Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.02.2022  16:36 

Yeni icra başçıları Eldar Əzizovun kadrıdır





A+  A-

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlarla Bakı şəhərinin Nərimanov və Nizami rayonlarına yeni icra başçıları təyin edilib.

Elgin Şirin oğlu Həbibullayev Nərimanov, Coşqun Adil oğlu Cəbrayılov isə Nizami rayonunun rəhbərliyinə gətirilib.

Yeni icra başçılarının hər ikisi Bakı şəhərinin meri Eldar Əzizovun kadrı sayılır.

Belə ki, Elgin Həbibullayev Eldar Əzizov hələ Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi dövrdə (2003-2011-ci illərdə) onun köməkçisi olub.



Eldar Əzizov 2011-ci ildə Sumqayıta icra başçısı təyin olunanda E.Həbibullayevi də özü ilə gətirib. Onu əvvəlcə yenidən köməkçi, sonra isə müavin vəzifəsində təyin edib.

2015-ci ilin noyabrında Sumqayıt şəhəri İcra Hakimiyyətinin yeni başçısı Zakir Fərəcov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, icra başçısının müavini Elgin Həbibullayevi tutduğu vəzifədən azad edib.

Amma E.Həbibullayev işsiz qalmayıb, əksinə daha böyük vəzifəyə irəli çəkilib. 2018-ci ilin oktyabrında Eldar Əzizov köhnə kadrını öz yanına gətirib - Elgin Həbibullayevi Bakı Şəhər İcra Hakimiyyətində Aparat müdiri təyin edib.

Yeni təyin olunan Coşqun Cəbrayılov isə Nizami rayonu İcra Hakimiyyətinə başçı gələnə kimi Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.



Coşqun Cəbrayılov əvvəllər də Eldar Əzizovla işləyib. Belə ki, o, Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətində başçı işləyərkən onun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edib.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının (Eldar Əzizovun) köməkçisi vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrında Eldar Əzizov onu Bakı meriyasının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin etmişdi.

Qeyd edək ki, Eldar Əzizov 20 ildir icra başçısı vəzifəsində işləyir. Belə ki, o, 2000-ci lin iyun ayında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub.

2015-ci ilin sentyabr ayında isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub./Bakupost.az

Xəbər 1350 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +