İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


11.04.2022  21:22 

Ucuz Check Up adı ilə soyulan vətəndaşlar...





A+  A-

Hər gün telefonlarımızın mesaj qutusuna onlarla özəl tibbi klinikalardan ucuz Check Up müayinələri təklifləri gəlir. Əslində təkiflər o qədər maraqlı və cəlbedici olur ki, getməyə, təkilf olunan xidmətlərdən istifadə etməyə bilmirsən. Gedəndə isə həmin özəl klinikalarda sağlam adamı xəstə çıxardaraq əlavə pullu müayinələrə cəlb edirlər. Nəticədə, 40-50 manata təklif oluna Check Up sənə 400-500 manata başa gəlir.

Tanınmış yazar-tərcüməçi Nadir Qocabəyli də bu günlərdə sözügedən klinikaların birinin təklifinə müsabət yanaşaraq onaların xidmətindən istifadə etməyə çalışıb.

Nə baş verib?

Bu barədə N.Qocabəylinin fikirləri ilə tanış olaq:

- Bu gün oğlumu tanınmış özəl tibb mərkəzlərindən birində müayinə etdirdik. Vatsap nömrəmə gələn bir neçə təklifdən birini - 49 manatlıq "Check Up"ı seçdik. Əslində 25, 30 manatlıq təkliflər də vardı, 49-u seçdik ki, çox ucuz şeyin keyfiyyəti olmur.

Check Up-a qanın ümumi analizi, kardioqrafiya, UZİ, kardioloq, terapevt, nevrapatoloq, qastrentoloq qəbulu daxili idi.

Düşünmüşdüm ki, 50 manat da əlavə xərc çıxsa, verərəm.

Ancaq məlum oldu ki, qanın analizinə bəzi şeylərin əlavə olunması üçün daha 250, zond üçün 140 manat ödəməliyik.

Hələ məsləhət görülən endokrinoloq müayinəsinə getmədik. Guya zobu da varmış və yoxlanılmalıymış.

Özü də bu hələ son deyil ha. Bütün bunlardan keçib, haradasa 500 manat xərcləyəndən sonra müalicə təyin olunmalı, resept yazmalıdır. Onların nə qədər tutacağı da təxminən məlumdur. Azı min manat xərcləyəcəksən və heç bir xeyri olmayacaq. Əksinə, ziyanı olacaq. Heç o pul da yoxdur. Gərək borca-xərcə girək, kredit götürək, özümüzü ömürlük kimdənsə asılı vəziyyətə salaq...

Müasir tibb budur, qardaş və bacılar. Mən məhz buna görə, bir neçə ciddi xəstəliyim ola-ola 7 ildir həkimə getmirəm. Arada məcburən gedəndə də dərhal peşman oluram.
Fikrimcə, bu cür təbabət kökündən ləğv olunmalı, bu şəraiti yaradanlar məhkəmə qarşısında oturmalı, ciddi cəzalandırılmalıdırlar.

Onu da bilirəm ki, bu cinayətkar şəbəkə təkcə bizim ölkədə yox, bütün dünyada fəaliyyət göstərir və bu problem qlobaldır.

Hələlik ən optimal variant bunları kütləvi şəkildə boykot etməkdir. Çünki bu bir
cinayətkar mafiyadır. Amalları ancaq insanları soymaq, xəstələndirmək və öldürməkdir.

P. S. Tibb mərkəzinin adını ona görə yazmıram ki, bu, istisna hal deyil. Hamısı belədir...



Xəbər 1273 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +