İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


11.04.2022  14:27 

Qüdsi Osmanovun diplomat imitasiyasına inanmayın!!!.





A+  A-

Diplomat səlahiyyətinin nədən ibarət olduğunu bilməyənlərədir sözüm!

Söhbət ondan gedir ki, əsil diplomatlar öz işlərini görəndə bunu reklam etmirlər. Çünki hər addımları diplomatik olmalıdır. Bu gün ölkənin bəzi saytlarında bir şoumen psevdodiplomatın, öz işini dövlətin və diplomatiyanın tələblərinə uyğun ləyaqətlə görən diplomatik nümayəndəliyimiz haqqında hərcayı fikirlər dolaşdı.

Dövlətimizin və dövlətçiliyimizin, milli birliyimizin maraqlarının qorunmasını əsas amalı sayan biri kimi bu məsələyə biganə qala bilmədim.

Rusiya Ukraynanı işğala başlayan gündən oradan qaçan insanlarımızın təxliyə olunması haqqında Azərbaycan dövləti yerüstü təxliyəni Ankaradakı diplomatik korpuslarımıza tapşırdığını hamımız bilirik. Həmin gündən etibarən Ukraynadan Türkiyə tərəfə gələn insanlarımızın 10 minə yaxınının təxliyəsi məhz Türkiyədəki diplomatik korpuslarımızın və nümayəndəliklərimizin əməyi hesabına həyata keçirildi. Moldovaya avtobusları da Türkiyədəki diplomatlarımız göndərdilər. Həmin avtobuslarla qayıdan vətəndaşlarımızı da, qeyri-vətəndaşlarımızı da Ankaradakı səfirliyimiz və İstanbuldakı konsulluğumuz qarşılayıb yola salıblar. Onların təyyarə biletləri, onların yeyib-içməkləri, onların xəstəxanaya yerləşdirilməsinin hamısı Azərbaycanın vəsaiti ilə Türkiyədəki diplomatlarımızın əməyi hesabına həyata keçirilib. Və bu haqda bu günə kimi Türkiyədəki diplomatlarımız bir şəkil və ya video belə paylaşmayıblar. Çünki onlar bilirlər ki, bu bəlaya düçar olmuş insanların dərdlərindən şou düzəltmək olmaz! Üzərlərinə Azərbaycan dövlətinin və dövlət başçısının qoyduğu vəzifəni icra edirlər.

Avtobusun qabağında balaca uşağı əlinə alıb şou düzəltmək diplomatlıq deyil, artistlik və şoumenlikdir.

Və bir də ki, bu gün bəzi saytlarımızda sürətlə tirajlanan Ankara səfirliyimizi qınayanlaradır sözüm. Mən o 80 nəfərin bir neçəsi ilə artıq əlaqə saxlaya bildim.
Məlum oldu ki, bu, Qüdsi Osmanovun yeni şousudur.

Adam deyərlər ki, əgər siz Moldovada səfirsinizsə, dünyanın bu qarışıq vaxtında niyə postunuzu qoyub İstanbula və ya Bakıya gəlirsiniz?

Moldovadan sonuncu olaraq yola salınan 80 nəfərin təyyarə biletinin alınması, onların yola düşməsi üçün şəraitin yaradılmasını Moldovada olan səfir hansı səlahiyyətlə həyata keçirə bilər ki? Bütün diplomatik qayda və nizamnaməyə görə bu işi həmin ölkədəki diplomatik nümayəndəlik həyata keçirir.

Bu diplomatın ölkəmizə qarşı təxribatları bitmir ki, bitmir. Bu psevdodiplomatın işi-gücü saxta reklam və dövlətlər arasında gərginlik yaratmaqdan ibarətdir...

Bu gün Qüdsi Osmanovu qəhrəman kimi təqdim edən sayt rəhbərləri və media kapitanlarından isə soruşuram ki, Ukraynadan yola çıxıb müxtəlif ölkələrdən Türkiyəyə gəlib, sonra, oradan Azərbaycana yola salınan 10 minə qədər soydaşımızın və ya qeyri- soydaşımızın içərisində bu günə qədər narazı və şikayətçi olduğu haqqında xəbər eşidiblərmi?

Əlbəttə ki eşitməmiz. Ona görə də Qüdsi Osmanovun diplomat imitasiyasına inanmayın!!!".

Aida Eyvazlı

Xəbər 1183 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +