Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.02.2022  09:27 

Ramil Usubovun oğlu 50 min cərimələndi, sonra...





A+  A-

Keçmiş daxili işlər naziri general-polkovnik Ramil Usubovun oğlu, Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinin rəisi polkovnik Raul Usubova məxsus istixana kompleksində külli miqdarda qaz borcu yaranıb.

XəzərNews.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, “Azəriqaz” tərəfindən Novxanıda yerləşən istixanada yoxlama aparılıb. Məlum olub ki, 1,48 hektarlıq ərazidə yerləşən və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün qurulan kompleks 61 min manata yaxın qaz sərfiyyatı edib.

Usubovlar məbləğin 11 min manata yaxın hissəsini ödəsə də, yerdə qalan məbləği ödəməkdən imtina ediblər.

Buna görə də “Azəriqaz” onlara qarşı məhkəmə iddiası qaldırıb və istixanaya qaz verilməsi dayandırılıb. Eyni zamanda Raul Usubov da məhkəmədə əks-iddia qaldıraraq borcun əsassız yerə yazıldığını qeyd edib.

“Azəriqaz”ın nümayəndəsi bildirib ki, laboratoriya yoxlaması zamanı sayğacda nasazlıq aşkarlanıb və itirilmiş qazın dəyəri 50 min manat hesablanıb. Bu borc sayğaca müdaxilə kimi deyil, itirilmiş qazın dəyəri əvəzinə hesablanıb.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim bu qənaətə gəlib ki, “Azəriqaz” qanunvericiliyin tələblərini pozmaqla ərazidə yoxlama aparıb və istixananın sayğacını xəbərdarlıq etmədən dəyişdirib. Hakim hesab edib ki, “Azəriqaz”ın apardığı yoxlama qanunsuzdur.

Məhkəmə Raul Usubovun iddiasını təmin edib və “Azəriqaz” tərəfindən yazılmış 50 min manatlıq borcun silinməsi barədə qərar çıxarıb.

Həmçinin, qərarda göstərilib ki, Raul Usubovun məhkəmə iddiası üçün ödədiyi 30 manat rüsum da “Azəriqaz”dan tutularaq ona qaytarılsın.

Qeyd edək ki, sözügedən ərazidə Usubovların yaşayış villası da yerləşir.

Xəbər 1199 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +