Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.03.2022  19:48 

Taleyə yazılan qəhrəmanlıq - Fotolar





A+  A-

Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin üzvləri Cəlilabad rayonun Sabirabad kəndində şəhid və qazi ailələri ilə görüşləri davam etdirir.

XəzərNews.az xəbər verir ki, bu günlərdə lahiyə rəhbəri, “DSD” İB-nin sədri, tanınmış şair – publisit Faiq Balabəyli və digər layihə iştirakçıları Vətən müharibəsində taleyinə qəhrəmanlıq yazılan, düşmənə layiqli cavab verən bir qrup qazi ilə görüşüb, onların sosial problemlərinin həlli istiqamətində atılan hər bir addım və ehtiyacları haqda fikir mübadiləsi aparıblar. Eyni zamanda kənd qəbirstanlığında Vətən mühribəsi zamanı şəhid olmuş oğullarımızın məzarları ziyarət olunub.

“DSD” İB-nin üzvləri Vətən mühribəsi zamanı şəhid olan, Xüsusi Təyinatlı qoşunun “Paşam” ləqəbli zabiti, baş leytenant Musa Əsgərovun doğulduğu evdə olubar. Musanın anadan olduğu evin bir guşəsində yaradılan xatirə guşə ziyarət olunub, şəhidimizin anası Sevda xanımla söhbət edilib, ananın igid oğlu haqda ürək parçalayan söhbətinə qulaq asıblar. Təki Vətən yaşasın, – deyən ana, qeyd edib ki, Musa uşaq vaxtlarından hərbi sahəni seçmişdi. Əvvəlcə C.Naxçıvanski adına hərbi liseyi, sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. Türkiyədə dəflərlə kurslarda olmuşdu.

Qeyd olunmuşdur ki, Musa və onun kiçik dəstəsi müharibənin ən dəhşətli vaxtlarında kəşfiyyata çıxdıqları bir gün ərzində düşmənin 5 postunu dağıdaraq, çoxlu canlı qüvvəsini məhv etmişdir. Döyüş tapşırıqlarını uğurla yerinə yetirib geri qayıdarkən, Musa minamyot atəşi ilə yaralanmış, özünə keyidici iynə vuraraq sona qədər döyüşmüş, çoxlu qan itkisindən şəhid olmuşdur. Təsadüfü deyil ki, Ali Baş Komandanın sərəncamı ilə igid zabitimiz “Azərbaycan bayrağı” ordeni, “İgidiyə görə” medalı ilə təltif olunub.

Kəndin digər şəhid olan XTQ-nun giziri Davud Yalçın oğlu Abbasovun da məzarı ziyarət olunub. Davudun atası Yalçın oğlu haqqında heç bir söz deyə bilmədi, qəhər onu boğdu. Oğlanlarımız dünyaya ona görə gəlib ki, Vətəni qorusun. Torpaqlarımız o zaman Vətən olur ki, onun uğrunda şəhid olanlarımız var.

Səfər çərçivəsində 44 günlük Zəfər Savaşının başlandığı gün şəhadətə yüksələn Sabirabad kəndinin Vətən müharibəsində ilk şəhidi Murad Nadir oğlu Babayevin məzarı da ziyarət olunb.

Şəkilin açıqlaması yoxdur.

Qeyd etdiyimiz kimi, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində Qarabağ uğrunda gedən döyüşlərdə onlarla övladı iştirak edən kənddə şəhid və qazi ailələri ilə silsilə görüşlərini keçirilməsi nəzərdə tutulub. Şəhid və qazi döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün “Onlar qəhrəmandırlar” adlı xatirə kitabı hazırlanıb, yaxın günlərdə nəşr olunacaq. Xatırlatmaq yerinə düşər ki, bu görüşlərin və eləcə də keçiriləcək tədbirlərin hər birinin ayrı-ayrılıqda KİV –də işıqlandırılaraq ictimailəşdirilməsi də Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşir.









Xəbər 1306 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +