Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


12.02.2022  10:48 

Mehdiyev hansı sirləri aça bilər? - Qorxutma taktikası...





A+  A-

AMEA prezidenti Ramiz Mehdiyev yenidən ölkənin ən çox müzakirə olunan personasına çevrilib. Son iki ildə qısa fasilələrlə sükutu pozmağa adətkərda olmuş qocaman akademik verdiyi bəyanatlarla bu dəfə siiyasi müzakirələrin episentrinə düşüb.

Dövlət işində çalışdığı üçün heç vaxt siyasi fəaliyyətlə məşğul olmayan 83 yaşlı AMEA rəhbəri gənc siyasətçilərə xas olan diletant açıqlamaları ilə ictimai maraq kəsb edən bütün hadisələri arxa plana keçirməyi bacarıb.

Yenisabah.az xatırladır ki, iki gün əvvəl taqətdən düşmüş titrək barmaqlarını havaya qaldıran sabiq PA rəhbəri radikal müxalifət təmsilçiləri üçün xarakterik olan leksikonla danışmaqla əleydarlarına müəyyən mesajlar verməyə çalışdı. Ramiz Mehdiyevin son bəyanatından təkcə onu "vurmaq" üçün pusquda dayanan rəqibləri deyil, Milli Məclisin bəzi deputatları da öz "nəsibini" aldı. O, "saxta deputat", "cib müxalifəti", "Milli Məclisin trolu" kimi ifadələr işlətməklə təkcə tənqidçilərini deyil, həm də onu tənqid etmək üçün növbə, yaxud işarə gözləyən adamlara da xəbərdarlıq etmiş oldu.

Mehdiyevin havaya qalxan qoca və titrək barmaqları kimi, yaxud kimləri qorxuda bilər? Uzun illər yüksək vəzifə tutduğunu və hələ də Təhlükəsizlik Şurasının üzvü olduğunu xatırladan Mehdiyev hansı sirləri aça bilər? Onun əlində öz rəqiblərini qorxutmaq üçün yetərincə kompromat varmı?

Hakimiyyətin mətbəxinə yaxından bələd olan mənbə bizimlə söhbət zamanı AMEA prezidentinin ənənəvi "qorxutma" taktikasından istifadə etdiyini bildirib. Onun sözlərinə görə, Mehdiyev rəqiblərini susdurmaq üçün heç bir sirrə və kompromata sahib deyil. Mənbə deyib ki, Mehdiyevin əlində özünü qorumaq üçün hər hansı təssirli vasitə olsaydı, kürəkəni həbs ediləndə onu işə salardı. "Xüsusilə son iki ildə müxtəlif cinahlardan "vurulan", baş verən hadisələrin fonunda sürətlə nüfuzdan düşən, əvvəlki əzəmətini tamamilə itirən Ramiz Mehdiyev bütüün bunları əlacsız qaldığı üçün qəbul edib. Onun əlində hər hansı "silah" olsaydı, çoxdan atəş açardı", - deyə məlumatlı şəxs bildirib.

Mənbə bildiirb ki, qoca akademik hazırda siyasi demoqogiya ilə məşğuldur. Onun sözlərinə görə, Mehdiyevin məlum bəyanatında yer alan iddialar ictimaiyyətə çoxdan məlumdur və heç bir siyasi əhəmiyyət kəsb etmir. Müsahibimizin fikrincə, 2020-ci ildə keçiirlən sonuncu parlament seçkilərinin təşkilindən Ramiz Mehdiyevin ümumiyyətlə xəbəri olmayıb. Çünki həmin vaxt o, Prezident Administrasiyasından uzaqlaşdırılmışdı və ölkənin taleyilə bağlı siyasi qərarların qəbulunda iştirak etmirdi.

Həmsöhbətimiz Ramiz Mehdiyevlə bağlı başqa bir maraqlı məqamı da açıqlayıb. Qeyd edib ki, o, 23 oktyabr 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsə də, əslində, hakimiyyətdaxili qərarların qəbulundan 4-5 il əvvəl uzaqlaşdırılmışdı. Xüsusilə 2014-2015-ci illərdən sonra onun PA-dakı vəzifəsi simvolik xarakter daşıyıb. Ölkə rəhbərliyi qocaman akademikin bir gün könüllü şəkildə gedəcəyini düşünərək uzun müddət səbr edib. Amma o, heç bir halda vəzifəsindən əl çəkmək istəmədiyi üçün barəsində məlum sərəncam imzalanıb.

Sonda müşahidələrimizə əsaslanaarq deyə bilərik ki, ölkənin siyasi mühitində "dişsiz" kimi tanınan adamlar da bu gün Ramiz Mehdiyevə diş qıcıyırsa, deməli, onun əlində rəqiblərini susdurmaq üçün heç bir silah yoxdur. Əgər varsa belə o silah çoxdan pas tutub...

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +