Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


30.03.2022  18:45 

Mart soyqırımı - Bəşər tarixinin daha bir qanlı faciəsi





A+  A-

Azərbaycan tarixində çoxlu şanlı səhifələrlə yanaşı faciəli, soyqırımlı səhifələr də vardır. Belə dəhşətli hadisələrdən biri 1918-ci il mart-aprel ayında erməni millətçiləri tərəfindən törədilmişdir. Erməni millətçiləri mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.

Mart soyqırım təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir.

Hələ 1917-ci ilə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşevik Bakı Soveti Bakıda hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək istəyirdilər. Bu işdə erməni “Daşnaksutyun” partiyası da yaxından kömək edirdi. Beləliklə, 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların kütləvi qırğınına başladılar. Düşmənlər qocaya, qadına, hətta azyaşlı körpə uşaqlara da vəhşicəsinə qanlı divan tutdular, insanları süngüdən keçirərək diri- diri yandırdılar, evlərini dağıtdılar. Aprelin 3-dək minlərlə müsəlman əhali qətlə yetirildi.

Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi, ümumilikdə isə 30 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Milli memarlıq abidələrimiz, məktəblər, xəstəxanalar, məscidlər və digər binalar dağıdıldı. Bakının böyük bir hissəsi xarabalığa çevrildi, nadir memarlıq abidəmiz olan “İsmailiyyə” binası, Tağıyev teatrı, “Açıq söz” və “Kaspi” qəzetinin redaksiyaları yandırıldı, “Təzəpir” məscidi dağıdıldı. Bu qırğınlar təkcə Bakıda deyil, Qarabağda, Naxşıvanda, Göyçayda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda və Lənkəranda törədilmişdi. Mart hadisələri ilə bağlı məlumatların çoxu məhv olunduğu üçün yenidən araşdırılır. Son araşdırmalara görə təkcə Şamaxı şəhərində təqribən ermənilər tərəfindən 14-16 min nəfərin, onun 40 kənd və obasında 6-8 min nəfərin öldürüldüyü bildirilir, didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur. Quba qəzasında isə ümumilikdə 4 min nəfərdən artıq olduğu bildirilir. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750 ev yandırılmışdır.

2007-ci il aprelində Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi məzarlıq aşkarlanmışdı. Məzarlıqda 500-dək insan kəlləsi vardı, onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus idi. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımın qurbanı olduğu sübuta yetirildi. Araşdırmalar göstərir ki, ermənilər dinc əhaliyə divan tutarkən odlu silahdan istifadə etməyiblər, sümüklərdə güllə yeri yoxdur, buradakı soydaşlarımız başlarına küt alətlə, mismar vurmaqla qətlə yetirilmişdir, sonra isə quyulara doldurulub üzəri torpaqla örtülmüşdür.

Ermənilərin xalqımıza qarşı törətdiyi Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbayacanlıların soyqırımı” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş və 31 Mart “Azərbaycanlıların soyqırım günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.

31 Mart soyqırımı təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, bu soyqırım haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Xalqımızın başına gətirilən bu müsibətlər, faciələr dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə tədqiqatçılar tərəfindən qəti şəkildə araşdırılır, yeni faktlar üzə çıxarılır.

Məhz xalqımızın tarixi yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Prezident cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırım memorial kompleksi” yaradılmasına qərar vermiş və Soyqrımı memorial kompleksinin açılışı zamanı çıxış edərək demişdir:

“1918-ci il mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız faşizmin qurbanı olmuşdur...

Bakı soyqırımı, Quba soyqırımı, İkinci dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlə və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. Eyni zamanda, bolşevik-daşnak silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə Prezident cənab İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımınin 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Xalqımız ona qarşı törədilən bu cinayətləri heç vaxt unutmayacaq, daim güclü və mübariz xalq kimi yaşayacaqdır.


Zinyət Tağıyeva,
Binəqdi rayonu,
182 nömrəli tam orta məktəbin direktoru


Xəbər 1600 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +