Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


28.02.2022  11:34 

Ukraynada müharibə: Britaniyanın Rusiyaya dair strateji planları – TƏHLİL





A+  A-

Rusiya-Ukrayna müharibəsinin miqyası ikitərəfli döyüş çərçivəsindən çıxaraq praktiki olaraq qlobal miqyas müstəvisinə salınır.


NATO ölkələrinin Avropada mövqelərini möhkəmlətməsi, Qərbin Rusiyanın hədələrinə cavab olaraq sanksiyalar paketi və sair üçüncü dünya müharibəsi üçün toxumların səpilməsidir və ilkin fazada Rusiya ətrafında çevrələr daralır.

Hazırda münasibətlərdəki gərginliyi NATO-Rusiya, ABŞ-Rusiya qarşıdurması kontekstində izah edəndə belə, ortaya daha dərin qlobal strateji xətt çıxır.

Qərbdəki xəttin fikir atası isə Böyük Britaniyadır, hazırda Ukrayna mövzusunda da ən qətiyyətli mövqe məhz Londona məxsusdur.

Britaniyanın siyasi qüdrəti ilə yanaşı hərbi qüdrətə də malik olması Rusiyanı çəkindirir, amma görünür ki, Moskva da nələrəsə arxayındır.

Sırf hərbi yöndən müqayisəli kontentin ümumi mənzərəsində tərəflərdən biri hansısa bir üstünlüyə malikdir. Ancaq Britaniyanın böyük şahmat taxtasındakı hədəfləri daha uzaqlara gedir.

London Moskvanın beynəlxalq sistemdəki təsir gücünü zəiflətmək üçün əlini digər regionlara uzadır. Elə buna görədir ki, Britaniya özünün Ümumi Daxili Məhsulunun iki faizini müdafiəyə və nüvə silahını təkmilləşdirməyə xərcləyəcəyini elan edib və özünün müttəfiqlərinin müdafiəsi üçün kiber hücumlar da həyata keçirir.

London ümumi hədəfə yollanan marşrutda təhlükəsizliyini və müdafiəsini gücləndirmək üçün özünə bufer zonalar yaradır. Mümkündür ki, Britaniya Ukraynanın da bufer zona olmasına can atır və Avropanın təhlükəsizliyi üçün yeni sütunlar inşa etməyə çalışır.

Britaniya Rusiyadan fərqli olaraq diplomatiyada da üstün mövqelər qazanır və regionlarda yeni güc mərkəzinə çevrilən dövlətlərlə əməkdaşlığı dərinləşdirərək onları özünün müttəfiqi siyahısına daxil edir.

Görünən budur ki, London Rusiyadan gələn təhdidləri diplomatik missiya ilə zərərsizləşdirə bilmədiyindən müharibə ssenarisinə rəvac verən addımlara gedir.

Son günlər Rusiyanın internet blokadasında çabalaması da əsasən Britaniyanın başının altından çıxan reaksiyalardır.

Britaniyanın ən azından 2030-cu ilə qədərki hərbi-siyasi, qlobal təhlükəsizlik konsepsiyasında Rusiya birbaşa və kəskin təhdid olaraq dəyərləndirilir.

London bu təhdidə qarşı sipər yaratmaqdan ötrü müttəfiqləri ilə kollektiv təhlükəsizlik yükünü bölüşür. Yəni həm onlara dəstək verir, həm də bunun qarşılığında onlardan daha çox istəyir.

Britaniya Ukraynada elə strateji nəticə hasil olunmasını istəyir ki, Rusiya tükənsin və London digər coğrafiyada daha da aktiv fazada addımlarını atsın.

Söhbət ondan gedir ki, Britaniya Rusiyanın yaxşı münasibətdə olduğu Çini də hədəfə alır və Pekinin beynəlxalq səviyyədəki iddialarını dəf etməyi qarşısına məqsəd qoyur.

Çünki Çini hazırda qaza gətirən həm də onun Rusiya ilə müttəfiqliyidir. Britaniya isə bunu Hind-Sakit okean regionu və onun hüdudlarından kənarda özünün maraqları üçün artan risk kimi qiymətləndirir.

Dünyada hibrid müharibənin tərkib hissəsi olan yumşaq güc mənzərəsinin xarakteri belədir:

1. Demokratik cəmiyyətlər bunu getdikcə mədəniyyət vasitəsilə sistemli şəkildə həyata keçirir.

2. Rusiya və Çin kimi ölkələr isə proyeksiyaları hərbi gücə tutaraq bu sahəyə daha çox sərmayə qoyurlar.

Qısası, hazırda Britaniya-Rusiya rəqabətində poliqon rolunu Ukrayna oynayır və gələcəkdə oxlar başqa regionlara da yönələcək.

Rusiya-Ukrayna müharibəsində Kiyevə informasiya müharibəsində üstünlük qazandıran nəzəri tezislərin Londondan verildiyinə dair versiya da səsləndirə bilərik.

Çünki Britaniya ölkə daxilində və xaricində informasiya müstəvisində mübarizə səylərini artırır və beynəlxalq cəmiyyəti öz həqiqətlərinə davamlı inamı rəyini formalaşdırmağa çalışır.

Hələlik Qərb Rusiyanı sıxışdırıb, ən azından informasiya platformalarında qaynayan məlumatlar daha çox Rusiyanın əleyhinə yönəlib.

NƏTİCƏ:

1. Britaniya-Rusiya qarşıdurması davam edəcək.

2. Britaniya öz müttəfiqləri ilə əlaqələrini şaxələndirərək beynəlxalq əməkdaşlığı öz orbitinə çəkməkdə davam edəcək.

Aqşin Kərimov

Xəbər 1515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +