Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.02.2022  16:15 

Professor Misir Mərdanovu darmadağın etdi: 1,5 İL, YOXSA 15 İL?





A+  A-



Adam var üzündən quruluq, soyuqluq, hətta zəhər yağır, amma vəzifədə dövlətin və xalqın bir manatını yeməz, yəni mənən dürüstdür, vicdanlıdır. Adam da var ki, sadə, mübtəsim, qılıqlı və xoşagələndir, digəl ki, dövləti və xalqı talayır, rüşvətə hopstop oynadır.

Hələ istəsən, cibindən çıxarıb sənə pul da verir, zarafat edib könlünü də alır, yəni işbazdır. Saf və ya məsələni bilib üzə vurmayan, vicdanı ağrımayan nadan şəxslər qılığa girməyi bacaran bu zərərli şəxsi tərif və təqdir edərək cəlbedici yaldan ötrü öz gələcəklərini və millətin gələcəyini məhv etməyin fərqində ola bilmirlər... Deməli, insanı görünüşünə görə yox, əməllərinə görə qiymətləndirməliyik. Xoşbəxt xalq olmaq istəyiriksə, cibgir və büdcəgirlərin "yaxşılıqları"nı təpələrinə çırpmağı bacarmalı, dürüst və vicdanlılara arxa durmalıyıq. Nə isə, keçək mətləbə.

Təhsilimizi acınacaqlı duruma salan, müəllimlərimizi rüşvətə, alverə, pis vərdişlərə: şagirdlərimizi ədəbsizliyə öyrəşdirən şəxs, sən demə, hələ Təhsil naziri olmasının 2 ili tamam olmayan (1,5 il) Emin Əmrullayev imiş. Çox gülməli hipotezadır, deyilmi?!

Ay həzəra, təhsilimizi Skandinaviya ölkələrinin təhsil səviyyəsinə "yaxınlaşdıran" Misir Mərdanovun 15 ildə "qurub-yaratdığını" bu E.Əmrullayev bir ilin içində heçə endiribmiş. Vay dədəm, vay!

Vallah, mətbuata, sosial şəbəkələrə baxırsan, sabiq nazir Misir Məradnovun şəninə təriflər deyilir. Dövlətin dayaqlarının çökdürülməsi və xalqın zəlil günə salınması bahaslna onun etdiyi "yaxşılıqlar"ın dadı damaqlarından getməyən məddah nəssablar sabiq naziri və hazırkı yarım-akademiki müdriklikdə az qala Nizami Gəncəvinin fövqünə qaldırırlar. Nə qədər şirəyə aludədir bu soyadı şirə məddahlar: "Yenə o təhsil bağı olaydı, Meyvələri dərəydik, aramızda böləydik!"

Dövlətin verdiyi vəzifə və səlahiyyətlərdən sui-istifadə edib milyonları talayan, nəsil-nəcabətini mülkləndirən, özünə sədaqətli şəbəkə yaradan, qılığa girən, hamam suyu ilə dost tutan, "qarışqanın belini ağrıtmadan anasını ağlatmağı" bacaran, at özgənin (oxu: dövlətin), yəhər özgənin, vicdan, ədalət və mərhəmət hissini bir kənara ataraq minib çapan ziyanlı varlıqlar haçan zərərsizləşdiriləcək?!

Çapdıqca kisəsi qanlı pullarla, var-dövlətlə, həndəvəri hələ uzun müddət "Misir təhsil deyəcək, təhsil Misir söyləyəcək!" ənaşidini oxuyan dost-aşna ilə dolu olacaq!

Sanki təhsilimizin mütəşəkkil surətdə it gününə salınmasında, təhsil məmurlarının korrupsiya və rüşvət burulğanında boğulmasında, olub-qalan intellektini özünə sərvət yığmaqla inteqrasiya etdirmiş, qara yollarla varlanmış təhsil boslarının dövlətə və xalqa meydan oxumasında 15 il nazir olmuş M.Mərdanovun heç bir suçu yoxdur. Az yox, azacıq yox, düz 15 il! İndi bir az dərinə getsən, qayıdıb deyəcək ki, hamısını Ramiz Mehdiyev edib! Adamda doğruluq, vicdan, ədalət yaxşı şeydir.

İndi gələk, "təhsilimizi pis günə qoyan" Emin Əmrullayevə.

Gəncdir, savadlıdır, bacarıqlıdır və s. M.Mərdanovun üslubuna və davranışlarına alışanlara onun təmizliyi qəribə gələ bilər.

Gənc nazirin ən yüksək və şəxsən təqdir etdiyim əsas keyfiyyəti rüşvətdən, qohumbazlıqdan, yerlibazılıqdan uzaq olması, dövlət əmlakına göz dikməməsi, qanlı mülklərin, şirkətlərin sahibinə çevrilməməsi və ölkəni altdan-altdan dağıdan məsləkdaşlarının olmamasıdır.

Rüşvətxor-mürtəce qüvvələri qıcıqlandıran da məhz onun bu keyfiyyətləridir: "O niyə təmiz olmalıdır?!".
İndi rüşvətdən uzaq bir nazirin nazirlik aparatından tutmuş məktəblərə qədər uzun illər rüşvətə dadandırılmış nəhəng bir kontingentə rəhbərlik etməsini təsəvvür edin!

Önəmli olan odur ki, Emin Əmrullayevə təhvil verilən bərbad auditoriyanın müəllifləri cəzalandırılmır, hətta onlara özlərini mələk donunda təqdim etmək imkanı yaradılır. Ən böyük faciəmiz də elə buradan başlayır.

Təhsil canilərinin cəzasız buraxılması çox pis presedent yaradır, hüquq dövlətinin və rifah cəmiyyətinin qurulmasını ağıllardan silir.

Təhsili bərbad vəziyyətə salınmış xalq günü-gündən gerilədikcə, millətin və dövlətin gələcəyini oğurlamış nazirlər, müavinlər, aparat rəhbərləri, şöbə müdirləri rektor, prorektor, dekan, kafedra müdiri, direktor, müavin, akademik, yarım-akadaemik və s. kimi digər vəzifələri tutaraq vaxtilə çaldıqları, indi isə üstünü düzəltdikləri milyonlar dənizində üzür, eyş-işrət çəkir, reklam olunmaları üçün haram pullardan xərcləyir, keçmişdə törətdikləri cinayətlərdən sağ-salamt qurtardıqılarını xatırlayıb xoşhallanır, rüşvət almayan gənc məmurlara rişxənd edir, xalqın qanını içmək ənənəsini öz nəvə-nəticələrinə ötürürlər.

PS. 1985-1986-cı ildə orta məktəbin 10-cu sinfində bizə "İctimaiyyət" adlı fənn tədris olunurdu. O kitabdan yadımda qalıb ki, dialektikanın qanunlarından biri də inkarı inkar qanunudur. Yeni nazirlər dialektikanın bu qanununa əməl etmədikcə nə özləri, nə də ölkə bir addım irəli getməyəcək. Bu zaman millətin anasını ağladanlar, təhsilini puç edənlər inkar edilmədiklərini, qanunsuz əməllərinin ifşa olunmadığını və cəzalanıb sıradan çıxarılmadıqlarını görüb daha da kökləşəcək, şəbəkələşəcək, cəmiyyətdə illər uzunu yaratdıqları şəbəkənin gücündən faydalanıb yeni kadrların səmərəli işləməsinə qulp qoyacaq, ən müxtəlif yollarla onların işinə mane olacaqlar. Təəssüf ki, qana susamış bu anti-intellektual dəstəyə batmaq asan olmayacaq!

İdris Abbasov
Professor

Xəbər 1355 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +