İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


09.03.2022  10:22 

Müharibəni Şoyqu UDACAQ, yoxsa müharibə onu “UDACAQ?”





A+  A-

Rusiya prezidenti Vladimir Putin ötən həftə ölkəsinin nüvə güclərini hazır vəziyyətə gətirdiyini elan edərkən, masanın digər tərəfində oturmuş və Putinin dediklərini başını yelləməklə təsdiqləyən müdafiə naziri Sergey Şoyqu daha çox diqqət cəlb edirdi.

Mülki şəxs olmasına baxmayaraq, 10 ildir Rusiya Silahlı Qüvvələrinə rəhbərlik edən Şoyqu Rusiya ordusunda dərin izlər buraxmağı bacarıb. Onun modernləşmə və peşəkarlıqla bağlı gördüyü işlər nəticəsində rus ordusu “effektiv döyüş maşını və xarici siyasət aləti” imicini qazanıb. Krım və Suriyadakı nəticələr Şoyqunu və Rusiya Silahlı Qüvvələrini Putinin rəhbərliyi altında Kremlin güc strukturunun mərkəzinə çevirib.

Qeyd edək ki, Putinin əvvəllər DTK-da çalışması səbəbindən hər zaman üstün tutduğu kəşfiyyat orqanları sanki son vaxtlar öz yerini orduya verirdi. Lakin Rusiya Silahlı Qüvvələrinin qısa müddətdə Ukraynanı ələ keçirə bilməməsi, Şoyqunun iddia etdiyi nəhəng hərbi qüvvə yanaşmasını alt-üst etdi. İndi aydın olur ki, Rusiya ordusunun maddi-texniki təchizatının zəifliyi, strategiyadakı səhvlər və qoşunların kifayət qədər döyüş hazırlığının olmaması işğalı qoruyub saxlamağın çətin olacağından, qələbə qazanılsa belə, yüksək bədəllər ödənəcəyindən xəbər verir.

Reyting.az-ın məlumatına görə, Rusiya ordusu ilə bağlı ekspertlərin fikirləri birmənalı deyil. Bəziləri iddia edir ki, Şoyqunun ən böyük səhvlərindən biri Putinin real olmayan planlarını dəstəkləməsidir. Məsələn, işğaldan əvvəl Ukrayna ordusunun üstün qüvvə ilə qarşılaşdıqda dərhal təslim olacağı və rus əsgərlərinin “Ukraynaya azadlıq gətirən qəhrəmanlar” kimi qarşılanacağına dair fərziyyələr Putinlə yanaşı Şoyqu tərəfindən də dəstəklənib.

ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində araşdırma və təhlil agentliyi olan CNA-nın Rusiya üzrə araşdırmalar direktoru Maykl Kofman deyir ki, Ukraynada istənilən nəticənin planlaşdırılan vaxtda əldə edilə bilməməsi Putindən başqa, xüsusilə bir nəfər üçün daha çox narahatlıq yaradacaq. Həmin şəxs müdafiə naziri Sergey Şoyqudur. Çünki fərziyyələri və bu cür əməliyyatı təsdiqləməklə Şoyqu Rusiya ordusunu fəlakətə sürükləyib.

Bildirilir ki, müharibənin nəticəsinin Şoyqunun karyerasına necə təsir edəcəyini proqnozlaşdırmaq hələlik çətindir. Onun işğala şübhəsiz dəstəyi Putinin Avropadakı məqsədlərinə sadiq olduğunu göstərsə də, əməliyyat uğursuz olacağı təqdirdə, Putin Şoyqunu “günah keçisi” edə bilər. “Hər şey müharibənin Putin üçün necə nəticələnəcəyindən asılıdır”, - Kofman deyib.

Rusiyanın Ukraynada uğur qazanıb-qazanmayacağından asılı olmayaraq, Şoyqunun Kiyev hökumətini bir neçə gün ərzində və minimal itkilərlə devirmək strategiyası artıq iflasa uğrayıb. Müharibənin 12-ci günündən sonra rus ordusu heç bir böyük şəhəri tuta bilməyib və çoxsaylı itki verib.

Qeyd edək ki, 66 yaşlı Şoyqu Rusiyanın ən məşhur məmurlarından biridir. İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alan Şoyqu karyerasına Sovet İttifaqı dövründə fövqəladə halların idarə edilməsinə cavabdeh olan təşkilatın rəhbəri kimi başlayıb. Uzun illər bütün ölkədə böhranların idarə olunmasında mühüm rol oynayan Şoyqu rus xalqının rəğbətini qazanıb və nəticədə müdafiə naziri postu ilə mükafatlandırılıb. Şoyqunun nazir olduğu dövrdə rus ordusu kifayət qədər zəif və ruhdan düşmüş vəziyyətdə olub. Şoyqunun cəhdləri bu strukturun daha müasir döyüş qüvvəsinə çevrilməsinə imkan verib. Medianın dəstəyi ilə ordunun nüfuzu yüksəlib, peşəkar hərbi xidmət seçən gənclərin sayında nəzərəçarpacaq artım olub. Hər il yaz aylarında paytaxt Moskvada ordunun yeni silah və texnikasının nümayiş etdirildiyi paradlar adət halını alıb. Amma indi Şoyqu müharibənin nəticəsinə uyğun olaraq “vurulacaq” məmurların siyahısında ön sıradadır.

Reyting.az

Xəbər 1192 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +