Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.02.2022  11:11 

“Nar“ Çağrı Mərkəzinə zəng etmiş abunəçilərə xidmət səviyyəsi necədir?





A+  A-

Müştəriyönümlü strategiyasına sadiq qalan "Nar" ötən il ərzində müxtəlif kanallar üzərindən abunəçilərinə üstün müştəri xidmətləri göstərib. 2021-ci ildə 777 Çağrı Mərkəzinə 2,3 milyondan çox sorğu daxil olub və orta hesabla, 5 saniyə ərzində abunəçilərə cavab verilib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə “Nar” Çağrı Mərkəzi 94%-lik çox yüksək göstəriciyə nail olub. Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib.

Müştəri məmnuniyyətininin artırılması məqsədi ilə mobil operator bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Mobil operator artıq 26 mağazasını tamamilə yeni konseptə uyğunlaşdırmaqla, ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edir. Şəxsin birbaşa iştirakının tələb olunduğu əməliyyatlar üçün yenilənmiş xidmət mərkəzlərində ötən il 150 mindən çox abunəçiyə xidmət göstərilib.

Müştəri xidmətlərini daha da əlverişli etmək üçün, Nar, ənənəvi müştəri xidməti vasitələrilə yanaşı, abunəçilərinə rəqəmsal platformalar üzərindən göstərilən müştəri xidmətlərini də təkmilləşdirir. Yeniləmələr sayəsində hesab üzərində əməliyyatları daha da asanlaşdıran “Nar+” tətbiqinə ziyarət sayı ötən illə müqayisədə 75% artıb. Qeyd edək ki, sosial mediada da aktiv olan mobil operator, rəsmi “Facebook”, “İnstagram” və "Twitter" səhifələri üzərindən abunəçilərinin sorğularını da cavablandırır. Ötən ilin göstəricilərinə əsasən təxminən 160 min Nar abunəçisinin sorğusu məhz sosial media səhifələri üzərindən həll edilib.

Xəbər 1325 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +