaryan - Ermənistan vətəndaşı
Vardan Caloyan - art-tənqidçi
Karen Tonoyan - Ermənistan vətəndaşı
Naira Mnasakanyan
Gevorq Keyyan
Şogik Xaçatryan - keyfiyyət mütəxəssisi
Emin Ohancanyan
Armen Arutyunyan - Ermənistan vətəndaşı
Volodya Akopyan - jurnalist
Anait Krişçyan - müəllim
Şuşanna Tevanyan - Ermənistan vətəndaşı,
Ani Saxlyan
Şagik Matevosyan - beynəlxalq hüquq üzrə mütəxəssis


P.S.
Müraciətin sonunda qeyd olunub ki, Ermənistan vətəndaşları ziyalıların sülh çağırışına qoşulmaq üçün bu elektron ünvana yaza bilərlər: [email protected]

B.Mirzəyev

Xəbər 3274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +