Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.03.2022  10:21 

Müharibənin UKRAYNA üzü: Vəziyyət necədir? - Fotolar





A+  A-

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam etməkdə olan müharibəni Vətən Müharibəsi adlandırıb. O, bu barədə xalqa müraciətində bildirib: “Biz ukraynalılar üçün bu, Vətən Müharibəsidir. Bu cür müharibələrin necə başladığını xatırlayırıq. Və biz onların işğalçılar üçün necə bitdiyini bilirik. Hara getsələr, hər yerdə məhv olacaqlar. İşğalçılar ukraynalılardan cavab alacaqlar”.

* * *

Rusiya hərbçiləri Xerson şəhərinə nəzarəti ələ keçiriblər. Faktı şəhərin meri İqor Kolixayev təsdiqləyib.

Mer "Facebook" hesabındakı paylaşımında şəhərdə Ukrayna ordusunun qalmadığını bildirib.

Qeyd edək ki, Rusiya ötən gün Xerson şəhərinə nəzarəti götürdüyünü açıqlayıb.

Bu, müharibə başlayandan Rusiyanın ələ keçirdiyi ən böyük şəhərdir.

Qara dəniz sahilində yerləşən şəhərin 300 min sakinin olduğu bildirilir.



* * *

ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (SMM) əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.

Bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb.

“Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb”, - ATƏT-in bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşının həlak olduğunu bildirib.

"ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır", - deputat sosial şəbəkədəki hesabında yazıb.

* * *

Fevralın 24-dən martın 1-dək Ukraynada 227 mülki şəxs həlak olub. Bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının ofisinin məlumatında bildirilib.

Qeyd olunub ki, həlak olanlardan 15-i uşaqdır.

Müharibə zamanı daha 525 mülki şəxsin yaralandığı bildirilib.



* * *

“Cəmi yeddi gün ərzində 1 milyondan çox qaçqın Ukraynanı tərk edərək qonşu ölkələrə keçib”. Bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi “Twitter” hesabında paylaşım edib.

* * *

Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsi eşidilib. Ölkənin Daxili İşlər Nazirliyindən partlayışın dəmiryolu stansiyası yaxınlığında baş verdiyi bildirilib.

Bildirilib ki, ruslar tərəfindən şəhərin Cənub Stansiyası adlanan hissəsinə raket atılıb.
Hazırda şəhərdə həyəcan siqnalı səsləri eşidilir.

TRT-nin Kiyevdəki müxbiri bildirib ki, bu, indiyədək şəhərdə eşidilən ən güclü partlayış səsidir.



* * *

BMT Baş Assambleyası “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib.

Müvafiq qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib.

BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb.

Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya qarşı təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb.

Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.

Hazırladı:
Yusif Xəzər


Xəbər 1248 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +