Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


31.03.2022  20:48 

UKRAYNANI NƏYƏ VƏ NECƏ QURBAN VERDİLƏR?!





A+  A-

Təbii ki, Ukrayna yalnız vasitədir, Qərbin məqsədi Rusiyanı dağıtmaq idi. Rusiya Prezidenti Vladimir Putinin yeni əsrin başlanğıcında yeni ambisiyalar ortaya qoyması, dünyaya meydan oxuması bu məqsədi strateji vəzifəyə çevirdi.

Cənab Putin SSRİ-ni de-yure olmasa da, de-fakto bərpa etmək və dünyanın üçdən birinə nəzarət etmək niyyətində idi və bunu gizlətmirdi. Amma bu, Qərbin (ABŞ və Avropa) planlarına uyğun deyildi. Məlum olduğu kimi, Qərb XX əsrin sonlarında SSRİ-ni dağıtmaq üçün 100 milyardlarla pul xərcləmişdi...

Amma Qərbdə ABŞ-ı və Avropanı vahid bir məqsəd naminə NATO çərçivəsində birləşdirəcək və Rusiyanın üzərinə gedəcək vahid lider yox idi. Siyasi səriştəsizliyi və məlum Jirinovskiliyi ilə çeçilən Donald Tramp bu işin öhdəsində gələ bilməzdi. Onun hakimiyyəti dövründə NATO Ezopun arabası mislində idi, hərə bir tərəfə çəkirdi. Amma 2021-ci ildə ABŞ-da hakimiyyətə nüfuzlu və peşəkar siyasətçi Co Baydenin gəlməsi hər şeyi dəyişdi. Bayden Rusiyanı dağıtmağı strateji məqsəd kimi qarşıya qoydu. Amma bu məqsədə çatmaq üçün bütün Qərbi Rusiyaya qarşı birləşdirmək və nəticələrdən çəkinməmək lazım idi. Təbii ki, Rusiya Misir deyildi və burda demokratiya və insan haqları uğrunda “mübarizə” keçərli deyildi. Odur ki, “Rusiya təhlükəsi və onunla mübarizə” fərziyyəsi ortaya atılıdı...

Bu fərziyyəni nəzəri cəhətdən əsalandırmaq və konkret məkanda həyata keçirmək lazım idi. Rusiyanın əvvəl Osetiyanı və Abxaziyanı, sonra Krımı işğal etməsi “Rusiya təhlükəsi”ni nəzəri cəhətdən əsaslandırmışdı, amma Qərb Ukraynanı qurban vermək istəmirdi. Ukrayna həm xristian ölkəsi idi, həm də Avropanın ortasında yerləşirdi. Düşünürəm ki, Rusiya “təhlükəsi” ilə mübarizə məkanı kimi ilk olaraq Türkiyə seçilmişdi. Təsəvvür edirsinizmi, Rusiya NATO ölkəsinə “təcavüz” edir və bütün Qərb Türkiyənin köməyinə gedir. Amma 2021-ci il ərzində Rusiya ilə Türkiyə arasında əsaslı qarşıdurma yaratmaq mümkün olmadı və Qərbin bütün cəhdləri boşa çıxdı. Əvvəla, Rusiya və Türkiyə arasında çoxşaxəli iqtisadi əlaqələr vardı və onları qısa müddətdə aradan qaldırmaq olmazdı. Sonra, Türkiyə Prezidenti Rəcəb Ərdoğan çox müdrik adam idi və Rusiya ilə qarşıdurmaya səbəb ola biləcək hər cür addımdan çəkinirdi. 2021-ci il ərzində Türkiyənin hətta Dağlıq Qarabağ problemindən məsafə saxlaması, faktiki olaraq, Rusiya sülhməramlılarının işinə qarışmaması yəqin ki, bu səbəbdən idi.

Rusiya “təhlükəsi” ilə mübarizə məkanı kimi seçilən növbəti ölkə yəqin ki, Qazaxıstan idi. 2022-ci ilni yanvarında burda birdən-birə hakimiyyətə qarşı ixtişaşlar başladı. Düşünürəm ki, bu ixtişaşlar Qərbin maddi dəstəyi və siyasi təhriki ilə başlamışdı və Rusiyanın suveren ölkəyə “təcavüzü”nə hesablanmışdı. Amma burda da Prezident Nazarbayev çox müdrik hərəkət etdi. Dərhal hakimiyyətdən çəkildi, Qazaxıstan hökuməti də rəsmi olaraq, KTMT-yə müraciət etdi. Doğrudur, Qazaxıstana de-fakto Rusiya qoşunları yeridildi, vəziyyət sabitləşdirildi. Amma de-yure Rusiya təcavüzündən söhbət gedə bilməzdi, Qazaxıstan özü müraciət etmişdi. Şübhəsiz ki, Nazarbayevin Türkiyədə yüksək səviyyədə - Prezident kimi qəbul olunması həm də bu səbəbdən idi. Və Qərb Rusiyanı “təcavüz” oyununa cəlb etmək üçün yeni məkan axtarışına girişdi...

Düşünürəm ki, Qərbin Rusiya “təhlükəsi” ilə mübarizə məkanı kimi seçdiyi 3-cü ölkə Azərbaycan idi. Rusiyanın suveren Azərbaycana “təcavüzü” Qərbin məqsədlərinə cavab verirdi. Əvvəla, Qərb Azərbaycandan 44 günlük Müharibənin heyfini çıxır və ermənilərin qisasını alırdı. Sonra Rusiya təcavüzkar elan olunurdu, Türkiyə də münaqişəyə cəlb olunurdu və Azərbaycan ərazisində Qərbin maddi dəstəyi ilə Rusiyanın burnu ovulurdu. Təbii ki, bu zaman kiçik Azərbaycan, Dağlıq Qarağağ da tamam dağılırdı. Amma bunlar nədir ki, Qərb mədəniyyəti “qurban” tələb edirdi. Azərbaycan prezidenti İlham Əliyev də müdrik və uzaqgörən siyasətçi idi, Qazaxıstan hadisələrindən dərhal sonra Rusiyaya səfər etdi və Prezident Putinlə “Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə” imzaladı. Bəyannamədə tərəflərin bütün təhlükəli məqamlarda bir-birinə dəstək verməsi qırmızı xətt kimi keçirdi. Qərbin Rusiyanın Azərbaycana “təcavüz”ü planlarından söhbət belə gedə bilməzdi.

Beləliklə, müsəlman ölkələrindən əli üzülən Qərb Rusiya “təcavüzü”nü Ukraynada reallaşdırmalı oldu. Təbii ki, burda Ukrayna lideri Zelenskinin təcrübəsiz və səriştəsiz olması da böyük rol oynadı. Rusiyanın Krımın ilhaqının qəbul etmək və NATO-dan imtina etmək təkliflərinə cənab Zelenski Qərbin təhriki ilə, birmənalı olaraq, “yox” dedi və Rusiya – Ukrayna müharibəsi başladı. Halbuki, Rusiyanın təklifləri ilə razılaşmaq və böyük və dağıdıcı müharibədən qaçmaq olardı. Zira, Krım artıq hər zaman Rusiyanın olacaq, Ukrayna isə, heç zaman NATO-nun üzvü olmayacaq... Bu müharibədə Rusiyanın məğlub, Ukraaynanın qalib olduğunu deyənlərə xatırlatmaq istəyirəm ki, müharibə Rusiyanın yox, Ukraynanın ərazisində gedir... Rusiyanı Qərbin sanksiyaları, Ukraynanı isə Rusiyanın bombaları dağıdır... Udan yenə Amerikadır...

Qalib ARİF

Xəbər 1399 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +