Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.02.2022  20:35 

Bu hadisə qudurmuş məmur və deputatlara dərs olacaq!





A+  A-


Cavanşir Feyziyev Azərbaycanın 18 tanınmış jurnalistini təhqir etdi.

Onlardan biri olan Eynulla Fətullayev yazır: ``Deputat Eldəniz Səlimov bir polisi təhqir etdi və həbs edildi. Deputat Cavanşir Feyziyev 18 jurnalisti təhqir edib. Yəni bu məmləkətdə bizim polis çavuşu qədər də hörmətimiz olmadı?!!! Yoxdursa, deyin bilək!``...

Haqlı və doğru mövqe, doğru sorğudur.

Lakin mən bir məsələdə əminəm - bu məsələdə Dövlət, Prezident jurnalistlərin yanında olacaq! Cavanşir Feyziyev bu yaramaz əməlinə görə cəzalandırılacaq.

Bizə öz içimizdən xəyanət edənlərəsə özümüz lazım olan cəzanı verəcəyik. Onları iqnor etməklə, aramıza buraxmamaqla, dışlamaqla. Manatın oğlusansa, Medianın oğlu ola bilməzsən!

Bizim üçün narahat olan, gün ərzində bir neçə dəfə zəng edib, bu vəziyyətdə olan mediamıza dəstək verən yüksək dövlət rəhbərliyinə təşəkkür edirəm! Biz öz jurnalistlərimizi əzdirmərik və sahibsiz buraxmarıq deyən rəhbərlikdəki vicdanlı dostlarımız var olsunlar.

Mediamızın möhtəşəm simaları- redaktorlara təşəkkür edirəm! Bizim və özlərinin haqları, heysiyyat və şərəfləri üçün şir kimi döyüşən və Cavanşirkimilərin ağzını cıran, onun yazdığı böhtan və təhqirləri usta qələmlə ictimaiyyətə çatdırıb, ölkənin bir saylı hadisəsi statusuna yüksəldən Eynulla Fətullayevə, Əvəz Zeynallıya, Xalid Kazımlıya, Sevinc Telmanqızına, Ləman Ələşrəfqızına, Zaur Qəriboğluna, Bahəddin Həziyevə, Ələsgər Məmmədliyə, Elxan Şükürlükə, Elçin Zahiroğluna, Elnur Məhərrəmliyə, Samir Feyruzova, ictimai-siyasi xadimlərdən Pənah Hüseynə, Tural Abbaslıya, Şahin Nəcəfova, Arzuman Abdulkərimova, yanımızda olan, mövqe bildirən hər kəsə minnətdaram.

Gün ərzində onlarla telefon zəngi, mesajlar almışam. Dediyim kimi, dövlət yetkililərindən, siyasi xadimlərdən, redaktor həmkarlarımdan. Onlara da səmimi, içdəngələn şükran və minnədarlıqlarımı çatdırıram.

Mübarizəmiz, heysiyyat və şərəfimizi qorumağımız istiqamətində mücadiləmiz davam edəcək.

Sabah Yeni Müsavat Media Qrupunda bir toplantımız var. Orada da müraciət və fəaliyyət proqramı qəbul ediləcək. Çox şükür, tək deyilik, Dövlət Baba da, onu yönəldənlər də haqlının - jurnalistlərin yanındadır.

Bu hadisə Cavanşir Feyziyev kimi harın, qudurmuş və qafil insanlara, məmur və deputatlara dərs olacaq!

Bütün jurnalistləri cibinizdə daşıdığınız sayt rəhbərləri kimi bilməyin.

Anlayacaqsınız - anladacağıq!

Rauf Arifoğlu

Xəbər 1265 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +