Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


14.04.2022  10:12 

Paşinyandan etiraf: “Tez bir zamanda sülhə getməliyik...“





A+  A-

Ermənistan parlamentində çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, beynəlxalq ictimaiyyət Ermənistandan "Dağlıq Qarabağın statusu" məsələsində mövqeyini yumşaltmağa çağırır.

Onun sözlərinə görə, dünya birliyi Ermənistanı Qarabağın statusu məsələsində "plankanı aşağı endirməyə" çağırır.

"Bu gün bizə beynəlxalq ictimaiyyəti açıq deyir ki, Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmaq - tək Artsax üçün deyil, həm də Ermənistan üçün böyük təhlükədir. Beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağın statusu məsələsində plankanızı bir az endirin və bununla Ermənistan və Artsax ətrafında böyük beynəlxalq dəstək təmin etmiş olarsınız. Əks təqdirdə, beynəlxalq birlik deyir ki, bizə ümid bəsləməyin - ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik", - Paşinyan deyib.

Baş nazir etiraf edib ki, onun hakimiyyətə gəlməsindən əvvəl və 2018-ci ildə vəzifəyə gəldikdən sonra Ermənistanın, "bütün yaxın və uzaq dostları bizdən tələb ediblər ki, o və ya bu konfiqurasiyada 7 məlum rayonları Azərbaycana təhvil verək və Atrsaxın (Dağlıq Qarabağın) statusu üçün müəyyən etdiyimiz həddi bir qədər aşağı endirək".

"Günahkaram ki, xalqımıza deməmişəm ki, beynəlxalq birlik birmənalı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bizdən də tanıyacağımızı umur, onu da gözləyir ki, Qarabağdan çıxmış azərbaycanlılar da Dağlıq Qarabağın gələcəyinin müəyyən edilməsi və idarəçiliyi məsələlərinə cəlb olunsunlar", - Paşinyan deyib.

"Azərbaycanı razı salmaq lazımdır ki, qəbul etsin"

Ermənistan Baş naziri Azərbaycanın Qarabağ məsələsində həmişə sərt mövqe tutduğunu bildirib:

"Hətta Azərbaycan təklif olunan ssenarilərdən bizim üçün qəbuledilməz variantları rədd edib. Və beynəlxalq birlik nümayəndələri də bəzən qəti, bəzən də diplomatik tərzdə deyirdilər ki, bütün bunlar erməni tərəfindən qəbul olunsa belə Azərbaycanı razı salmaq lazımdır ki, qəbul etsin".

O, bunları xalqa açıq izah etmədiyinə görə özünü ittiham edib.

"Çünki təhvil versəydim, ola bilsin, minlərlə həyat xilas etmiş olardım. Təhvil verməyərək isə faktiki olaraq minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum", - o deyib.

"Mən bunları keçmiş haqqında söz açmaq üçün deyil, mən bunu gələcək haqqında söz açmaq üçün deyirəm. Çünki məzmunca bu gün də vəziyyət eynidir, və mən eyni səhvləri təkrar etmək istəmirəm".

Nikol Paşinyan Ermənistan hökumətinin "çox tez vaxtda" Azərbaycanla sülh sazişi imzalamaq niyyətində olduğunu bildirib.

Sülh sazişi imzalamaq niyyəti

O, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı iki ölkə XİN rəhbərlərinə sülh sazişinin hazırlanması işlərinə başlamaq tapşırığını xatırladıb.

"Bunun praktik nə olduğu, hansı qrafik və formatda icra ediləcəyi - bunun hamısı hələ müzakirə olunub həllini tapmalıdır. Lakin Azərbaycanla tez bir vaxtda sülh sazişinin imzalanması bizim planlarımıza daxildir".

Lakin bu məsələdə, onun sözlərinə görə, Ermənistanın illüziyaları yoxdur, çünki istisna etmir ki, "bunu Ermənistana qarşı yeni aqressiv hərəkətlər üçün bəhanəyə çevirərək", sülh danışıqları prosesini çıxmaza sala bilər.

"Həmçinin delimitasiya məsələsində istisna etmirik ki, Azərbaycan de-yure heç bir ərazi iddiası olmadığını bəyan edərək, Ermənistana qarşı ərazi tələblərini formalaşdırmaq üçün istifadə edə bilər", - Ermənistan Baş naziri ehtimal edib.

Lakin bütün riskləri nəzərə alaraq, Ermənistan hökuməti qərara gəlib ki, eyni nöqtədə dayanıb prosesdə müəyyən irəliləyişə nail olmamaq riskləri daha da artırar.

"Brüsseldə delimitasiya məsələsində də razılığa gəlməyimizin səbəbi bundadır: aprelin sonunadək sərhədin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiya yatadıb işə başlamaq", - o deyib.

Ərazi iddiları

Ermənistan Baş naziri bəyan edib ki, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmayıb, "Qarabağ məsələsi isə ərazi deyil", hüquqi məsələdir.

Onun sözlərinə görə, Ermənistan üçün "Dağlıq Qarabağ ermənilərinin təhlükəsizlik qarantiyaları", haqları və azadlıqlarının təmin olunması və "Dağlıq Qarabağın son statusunun" dəqiqləşdirilməsi prinsipial əhəmiyyət kəsb edir.

"Bu mövqemiz son Brüssel görüşündə təsbit olunub. Əgər əvvəllər təmələ biz Qarabağın statusunu qoyurduq və bundan təhlükəsizlik və haqlar qarantiyaları irəli gəlirdi, indi təmələ təhlükəsizlik və haqlar qarantiyaları qoyuruq və bundan status məsələsi irəli gəlir. Biz qeyd edirik ki, hazırkı məqamda status məsələsi məqsəd deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və haqlarını təmin etmək vasitəsidir", - o deyib.

Azərbaycan ermənilərin "Artsax" adlandırdığı Dağlıq Qarabağ adlı regionun olmadığını, Xankəndi və ətrafının Qarabağ iqtisadi zonasına daxil olduğunu bildirir. Azərbaycan həm də Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərində olan erməni silahlılarının çıxarılmasını istəyir.

Aprel ayının 6-da Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşərək sülh sazişini hazırlamaq və ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komitənin yaradılmasına razılaşıblar./BBC Azərbaycan

Xəbər 1378 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +