Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


27.03.2022  20:10 

Pis və daha pis arasında seçim





A+  A-

Qarabağdakı son gərginliklə bağlı istər Qərb, istərsə də Rusiyadan verilmiş açıqlamalar sırf Azərbaycan maraqları baxımdan əlverişsiz idi.

Açıqlamalarda Azərbaycan tərəfi yerdəyişmələrdən çəkinməyə, ordunu əvvəlki mənzilllənmə-dislokasiya yerinə qaytarmağa çağırılırdı. Amma bu çağırışlar eyni məqsədə -Ermənistanı xilas etməyə yönəlsə də, onların mətnləri arasında fərq son günlərin mənasız, amma səngimək bilməyən “Rusiya-yoxsa Qərb” müzakirəsində də bəzi mətləblərə işıq tuta bilər.

Rusiyanın çağırışlarına baxaq. Martın 25-də Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbətində Dağlıq Qarabağda “Rusiya sülhməramlılarının məsuliyyəti zonasında” son günlərdə yaranmış vəziyyəti müzakirə edilir. Paşinyan Putinə tövsiyə edir ki, “Rusiya hərbçilərinin Azərbaycan əsgərlərindən Fərrux və Pirlər kəndləri ərazisindən öz ilkin mövqelərinə çəkilməsini tələb etmələri çox zəruridir”....

Rus mediası mövzunu inkişaf etdirir, Qarabağdakı separatçı rejimə istinadən Azərbaycan tərəfinin Bayraktar TB2 dronları ilə hücumu nəticəsində 3 erməni hərbi qulluqçunun həlak olduğunu, onların “Ermənistanın Dağlıq Qarabağın müdafiəsi üçün müqaviləli əsgərləri” olduqlarını yazır.



Ermənistan Milli Yığnağındakı hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü, yığnağın xarici əlaqələr komitəsinin sədri Eduard Ağacanyan bəyanat verir ki, Azərbaycanın irəliləyən hərbi qüvvələri Rusiya sülhməramlılarından arxa tərəfə keçiblər: “Azərbaycan qüvvələrinin martın 24-25-də Dağlıq Qarabağın şərqində nəzarətə götürdükləri ərazilər Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasıdır”.

Həmin gün Rusiya müdafiə naziri Sergey Şoyqunun təşəbbüsü ilə onunla azərbaycanlı həmkarı Zakir Həsənov arasında telefon danışığı baş tutur. Danışığın məzmunu dünən-martın 26-da Rusiya Müdafiə və Xarici İşlər nazirliklərinin bəyantlarından bəlli oldu: “Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub.... “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Furux (Fərux) yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib”.

Bu bəyanatların məzmunu, ifadə tərzi haqda artıq yetərincə deyilib. Əlavə ediləcək bir məqam qalır- bu mətn Qarabağda rus sülhməramlıların süngüsü ilə varlığını davam etdirən qondarma rejimin və erməni parlamentinin işlətdiyi termin, üslub, ifadə tərzinin kopyasıdır, sanki bir şəxs, ya bir qurum tərəfindən yazılıb. Ya Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri qondarma rejimin sözçüsü kimi çıxış edirlər, ya da edəcəkləri təhdidləri əvvəlcə qondarma rejimin diliylə səsləndirib, sonra “naxışını vururlar”. Üstəlik, bu bəyanatlar rus mediasının rəsmi Bakını hədəfə alan “yaylım atəşləri”, dünənəcən guya bizim lobbiçimiz sayılanların çoxbaşlı təhdidləri ilə müşayiət olunur.

Anlaşıldığı qədər Paşinyan 44 günlük savaş vaxtı olduğu kimi indi də telefon dəstəyindən ayrılmır, kömək üçün bütün paytaxtları dəng edir. Və müəyyən dəstək də alır. Amma.. ABŞ Dövlət Departlamentinin istər Azərbaycan, istərsə də Ermənistan tərəfləri ilə aprılmış danışıqlarına aid yayılmış mətnlərdə, bundan əvvəl ABŞ prezidenti Co Baydenin azərbaycanlı həmkarına Novruz təbrikində “Dağlıq Qarabağ” ifadəsi yoxdur, “Dağlıq Qarabağın silahlı birləşmələri” leqal hərbi qüvvə kimi təqdim edilmir, "Qarabağa qaz təchizatının kəsilməsi və Azərbaycan qüvvələrinin irəliləməsindən dərin narahatlıq bildirilir”. Və deyilir ki, "Ermənistan və Azərbaycan vəziyyətin təcili de-eskalasiyası üçün birbaşa əlaqə kanallarından istifadə etməlidirlər “ . Yəni tərəflər üçüncü tərəfin, konkret halda iştirakı olmadan birbaşa təmaslara dəvət edilir.

Bu, bizi qane edən çağırışdırmı? Xeyir. Bizi qane edən bəyanat rus sülməramlıların təxribatçı fəaliyyətinin qınanmasını, qondarma rejimin və Ermənistan rəhbərliyinin məsuliyyətsizliyinin, cinayətlərinin birbaşa ifşasını da ehtiva etməli idi. Lakin sonuncu açıqlamalar ən azı normal diplomatik etiketdən kənar deyil, elementar protokola əməl edilir. Lap bilmək istəsəz, indilər ifrat militaristləşmiş rus hakimiyyətinin dışladığı, Rusiyanın neoçernosotençilərinin və bizdəki rusofillərin cümlə xəyanətlərə bais saydığı Anatoli Çubaysın vaxtilə təbliğ etdiyi “liberal qlobal imperiya əxlaqı” çərçivəsindədir.

“Niyə Azərbaycan ictimai rəyində Rusiya onun kimi imperialist olan başqa qüvvələrə uduzur?” sualının bir izahı da son iki gün ərzində müşahidə etdiyimiz, bizim üçün həyati vacib məsələyə yanaşmalardakı bu qabarıq fərqdədir. Bu qədər kobud, köntöy işə kim rəğbət bəslərdi ki?

Cəmaləddin Quliyev

Xəbər 1717 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +