Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


04.05.2022  11:35 

Azərbaycanı Qafqazda sülh gündəliyini təbliğ edir





A+  A-

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, sərkərdəlik məharəti və “dəmir yumruğ”u nəticəsində 2020-ci ilin 44 günlük II Qarabağ - Vətən müharibəsində Ermənistanın 30 illik işğalından sonra Qarabağda qazanılmış tarixi Zəfər çoxəsrlik Azərbaycan tarixinin nadir və təkrarsız hadisəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılmış Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Qarabağ Zəfəri regionda və dünyada yeni reallıqları meydana çıxarmış, daha böyük gələcəyin qurulmasına təkan vermişdir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam etdirilən işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir.

Prezident İlham Əliyevin Ermənistan dövləti ilə sülh sazişi bağlamaq istiqamətindəki ardıcıl səyləri dövlət rəhbərimizin sülhsevərlik missiyasını dünyaya bəyan edir. Postmüharibə dövründə Zəngəzur və Laçın dəhlizlərində nəqliyyat-kommunikasiya qovşaqlarının yaradılması, bu logistika dəhlizlərinin açılması uğrunda apardığı davamlı mübarizə Prezident İlham Əliyevin həm ölkəmizin, həm də region dövlətlərinin inkişafına növbəti töhfəsi olacaqdır.

Artıq dünyada Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev Qalib Prezident, xalqımız isə Qalib xalq kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlət rəhbərinin çoxcəhətli xidmətləri ilə yanaşı, onun liderlik istedadının və beynəlxalq nüfuzunun dövlətlər səviyyəsində etiraf olunması deməkdir.

Müstəqil Azərbaycan dövləti Müzəffər Prezident və Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir. Dünya liderləri sırasında xüsusi yeri və xalqımız qarşısında böyük xidmətləri olan Prezident İlham Əliyevin çoxcəhətli və yorulmaz fəaliyyətinin işığında Azərbaycanın hər sabahı daha parlaq və uğurlu görünür.

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Cənab Prezident İlham Əliyev konfrans iştirakçılarının öz gözləri ilə gördüyü dağıntıların, erməni vandalizminin bəzən düzgün qiymətləndirilməməsini, Azərbaycanın haqlı olduğu halda haqsız kimi qələmə verilməsinin mənfi nəticələrini diqqətə çatdırmaqla bir daha vurğuladı ki, bütün bunlara baxmayaraq xalqın və hökumətin birliyi, Azərbaycan xalqının əzmi və mübarizə ruhu bu problemlərin həllində başlıca rol oynadı.

Cənab Prezident konfransdakı giriş nitqində və suallara cavabında qətiyyətlə Azərbaycanın prioritet istiqamətlərini dönə-dönə vurğulamış, bölgədə sülhün, əmin-amanlığın və əməkdaşlığın zəruriyyətini əsaslandırmışdır. O, qeyd etmişdir ki, Ermənistanın regional inkişafın bir hissəsi olması üçün bizim enerji resurslarımızdan faydalanmalı, beynəlxalq enerji və daşımalar marşrutlarına qoşulmalıdır. Bunun üçün ilk növbədə seperatizmdən əl çəkilməli, ziddiyyətli bəyanatlardan, revanşist meyillərdən uzaq durulmalıdır. Ermənistanda hazırda baş verən siyasi proseslər onu göstərir ki, bu ölkənin hakim dairələri anlamağa başlayıblar ki, sülh prosesi onların istəyindən asılı olmayaraq davam edəcəkdir və onlar danışıqlar masası arxasında oturmağa məcburdurlar. Avropa İttifaqının ayırdığı maliyyə vəsaitləri də məhz gələcəkdə dayanıqlı sülhün bərpasına xidmət etməlidir. Əgər onlar bu prosesi də ləngitməyə çalışsalar onda daha ağrılı vəziyyətlə üzləşəcəklər. Bir daha Azərbaycanın sülh üçün təklif etdiyi 5 prinsipi səsləndirən Prezident qeyd etdi ki, “bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.”

Cənab Prezident Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə əlaqələrinə dair sualları cavablandırarkən bildirdi ki, biz daim regionda sülhə dəstək verən, qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrə üstünlük verir, bərabərhüquqlu müqavilələrdə iştirakdan məmnunluq duyuruq.

“Şuşa Bəyannaməsi”ni imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Bu onu göstərir ki, bizə müharibə yox, sülh, quruculuq və inkişafa yönəlmiş fəaliyyət gərəkdir. Regionumuzda sülh və qarşılıqlı etimad olacaqsa inkişaf da olacaqdır. Bir sözlə, Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir.
Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Cənab Prezident qeyd etdi ki, bizdən fərqli olaraq erməni diasporu fəaliyyət göstərdikləri ölkələrdə hakimiyyətlərə təzyiq etməklə Ermənistanın müdafiə edilməsinə çalışır, hər vəchlə özlərinin “yazıq”, “əzabkeş” obrazlarını yaradıb daha çox yardımlar almağa çalışırlar. Lakin biz öz gücümüzlə, öz iqtisadi inkişafımızı təmin etməklə həm ordumuzu gücləndirir, həm də bərpa-quruculuq işlərini aparırıq.

Təəssüf ki, minalanmış ərazilərdə hələ də itkilər veririk və bu məsələdə bizə dəstək azdır. Amma bunlara baxmayaraq biz öz işimizi davam etdiririk və etdirəcəyik də. Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir.

Konfransda cənab Prezidentin toxunduğu məsələlər əhatə dairəsinə görə çox geniş olmaqla, həm regionun, həm də qloballaşan dünyada Azərbaycanın yerini, fəaliyyətin istiqamətlərini, məqsədlərini açıq şəkildə ifadə etməklə, daxili siyasətdə həyata keçiriləcək islahatların anonsunu verdi. Biz 44 günlük müharibədən qalibiyyətlə çıxdığımız kimi gələcək inkişafın qarşısında duran problemləri də, əngəlləri də aradan qaldırıb öz yolumuza davam edəcəyik. Bu onun göstəricisidir ki, Azərbaycanı güclü edən xalqın birliyi, rəhbərin uzaqgörən siyasətidir.


Arzu Miriyev
Suraxanı rayonu,
65 nömrəli tam orta məktəbin direktoru


Xəbər 1519 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +