Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.02.2022  11:01 

“Yüz milyonlarla oğurluğa niyə üsyan etmirdi...” - Deputat Rövnəq Abdullayevi sərt tənqid etdi





A+  A-

“Rövnəq Abdullayevin adını çəkib tənqid etməyimin səbəbləri var. Məndən çox soruşurlar ki, kişidən nə istəyirsən? Zəng etmişdim, saya salıb cavab verməmişdi. Parlamentdə sərt tənqid etdim, sonra telefonumu götürdü”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev çıxış edib.

“Xahişim bu oldu ki, hərbi qospitalda işləyən bir nəfər bizə çox yardımçı olur, onun köməkliyi ilə nə qədər əsgərə, yaralıya, valideynə kömək etmişik. Bu şəxs müharibə başlayandan bizim yaralılarla bağlı xahişlərin, bir də vəzifə borcunun xidmətində dayanıb. Onun qardaşını işdən çıxarmaq və ya başqa yerə keçirmək istəyirlər. İki bal az toplayıb, yola verin, başqa işə keçirin, amma əmək haqqı azalmasın, çətin vəziyyətdə yaşayırlar. Sadə bir fəhlənin xahişini etmişdim. Dedi ki, yox, biz qanunsuz iş görə bilmərik. Savadı yoxdur ki, bal toplamayıb, saxlamaq olmaz. O biri fəhlələr üsyan edər. Yüz milyonlarla oğurluğa niyə üsyan etmirdi o fəhlələr? Siz haradan oliqarx oldunuz?
3 dəfə də məktub yazıb xahiş etmişəm. Xahiş etdiyim adamların biri kasıb, ağır bir vəziyyətdə yaşayan, üzərində böyük ailə məsuliyyəti olan kimsəsiz biri, qalan ikisi isə səhv etmirəmsə 44 günlük müharibədən yaralanıb qayıdan iki müharibə iştirakçısı. Bunlardan başqa xahişim olmayıb. Hamısına şablon və “yox” cavabı” - deyə deputat bildirib.



O qeyd edib ki, Rövnəq müəllim axı özü də deputat olub:

“Deputat gərək ona gələn ərizilərdən, xahişlərdən heç olmazsa, müəyyən qismini həll edə bilsin ki, seçicisinin üzünə çıxa bilsin. Məgər mənim zavodum var, fabrikim var, yoxsa firmalar sahibiyəm? Bəs mən neyləyim? Deputatın xahişi (hərçənd ki, niyə xahiş etməliyəm ki? Sadəcə, ölkəmizin reallığını nəzərə alıb xahiş edirəm) yerinə yetiirilmirsə, o necə işləsin?

Axı Rövnəq müəllim də deputat olub. Belə görünür ki, o deputat olanda şikayətçi qəbul etməyib, maraqlanmayıb. Başı ağrımasın deyə, çapıb-taladığı pullardan qəpik-quruş paylamaqla yola verib. Parlamentdə də özünü çox lovğa və əlçatmaz aparıb. Bunları mənə danışırlar. Axı hər kəs bilməsə də çoxları bilir ki, vəzifədən öncə necə yaşamısınız və nə işlə məşğul olmusunuz. Ağac bar verdikcə başını aşağı əyər.

Iki balın söhbətini aparırsınız və bu qiymət ballarını da kasıb-kusubun başında oynadırsınız. Guya ki, özünüz bal toplayıb vəzifəyə sahib olmusunuz? Imtahan verin, görün özünüz o imtahandan keçə bilərsiniz? Vəzifəyə adamlar, zavodlara müdirlər, direktorlar təyin etmisiniz, onlardan imtahan götürmüsünüz? Bəli götürmüsünüz imtahan, amma o imtahanda sizinlə o şəxsdən başqa heç kim olmayıb. Sualları özünüz tərtib edib, özünüz də cavab vermisiniz, o da başını yelləyib ki, razıyam. O zavod direktorlarının, müdirlərinin də keçmişi əlimin altındadır, koks, mazut və digər yan məhsullarla bağlı təfsilatlı informasiyaya da malikəm. Amma, yazmıram, çünki, o qədər yazılıb, paylaşılıb ki... Bir də ki, mənim mübarizəm ayrı-ayrı şəxslərlə deyil. Demək istədiyim budur ki, sizdən bir neçə adla bağlı cavab tələb edəcəklər onsuz da, sizdən soruşacaqlar ki, onlar hansı imtandan və necə keçiblər?

Qanunçuluq və vəzifəyə sadiqlik baxımından sərt biri olsam da, mən özümü Avropadan, Amerikdan gələn saymıram. Bu ölkədə yaşayırıq, yazılan və yazılmayan qanunlardan da xəbərdarıq. Həyatda çox şeyi bağışlamaq olar. Hörmətsizliyi, sayqısızlığı, yalançılığı və dikbaşlığı isə heç vaxt. Bir də xalqa arxa çevirəni bağışlamaq olmaz. Olmaz və olmaz!”

Xəbər 1245 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +