Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


20.04.2022  17:11 

“Stadionda atmosfer yenidən cəhənnəm olacaq” - Emireli





A+  A-

Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya mətbuatına müsahibə verib.


XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Son oyunda fanatlar səni alqışladı. Özünü necə hiss etdin?

- Azarkeşlər məni alqışlayanda həqiqətən çox sevindim, özümü əla hiss etdim. Mən həmişə komanda üçün, komanda yoldaşlarım, azarkeşlər üçün əlimdən gələni edirəm. Son iki oyundakı kimi davam etsəm, hər şey yaxşı olacaq. Azarkeşlərin alqışları və vurduğum qollar həqiqətən də gələcək üçün çox böyük motivasiyadır.

- “Riyeka” və “İstra”ya vurduğunuz qollardan sonra özünüzə inam artıb? Yeni qollar gözləyə bilərik?

- Mənim üçün ən vacibi hər oyunda maksimum, yüz faiz gücümü ortaya qoymaqdır. Rəqiblərə qol vurmaq gözəldir. Amma son nəticədə xallar qazanırıq. Məsələn, “Riyeka” ilə görüşdə o qol vacib idi. Daha sonra kapitan Ademi qələb qolunu vurdu, oyunu leyhimizə çevirdik. Ancaq ən gözəli odur ki, biz sonda qalib gəldik, təslim olmadıq, sona qədər mübarizə apardıq, qələbə qazandıq. Bəli, bu, böyük bir “geri dönüş” idi.

- Baş məşqçi Kopiç dedi ki, sən "Hayduk"la matça zədəli çıxmısan...

- Bu mənim ən pis tərəfimdir. Nə vaxt ağrı hiss edirəm, bu barədə düşünmürəm, oynamaq istəyirəm. Yaxşı olardı ki, o anlarda yanımda mənə “Mahir, dayanmaq vaxtıdır, oynaya bilməzsən” deyəcək bir adam olsun. Özümə dedim ki, kişi ol, xarakter göstər. Yaxşı, bəzən “Hayduk”la o derbidəki kimi axmaqcasına reaksiya verirəm. Xorvatiyanın ən böyük derbisinin keçirildiyini bilirdim, bu oyunun nə demək olduğunu bilirdim, oynamaq istəyirdim. Bu, həqiqətən pis, həqiqətən axmaq qərar idi. Mənim tərəfimdən çox pis qərar oldu, ağrıya qədər axmaqlıq etdim. Həmin oyunda heç nə etməmişəm. Heç kim incidiyimi bilmir, bu barədə məşqçiyə məlumat verməmişəm və azarkeşlərin məni meydançada izləyəndə nə düşündüklərini təsəvvür edə bilirəm. Yəqin elə bildilər ki, mənim xəbərim yoxdur, “Dinamo”nun məni niyə alması ilə maraqlanırdılar. Bu, sadəcə mənim səhvim idi, bir daha təkrarlanmayacaq.

- “Hayduk”la “Dinamo”nun son derbisində komandanız şanssız idi. Bu dəfə necə olacaq?

- Qolların olub-olmayacağını təxmin etmək çətindir, bəzən oyun yaxşı keçir, şanslar çox olur, amma top tora daxil olmaq istəmir. Amma ümid edirəm ki, qol vuracağıq. Biz heyətində çoxlu keyfiyyətli, təcrübəli futbolçular olan güclü rəqibə qarşı oynayırıq. Onu da bilirəm ki, stadionda atmosfer yenidən cəhənnəm olacaq. Amma azarkeşlərimiz bizimlə olacaq, Biz “Dinamo”yuq və hər zaman üç xallıq qələbə üçün səfərə gedirik. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, üstün olmaq və qalib gəlmək istəyirik. Bizi “Split” stadionundakı ab-hava maraqlandırmır, biz ancaq öz oyunumuzla maraqlanırıq. İnanıram ki, bu dəfə Zaqrebə üç xalla dönəcəyik.

- Splitdəki qələbə Dinamo titulunu təmin edə bilərmi?

- Xeyr, bu qələbə ilə titul qazanacağımızı düşünmürəm. Split təmsilçisindən sonra bizi daha çətin matçlar gözləyir. Sona qədər mübarizə olacaq.

- Komanda yoldaşlarınla münasibətlərin necədir?

-Hamımız yaxşıyıq. Hər kəslə ünsiyyətim yaxşıdır./“Qafqazinfo”

Xəbər 3862 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +