Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


17.02.2022  12:06 

“Buster” doza ilə peyvəndlənməyi tövsiyə edirəm” - Genetik





A+  A-

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov nazirliyin sosial şəbəkələrdəki hesablarına COVID-19 testləri ilə bağlı gələn sualları cavablandırıb.

XəzərNews.az cavabları olduğu kimi təqdim edir:

- Ekspress testlərlə PZR-testlər arasındakı fərq nədir?


- Ekspress və ya “rapid testlər” PZR testlərdən fərqli olaraq əsasən qandan edilir. Bu zaman qanda araşdırılan virusa yoluxub-yoluxmamağı və ya nə zamansa yoluxmanın olduğunu təyin edən, qanda mövcud olan (və ya nə zamansa mövcud olmuş) anticisimlər kömək olur.

- Bəs anticisimlər nədir?


- Anticisimlər (antigenlər), orqanizmə xarici mühitdən düşmüş istənilən yan cismə qarşı (bakteriya, virus, göbələk və s.) zamanla bədəndə yaranan “tanıdıcı” hissəciklərdir. Bu hissəciklər həmin “yad cisimləri” məhv edən immun sisteminin qoruyucu reaksiyalarından sonra yaranır və uzun müddət (bəzən isə ömürlük) “yaddaş-müdafiə” hissəcikləri kimi orqanizmdə qalmaqda davam edir. COVID-19 virusuna qarşı məhz həmin anticisimlər orqanizmdə maksimum 6 aya qədər qala bilir, sonra isə immun sistemi həmin virusları unutduğundan, orqanizm müdafiəsiz qalır. Anticisimlər ən azı iki həftədən sonra qanda aşkar edildiyindən, COVID-19 virusu tez aşkar etmək üçün bu optimal üsul hesab edilmir.

PZR isə eskpress testlərdən fərqli olaraq istənilən bioloji materialdan həyata keçirilə bilər. Bu zaman PZR test virusun genetik materialını tanıyır və ona görə də ən tez yoluxma zamanında belə ona qarşı həssaslıq göstərir. Bunun üçün virusun az miqdarı belə kifayət edir. PZR reaksiyası nəticəsində virusun genetik materialı dəfələrlə polimeraz reaksiyası sayəsində çoxalır və test onu asanlıqla görə bilir. Buna görə də PZR testi ən həssas metod hesab edilir.

- Son zamanlar COVID testlərinin nəticələrində gecikmələr müşahidə olunur. Bilmək istərdik ki, testlərinin cavabı niyə gecikir?

- Müraciət edən hər bir şəxsin nümunəsi PZR üsulu ilə işləmək üçün bir neçə mərhələdən keçir. İlk öncə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir. Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Əks halda az sayda nümunənin qoyulması zaman itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır. Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur. Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir.

- Koronavirusun “Omicron” və ya digər ştammları necə müəyyən olunur?

- İstənilən bir virusun PZR üsulu ilə təyini mümkün olunana qədər, virusun genetik identifikasiyası, yəni təyini (DNT və ya RNT materialı hansı ardıcıllığa malik olması) həyata keçirilir. Onların identifikasiyalarını hal-hazırda müasir aparatlar (sekvenatorlar) həyata keçirir. Həmin identifikasiya mərhələsinə sekvenasiya deyilir. Məhz sekvenasiya mərhələsindən sonra biz virusun hansı aminturşu ardıcıllığından ibarət olduğu müəyyən edilir. Eyni zamanda, onun əsas “daşıyıcı” hissəsini PZR reaksiyalarında “təyinedici praymerlər” kimi istifadə edirik.

Bildiyiniz kimi, dünyada koronavirusun yayılması artmaqdadır ki, bu da virus mutasiyaları ilə bağlıdır. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Koronavirus infeksiyasının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu, elmi araşdırmalarla sübut olunmuş faktdır. Ona görə də vətəndaşları sürətlə yayılan yeni ştamnan qorunmaq məqsədilə ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra “buster” doza ilə peyvəndlənməyi tövsiyə edirəm.



Xəbər 3794 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +