Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


04.02.2022  15:04 

“Prokurorluq dərhal hərəkətə keçməlidir“ - Feyziyev qalmaqalı





A+  A-

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) azərbaycanlı deputat, siyasətçi Cavanşir Feyziyevin bank hesablarındakı milyonlarla funt-sterlinqi müsadirə edib. Bu haqda agentlik məlumat yayıb.

Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarındakı 5.6 milyon funt-sterlinq müsadirə edilib. Təhqiqatçılar bu hesablardakı pulların Azərbaycanın pulyuyan maşını sxemindən əldə edilməsindən şübhələniblər.

Bu faktın ictimailəşməsi Cavanşir Feyziyevlə bağlı problemi yenidən aktuallaşdırıb. Hazırda sosial şəbəkələrdə bu suallar ətrafında qızğın müzakirələr gedir.

XəzərNews.az xəbər verir ki, vəkil Əsabəli Mustafayev məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında Azərbaycan hökumətinin ciddi araşdırma aparmalı olduğunu bildirib:

“Bu məsələ ilə bağlı araşdırma başlayıbsa, bizim hökumət də araşdırma aparmalıdır. Hər hansı bir deputatın Azərbaycanda rəsmi şəkildə bu qədər pul qazanması çox böyük şübhə yaradır. Həmin pullar qanuni yolla qazanılsa belə ölkədən necə çıxarıldığı araşdırılmalıdır. Çünki bu pullar Azərbaycanda qazanılıb.

Məsələnin bu tərəfinin araşdırmaq İngiltərənin vəzifəsi deyil. Qeyd etdiyim ki, Azərbaycan hökuməti məsələni mütləq araşdırmalıdır. Əgər araşdırmırsa, demək ki, hökumətin xəbəri var və müvafiq orqanlar bu məsələni ört-basdır edirlər”.

Əsabəli Mustafayev Baş Prokurorluğun mövzudan xəbərsiz olmasından da danışıb:

“Prokurorluq bu məsələ ilə bağlı dərhal hərəkətə keçməlidir. İstənilən halda bu pullar köçürmə yolu ilə olub.

Bu cür hallarda daha çox offşor hesablara köçürmə edirlər. Yəni saxta banklara pul köçürürlər. Bunu yoxlamaq isə mümkündür. Çünki həmin pullar Azərbaycan banklarından köçürülür. Ən azından cəhd edib, İngiltərənin müvafiq orqanlarından xahiş etmək lazımdır ki, köçürülmə ilə bağlı sənədlər Azərbaycan Prokurorluğuna təqdim olunsun. Pullar harada olub, hansı bankdan köçürülüb və s.

Prokurorluq deməliyidi ki, məlumatımız yoxdur, lakin səlahiyyətli qurumlara müraciət etmişik.

Vətəndaş olaraq bizim hər birimiz narahatıq. Çünki bunlar büdcədən yeyilən pullardır. Məmurların, müvafiq səalhiyyətli şəxslərin, o cümlədən deputatların əsas gəlir yeri tenderlərdə iştirak edib, böyük məbləğdə pulları götürməkdir. Həmin pulların xaricə aparılması bizə toxunur. Büdcəmizə, maaşımıza, pensiya hüuququmuza zərər vurur. Bu səbəbdən hər kəs istəyir ki, bu cür məsələlər araşdırılsın. Həmin kanallar bağlansın”.

Xəbər 1157 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +