Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.02.2022  18:01 

MEHDIYEV QIĞILCIMI: YANĞINA ÇEVRILMƏMIŞ SÖNDÜRÜLMƏLIDIR





A+  A-

Prezident Administrasiyasının eks rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev ətrafında qalmaqal səngimək bilmir. Elm adamlarının və siyasi xadimlərin ittihamlarının ardınca AMEA adından yayılan cavab gərginliyi bir qədər də artırdı. Baş verənlərlə bağlı Millət Vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının fikirlərini öyrəndik.

- Sabir bəy, Ramiz Mehdiyevin AMEA rəhbərliyindən getməsi ilə bağlı qalmaqal niyə səngimir?

- Mən Ramiz Mehdiyevin AMEA prezidenti kimi fəaliyyətinə etirazların, ondan narazılıqların bir çoxu ilə tanışam. Hər şeydən öncə onu bildirim ki, Azərbaycanda elmşünaslığa baxışın dəyişilməsi bu gün hər zamandan daha aktualdır. Azərbaycan Zəfər Savaşı ilə ərazi bütövlüyünü bərpa edərək regionun lider dövlətinə çevrilib və bu liderliyin bir dayağı da elmi-texnoloji tərəqqi olmalıdır. Yəni Azərbaycan elmində texniki və dəqiq elmlər üzrə ciddi ixtiralara ehtiyac var. Bu dövlətçiliyimiz üçün günün tələbidir. Bütün bunlar Elmlər Akademiyasının yeni, müasir dünya elmşünaslığının tələblərini anlayan şəxslər tərəfindən idarə olunmasını zəruri edir.



- Ramiz Mehdiyev AMEA rəhbərliyindən getsin deyənlər çoxdur, amma adam postunda oturub və burdan tərpənmək fikri də yoxdur…

- Bilirsiz biz bəzən arzu, istəklərimizin reallaşması üçün sözdən o yana addım atmırıq. Akademiya sıradan bir qurum deyil. Milli Azadlıq Hərəkatında Akademiya imperiyaya gücünü göstərmiş bir qüvvədir. Elmin, alimin qarşısında ən cahanşümül hökmüdarlar belə aciz qalıblar. İndi bizim hörmətli alimlər mətbuata ardıcıl açıqlama verməkdənsə Akademiyanın Rəyasət Heyətinin iclasını çağırıb mövqelərini bildirə bilərlər və ölkədə əlavə qalmaqal yaranmaz. Bir də ki, Ramiz Mehdiyev haqqında o adamlar danışmalıdır ki, onun yanında üzükölgəli deyillər.

- Belə görünür, Ramiz Mehdiyev daha iradəli və cəsarətlidir ki, bir neçə millət vəkilini və alimləri hədəf alan cavab yayımlayır?

- Baxın, bunu Mehdiyev öz adı və imzası ilə etmir. Mətn AMEA-nın mətbuat xidməti adından yayılıb. Bu nə deməkdir? Nə vaxtdan bəri Akademiyanın mətbuat xidməti siyasi məsələlərə qarışır, Milli Məclisi, partiyaları təftiş edir? Belə çıxır ki, doğurdan da Akademiyada ayrıca bir siyasi muxtar güc formalaşdırılıb və ordan dövlətlə hədə, şantaj dilində danışılır. Ramiz Mehdiyev Adminstrasiya rəhbəri olarkən ona qarşı mövqeyimi açıq bildirmişəm. Amma məsələ artıq şəxsə və şəxslərə münasibət həddini aşıb. Baxın, açıqlamada "cib müxalifəti”, "avtobus müxalifəti” ifadələri işlədilir. Bu ifadələrin altında başqa mesajlar durur. Axırıncı parlament seçkilərindən sonra başlayan və Vətən Müharibəsi dönəmində güclənən siyasi birlik, vətəndaş həmrəyliyi, görünür, kimlərisə narahat edir və Mehdiyev bu narahatçılığın icraçısı kimi iqtidar-müxalifət münasibətlərinin pozulmasına töhvə vermək niyyətindədir. Fikrimcə, bu təhlükəli tendensiya dərhal dayandırılmalı, gələcək yanğın qığılcım halında söndürülməlidir./BakusPost


Xəbər 1139 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +