200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.02.2022  12:14 

Pensiya kartını oğurlayan şəxs saxlanılıb





A+  A-

Quba rayonun Rustov kənd sakini N.Veyisov rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra pensiya kartının oğurlandığını bildirib.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində plastik kartı oğurlayan şəxsin rayon sakini Cavid Ağarzayev olduğu müəyyən edilib və o saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, ötən ilin noyabrında C.Ağarzayev zərərçəkmişin təqaüdünü bankomatdan çəkməyə köməklik göstərib. Daha sonra isə o, həmin kartı özündə saxlayaraq, növbəti ay yüklənən təqaüdü özü götürüb.

"Hazırda Cavid Ağarzayevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır. Həmin şəxsin əməllərinə görə zərər çəkən şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə zəng vuraraq məlumat vermələri və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Xəbər 1781 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +